Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandıABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər kolorektal xərçəngi olan 200 xəstənin təqdim etdiyi şiş toxuması nümunələrini araşdırıblar. Daha sonra kolon xərçəngi olan və olmayan insanların nəcisinin bakterial tərkibi təhlil edilib. Məlum olub ki, kolon xərçəngi hallarında şiş strukturlarında müəyyən bir alt tipdə olan bakteriyalar daha çox aşkar edilib.
Xüsusilə, "Fusobacterium nucleatum"un olması kolorektal xərçəngin aqressiv formalarının inkişafı ilə əlaqələndirilib. Tərkibində "Fusobacterium nucleatum" olan kolorektal şişləri olan insanlar (təxminən 50% hallarda) bu bakteriyası olmayan xəstələrlə müqayisədə zəif sağalma və müalicə üçün daha pis proqnoza malikdirlər.
Alimlər qeyd ediblər ki, "Fusobacterium nucleatum" insanın ağız və burun boşluqlarında yaşayır. Şişləri zəbt edən bakteriya növü mədə turşusu ilə öldürülmədən mədə və bağırsaqlara keçməyə imkan verən xüsusi genetik qabiliyyətlərə malikdir. Bu bakteriyalar yoğun bağırsağa çatdıqda təhlükəli, sürətlə böyüyən şişlərin əmələ gəlməsinə səbəb ola bilirlər.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 700   Tarix: 26 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidadan yeyən kişilər serialı intim yaxınlıqdan üstün tuta bilər - Uroloq Asaxanov

Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxano

.

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz FAYDALARI

a istinadən "Şəfalı bitkilər" rubrikasında bu dəfə əməköməci barədə məlumat verəcək. Əməköməcinin el içində başqa adları da var. Ona bəzi bölgələrimizdə balba, bəzi bölgələrimizdə cırdana deyirlər. Bu bitki haqqınd

.

Çiyələyin dibinə YOD TÖKÜN – Bol məhsul üçün qeyri-adi yol

Yod bitkilər üçün əla dərmanı növüdür. Ondan düzgün istifadə etsəniz, bir çox bitkilərin məhsuldarlığı arta bilər. Bunlardan birincisi çiyələkdir. .   -a istinadən xəbər verir ki, yod çiyələk kollarının vəziyyətinə müsbə

.

Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. . Maraqlıdır, görəsən

.

Səhər yeməyində hansı qidalar zərərlidir?

"Səhər yeməyində pendir, yağ və ya kolbasa ilə sendviç yemək olmaz".   -a istinadən xəbər verir ki, bu sözləri rusiyalı endokrinoloq və diyetoloq Oksana Mixaylova deyib. Həkimin sözlərinə görə, səhər yeməyində yeyilə

.

15 gündə qarın piyini əridən İÇKİ

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Qazlı içki, dondurma və saqqızdakı TƏHLÜKƏ

Tədqiqatçıların fikrincə, xüsusilə yeni nəsil "neotam" adlı süni dadlandırıcının iltihablı bağırsaq sindromunu və sepsisi tətikləmə potensialına malik olduğu müəyyən edilib. Mütəxəssislərin dediyinə görə, araşdırm

.

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

Ətrafdakı əşyaların və divarların gözləri önündə hərəkət etməsi hissi baş ağrısı yaşayanlara tanışdır. Ancaq bunu yorğunluqla əlaqələndirməyin. Əslində başgicəllənmə bəzən dörd ciddi sağlamlıq probleminin əlaməti ola bilər

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

turlar.az

sonxeber.az qadın geyimi gelinlikler kosmetoloq intim hekayələr 1 hefteye 5 kq ariqlamaq salatlarin hazirlanmasi elme aid atalar sozu kosmetika toy gecesı üzeyir hacıbəyli zehmet ve zinet hekaye janri burclər