Bağırsaqlar və beyin arasında yeni əlaqə - Bu xəstəlikləri ağırlaşdırır

Bağırsaqlar və beyin arasında yeni əlaqə - Bu xəstəlikləri ağırlaşdırırSelikli qişa bağırsaqlarımızdakı zərərli bakteriyalara qarşı ilk müdafiə xəttidir.
Milli.Az xəbər verir ki, alimlər bağırsaqların selikli qişasındakı dəyişikliklərin bakterial disbalansı aradan qaldıra, autizm, Parkinson xəstəliyi, Altsheymer və skleroz kimi bir çox beyin xəstəliklərinin əsas simptomlarını ağırlaşdıra bildiyini deyib. Ancaq hələlik dəqiq əlaqələr müəyyənləşdirilməyib.
Royal Melburn Texnologiya Universitetinin mütəxəssisləri bu barədə 113 araşdırma aparıb. Araşdırmanın baş müəllifi dosent Eliza Hill-Yardin bu dəyişikliklərin nevroloji xəstəliklərin əsas əlamətlərini ağırlaşdıracağını söyləyib.
"Selikli qişa bağırsaqdakı yaxşı və pis bakteriyaları tarazlaşdırmağa kömək edən kritik qoruyucu təbəqədir, lakin lazımi miqdarda olmalıdır - çox az və ya çox deyil. Tədqiqatçılar əvvəllər bağırsaq qişasında dəyişikliklərin bağırsaqdakı bakteriyaların balansına təsir etdiyini göstərib, lakin indiyə qədər heç kim bağırsaqların selikli qişası ilə beyin arasında əlaqə olduğunu qeyd etməmişdi.
Bizim araşdırmada autizm, Parkinson, Altsheymer xəstəliyi və sklerozu olan insanların sağlam insanlarla müqayisədə bağırsaq selikli qişasında fərqli bakteriya növlərinin, eləcə də müxtəlif sayda yaxşı və pis bakteriyaların olduğu göstərilir. Bu, bağırsaqlar və beyin arasında əlaqə olduğunu bir daha təsdiq edir. Nəticələr elm adamları üçün yeni imkanlar açır. Çünki "ikinci beynimizə" - bağırsaqlara diqqət edərək beyin pozğunluqlarını daha yaxşı müalicə etmək yollarını axtarmaq mümkün olacaq", - deyə Hill-Yardin bildirib.
Bağırsaqların selikli qişası mədə-bağırsaq traktının yerləşdiyi yerdən asılı olaraq fərqlidir - kiçik bağırsaqda daha məsaməlidir, buna görə də qida maddələri asanlıqla udulur, yoğun bağırsaqda isə selik qatıdır və bakteriyalara keçməz olmalıdır.
Selik xüsusilə də bağırsaqda olan bakteriyaları öldürən peptidlərlə doludur, eyni zamanda içərisində yaşayan bəzi bakteriyaları qidalandıraraq enerji mənbəyi rolunu oynaya bilər. Elm adamları beyin pozğunluqlarının bağırsaqdakı neyronlara təsir göstərə biləcəyini öyrənir. Məsələn, Royal Melburn Texnologiya Universitetinin tədqiqatçıları göstərib ki, autizmdə həm beyindəki, həm də bağırsağın sinir sistemindəki neyronlar əziyyət çəkirlər.
Hill-Yardin ağır bağırsaq disfunksiyasının beyin pozğunluqlarının simptomlarını gücləndirə biləcəyini, xəstələrin və onların ailələrinin həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etdiyini söyləyib:
"Bağırsaqların selikli qişasının beyin xəstəliklərində oynadığı rolu başa düşə bilsək, bağırsaq müalicələrini inkişaf etdirməyə çalışa bilərik. Araşdırma göstərir ki, gen mühəndisliyi faydalı bakteriyaların sayını artırmaq üçün bağırsaq seliyindəki dəyişikliklər, eyni zamanda nevroloji pozğunluqların müalicəsi üçün potensiala malikdir". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1157   Tarix: 07 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

turlar.az

sonxeber.az geyim necə seçməli yaz geyimleri 2024 sade makiyaj sekilleri varikosel qonaq otaqlarinin dizayni düşüncə dərsi uşaqlar və tərbiyə kosmetika yumurta kondom tərəzi dieta həsən bəy zərdabi