Badımcan Pizzası

Badımcan PizzasıYəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bostan badımcanı ilə necə pizza hazırlamaq olduğunu paylaşmaq istəyirəm. Bu yemək yüngül nahar və digər yeməklərin yanında isti qəlyanaltı kimi verilə bilər.

Lazım olan ərzaqlar:
3 ədəd pomidor
3 ədəd böyük badımcan (bostan badımcanı)
1 kiçik baş soğan
200 qr mozarella və ya digər növ holland pendiri
bitki yağı (qızartma üçün)
duz
reyhan qurusu (basilik)

Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın.

Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.

Sous üçün bir kiçik soğanı soyub xırda doğrayın. Yağda qızardın.

Pomidorları soyub xırda doğrayın və soğanın üzərinə əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və reyhan qurusu əlavə edin.

Soba qabını bir az yağlayıb badımcanları düzün. Üzərinə pomidorlu sousdan qoyun. Ən üstə sürtkəcdən keçirilmiş pendir töküb sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.

Süfrəyə isti halda verin.

Nuş olsun!

Mətbəx     Baxılıb: 18454   Tarix: 19 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

turlar.az

sonxeber.az yaz geyimleri 2024 gozel gorunmek reseptler xiyar tursusu nece hazirlanir üz maskaları aybaşı seks prosesi kosmetika qaynanaya aid irem derici uzeyir novruza aid hakışta hakista sozler