Bağırsaqlar və beyin arasında yeni əlaqə - Bu xəstəlikləri ağırlaşdırır

Bağırsaqlar və beyin arasında yeni əlaqə - Bu xəstəlikləri ağırlaşdırırSelikli qişa bağırsaqlarımızdakı zərərli bakteriyalara qarşı ilk müdafiə xəttidir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər bağırsaqların selikli qişasındakı dəyişikliklərin bakterial disbalansı aradan qaldıra, autizm, Parkinson xəstəliyi, Altsheymer və skleroz kimi bir çox beyin xəstəliklərinin əsas simptomlarını ağırlaşdıra bildiyini deyib. Ancaq hələlik dəqiq əlaqələr müəyyənləşdirilməyib.
Royal Melburn Texnologiya Universitetinin mütəxəssisləri bu barədə 113 araşdırma aparıb. Araşdırmanın baş müəllifi dosent Eliza Hill-Yardin bu dəyişikliklərin nevroloji xəstəliklərin əsas əlamətlərini ağırlaşdıracağını söyləyib.
"Selikli qişa bağırsaqdakı yaxşı və pis bakteriyaları tarazlaşdırmağa kömək edən kritik qoruyucu təbəqədir, lakin lazımi miqdarda olmalıdır - çox az və ya çox deyil. Tədqiqatçılar əvvəllər bağırsaq qişasında dəyişikliklərin bağırsaqdakı bakteriyaların balansına təsir etdiyini göstərib, lakin indiyə qədər heç kim bağırsaqların selikli qişası ilə beyin arasında əlaqə olduğunu qeyd etməmişdi.
Bizim araşdırmada autizm, Parkinson, Altsheymer xəstəliyi və sklerozu olan insanların sağlam insanlarla müqayisədə bağırsaq selikli qişasında fərqli bakteriya növlərinin, eləcə də müxtəlif sayda yaxşı və pis bakteriyaların olduğu göstərilir. Bu, bağırsaqlar və beyin arasında əlaqə olduğunu bir daha təsdiq edir. Nəticələr elm adamları üçün yeni imkanlar açır. Çünki "ikinci beynimizə" - bağırsaqlara diqqət edərək beyin pozğunluqlarını daha yaxşı müalicə etmək yollarını axtarmaq mümkün olacaq", - deyə Hill-Yardin bildirib.
Bağırsaqların selikli qişası mədə-bağırsaq traktının yerləşdiyi yerdən asılı olaraq fərqlidir - kiçik bağırsaqda daha məsaməlidir, buna görə də qida maddələri asanlıqla udulur, yoğun bağırsaqda isə selik qatıdır və bakteriyalara keçməz olmalıdır.
Selik xüsusilə də bağırsaqda olan bakteriyaları öldürən peptidlərlə doludur, eyni zamanda içərisində yaşayan bəzi bakteriyaları qidalandıraraq enerji mənbəyi rolunu oynaya bilər. Elm adamları beyin pozğunluqlarının bağırsaqdakı neyronlara təsir göstərə biləcəyini öyrənir. Məsələn, Royal Melburn Texnologiya Universitetinin tədqiqatçıları göstərib ki, autizmdə həm beyindəki, həm də bağırsağın sinir sistemindəki neyronlar əziyyət çəkirlər.
Hill-Yardin ağır bağırsaq disfunksiyasının beyin pozğunluqlarının simptomlarını gücləndirə biləcəyini, xəstələrin və onların ailələrinin həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etdiyini söyləyib:
"Bağırsaqların selikli qişasının beyin xəstəliklərində oynadığı rolu başa düşə bilsək, bağırsaq müalicələrini inkişaf etdirməyə çalışa bilərik. Araşdırma göstərir ki, gen mühəndisliyi faydalı bakteriyaların sayını artırmaq üçün bağırsaq seliyindəki dəyişikliklər, eyni zamanda nevroloji pozğunluqların müalicəsi üçün potensiala malikdir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1325   Tarix: 31 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

sonxeber.az hamiləlik yemek reseptleri toy gecesi donlar yay ucun mələk kartları çək balıq yeməkləri maraqli sekiller kosmetika veten haqqinda atalar sozu yuxuda qara ilan gormek haxisdalar sağlamlığın sirleri novruz bayramına aid