Bakının iki qəsəbəsində qorxunc xəstəlik yayılıb - HƏKİMDƏN ÇAĞIRIŞ

Bakının iki qəsəbəsində qorxunc xəstəlik yayılıb - HƏKİMDƏN ÇAĞIRIŞXəbər verdiyimiz kimi, ötən ildən etibarən Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında yoluxucu Hepatit "A" virusu xəstəliyi yayılıb. Rəsmi məlumata görə, xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir. 
Milli.Az xəbər verir ki, əkim-terapevt, tibbi ekspert Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bəzi hallarda içməli su xətti ilə kanalizasiya xəttinin qarışması bir sıra mədə-bağırsaq xəstəlikləri ilə yanaşı, hepatit "A" virusunun yayılmasına şərait yaranır.
Onun sözlərinə görə, bu virusa daha çox uşaqlarda rast gəlinir. Həkim deyir ki, hepatit "A" virusu adətən fekal-oral yolla yayılır:
"Bu virus düzgün olmayan əl gigiyenası vasitəsilə yayılır. Bu virus mədə-bağırsaq sistemində yaranır və daha sonra bağırsaq vasitəsilə xaric olarkən xəstənin əlinə dəydikdə proses yayılmağa başlayır. Hepatit "A" virusu qapalı məkanlarda, uşaq bağçalarında yayılanda onun qarşısını almaq çətinləşir. Nəticədə gündə bir uşaq bu virusa yoluxa bilir. Çünki hepatit "A" virusunda inqubasiya dövrü təxminən 7-10 gündür. Ona görə də yoluxan uşaqlardan birini müalicə etməmiş digərlərinə də yoluxur. Bu baxımdan sözügedən virusla mübarizə aparmaq çox çətindir".
R.Bağırov vurğulayıb ki, hepatit "A" virusu müalicəyə tabe olan xəstəlikdir: "Bu virus vaxtında aşkar olunduqda müalicə vasitəsilə xəstəlikdən tamamilə sağalmaq mümkündür. Sağalandan sonra xəstədə hər hansısa iz qalmır. Hepatit "A" virusu ilə bağlı əsas problem uşaqlarda olur. Böyüklər hər şeyi başa düşür və müəyyən məsələlərə əməl edərək virusun yayılmasının qarşısını ala bilirlər". 
Qeyd edək ki, hepatit "A" virusu insandan insana keçən ciddi qaraciyər xəstəliyidir. Bu virusun əlamətlərinə qızdırma, halsızlıq, ürəkbulanma, qusma, oynaq ağrıları, şiddətli mədə ağrısı və ishal (xüsusilə uşaqlarda), sarı dəri, tünd sidik və gil rəngli nəcis daxildir. 
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 697   Tarix: 19 yanvar 2024
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Çox bişmiş yumurta təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çox insan yumurtanın nə qədər sağlam olduğunu bilir. Yumurta zülal və əvəzolunmaz amin turşuları ilə zəngindir. Lakin yumurtanın uzun müddət bişirilməsi zamanı yaranan toksinlər bəzi insanlarda zəhərlənməyə və hətta boğulmalar

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Ədviyyatlı yemək zamanı orqanizmdə nə baş verir?

Ədviyyatlı qidaların tez-tez istifadəsi qida borusu xərçənginə səbəb ola bilər.   -a istinadən bildirir ki, ədviyyatlı qidalar bədəndə unikal reaksiyalar yaradır. Bibər və digər ədviyyatlı qidalarda olan kapsaisin sinir sistemindək

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

turlar.az

sonxeber.az aksessuarlar qadin sayti kosmetoloq kişi xəyanət faydalı qidalar geyim kombinləri vaginal quruluq kosmetika statuslar uşaq şeirləri novruz bayrami ziyafet geyimleri qizlar