Bahar katarı xəstəliyi nədir? - Əlamətləri

Bahar katarı xəstəliyi nədir? - ƏlamətləriAllergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivanın iltihabi reaksiyasıdır. Kliniki formalarından pollinoz, "Bahar katarı", dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə atopik dermatit, bronxial astma, allergik rinit şikayətləri olanlarda rast gəlinən haldır. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə ortaya çıxır.
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva "Həkim məsləhəti" rubrikasında yaz mövsümündə rast gəlinən "Bahar katarı (keratokonyunktivit) xəstəliyinin yaranma səbəbləri və müalicəsi" mövzusunda məlumat verib.
Bahar keratokonyunktiviti mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, daha çox yaz aylarında başlayıb payıza qədər davam edir. Pasiyentin 3-6 yaşlarında başlayan şikayətləri 20 yaşa qədər artıq yox olur. Nadir hallarda iyirmi yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olan şəxslərdə daha çox rast gəlinir.
Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə "yad cisim" hissi, işığa həssaslıq və hətta blefarospazm (göz qapaqlarında spazm) əlavə olunur. Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivasında, limb ətrafında follikullar, papillalar inkişaf edir. Yan-yana düzülmüş bu follikullar çay daşlarını xatırladır. Hipertrofiya olunmuş papillalar qapağın cüzi ptozuna (sallanmasına) səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50%-ində buynuz qişa zədələnir. Bu zaman şikayətlərə batma, sulanma, işığa həssaslıq, gözdə "yad cisim" hissi, ağrı əlavə olunur.
Yüngül klinika ilə keçən hallarda gözə soyuq kompress, günəşdən qorunma və simptomatik müalicə kifayət edir. Bu tədbirlər yetməzsə, xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar bu qrup preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə, belə xroniki xəstəlikdən əziyyət çəkənlər hər bahardan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 31 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

turlar.az

sonxeber.az aksessuarlar gözəllik məhsulları kosmetik vasiteler yay koftalari zərdəçal soyuqdəymədən necə qorunmalı əllərin tərləməsi kosmetika seksual meseller kokelmek oyunlar kahfe falı