Bağirsaq infeksiyalari və profilaktika qaydalari

Bağirsaq infeksiyalari və profilaktika qaydalariKəskin bağırsaq infeksiyaları daha çox yay aylarında və payızın əvvəlində özünü biruzə verir. Amma bu infeksiyaların qarşısını almaq üçün sadə gigiyena qaydalarına riayət etmək kifayətdir. Əgər siz xəstələnmisinizsə, dərhal tibbi yardım üçün müraciət edin.
İnfeksiyanın mənbəyi xəstə adam və ya kəskin bağırsaq infeksiyası daşıyıcılarıdır. Həm böyüklər, həm də uşaqlar bu xəstəliyə yoluxa bilər. Adətən 1-7 yaş arası uşaqlar bağırsaq infeksiyasına yoluxurlar. Ümumi qeydə alınan bağırsaq infeksiyalarının 60-65 faizi uşaqların payına düşür.
İnfeksiya adətən qida, su və toxunma-məişət yolları, fekal-oral yollarla keçir.
Bağırsaq infeksiyaları
Bu sıraya Viruslar (entrovirus, rotavirus infeksiyaları), Bakteriyalar (salmonellez, dizenteriya, xolera, E-coli) və eyni zamanda Stafilakok bağırsaq toksiko infeksiyaları daxildir.
Bu vəziyyətdə bağırsaqda olmayan bakteriyalar yox, onların toksinləri, hansı ki həzm traktına ərzaq qidaları ilə daxil olan toksinlər ishala səbəb ola bilər. Bu toksinlərdə stafilokokk parçalanaraq çoxalıb.
Bu qrup infeksiyalar üçün aşağıdakı simptomlar xarakterikdir:
-Yüksək hərarət (hərarətin artması və müddəti dəyişir);
-Ürək bulanma və qusma;
-Qarın ağrıları;
-İshal;
-Bağırsaqda qaz yaranması (meteorizm).
Kəskin bağırsaq infeksiyaları ona görə təhlükəlidir ki, qusma və ishal zamanı orqanizmin susuzlaşma prosesi baş verir. Bu səbəbdən müalicə təkcə infeksiyanı məhv etməyə yox, eyni zamanda su itkisinin bərpasına da yönəlir. Bundan əlavə, yüngül salmonellez və eyni zamanda stafilokokk toksi infeksiyaları zamanı antibiotiklərdən də istifadə etməmək olar. Sadəcə orqanizmin su itkisini bərpa etmək lazımdır, orqanizm infeksiya ilə özü mübarizə apara bilər.
Müxtəlif xəstəliklər arasında bəzi fərqlər var.
-Dizenteriya ishalı sutka ərzində 10-20 dəfədən çox ola bilər. Bu, bol seliklə, bağırsaq boşalmasının tez-tez ağrıları ilə xarakterizə olunur və arzuolunmaz nəticələrə səbəb olur. İshalda selikdən əlavə qan və çirk də ola bilər. Bir çox hallarda hərarət yüksək olur.
-Salmonellez ishalında qusma daha çox olur. İshal intervalı az olsa da, miqdarı çox olur. Yüngül hallarda hərarət olmaya bilər.
-Xolera-nadir amma çox təhlükəli xəstəlikdir. İnsan qusma və ishal zamanı külli miqdarda su itirdiyi üçün təhlükəlidir, ölümlə nəticələnə bilər. Xoşbəxtlikdən günümüzdə xolera xəstəliyinə yoluxma halı çox nadir hallarda baş verir.
-Enterovirus və rotavirus infeksiyaları isə hərarət, tez-tez ishal və bəzən də səpkilərlə müşahidə edilir. Bəzi hallarda isə soyuqdəymənin simptomları da əlavə edilir. Bu isə səhvən "bağırsaq fəsadları ilə qrip" ümumi adını alıb. Əslində isə qrip xəstəliyinə heç bir aidiyyatı yoxdur. Bu infeksiyaların müalicəsi də antibiotik tətbiqini tələb etmir.
Kəskin bağırsaq infeksiyaları. Hələ də bütün dünyanın səhiyyə sahəsində aktual sosial-iqtisadi problem olaraq qalır. Kəskin respirator infeksiyalarından sonra ikinci yeri tutur. Kəskin bağırsaq infeksiyalarına yoluxanların 60-65 faizi uşaqlardır. Bununla yanaşı, uşaqların 70 faizi də azyaşlılar qrupuna daxildir. Bu xəstəlik xırda canlı orqanizmlər, daha çox isə virus və bakteriyalar tərəfindən yaranır. Bu qrupa aid xəstəliyin əlamətləri qusma, ishal və yüksək hərarətdir.
Kəskin bağırsaq infeksiyasına yoluxanların müalicəsi əsasən orqanizmin su itkisinin bərpasına yönəlib. Çünki qusma və ishal zamanı su itkisi yaranır, bununla da paralel olaraq ürək-damar sistemi və sidik sistemi orqanlarının fəaliyyəti pozulur.
Virus ishalı zamanı antibakteriya müalicəsi qeyd edilmir amma bakteriya ishalı zamanı ancaq və ancaq müalicə edən həkimin məsləhəti ilə belə bir müalicə təyin edilə bilər.
Kəskin bağırsaq infeksiyalarının profilaktika qaydaları:
-Yeməkdən əvvəl əlləri yumaq. Əgər siz piknikdəsinizsə, əl üçün nəzərdə tutulan antibakterial gel istifadə etmək;
-Meyvə və tərəvəzi qaynar su ilə yuyun;
-Zədəli qabığı olan, korlanmış, yumşalan meyvələri yeməyin. Qarpız və yemişi tam alın, yarı kəsilmiş halda qətiyyən almayın;
-Bütün ərzaq məhsulalrı üçün ayırıcı lövhələr olmalıdır (ət, balıq, çörək, tərəvəz ümün);
-Ərzaq məhsullarını milçək və güvədən qoruyun;
-Ancaq qaynanmış su için;
-Çimərkən ancaq və ancaq bu məqsəd üçün ayrılmış yerlərdən istifadə edin. Su hövzələri və su hovuzunda çimərkən ağzınıza su damcısının düşməməsinə diqqət yetirin;
-Termik qablaşdırmada olan ərzaq məhsullarına üstünlük verin. Ərzaqları, xüsusən də ət, toyuq, yumurta və dəniz məhsullarını qaynadın, qızardın. Qidanı uzun müddət, hətta soyuducuda belə saxlamayın.
-Tez xarab olan ərzaq məhsullarını ancaq və ancaq soyuq şəraitdə saxlayın. Bişirlən yeməyi otaq tempraturunda iki saatdan artıq saxlamayın. İstifadə müddəti bitmiş və soyuq şəraitdə saxlanılmayan ərzaq məhsullarından (tez xarab olanlar nəzərdə tutulur) istifadə etməyin.
Gördüyünüz kimi, çətin deyil. Bu adi qaydalara riayət etmək infeksiyalara yoluxmamaq məsələsində sizə kömək edər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3455   Tarix: 01 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Kivini qabığı ilə yeyin: Daha FAYDALIDIR

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

turlar.az

sonxeber.az qadın geyimi kosmetoloq geyim dəbləri geyim 2024 oxsamalar sperma goyemin faydasi kosmetika ginekoloq novruz hakışdaları oxu az oglan evi haxista