Balakəndə təcavüzdən hamilə qalan 12 yaşlı qız: "Bu hamiləlikdən nə vaxt qurtaracağam?"

Balakəndə təcavüzdən hamilə qalan 12 yaşlı qız: "Bu hamiləlikdən nə vaxt qurtaracağam?"Balakən rayonunda atalığı tərəfindən zorlanaraq hamilə qalan 12 yaşlı uşaqla bağlı sabah yekun iclas keçiriləcək.

BiG.AZ xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Azərbaycan Qadınlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, rəsmi məktub əsasında 12 yaşlı uşağın anası ilə görüşub:

"Birinci növbədə mənə uşağın vəziyyəti maraqlıdır. Ana bildirdi ki, qızı çox narahatdır. Uşaq anasına deyib ki, "Mən bu hamiləlikdən nə vaxt qurtaracam? Buna son qoysunlar. Mən normal həyatıma qayıtmaq istəyirəm".

Bundan əlavə ananın özünün də durumu pisdir. Uşağına qarşı dəhşətli cinayət törədilib. Söhbət burada 12 yaşlı uşağın əməliyyat olunmasından gedir. Mütləq qaydada uşaqla psixoloqlar danışmalıdır. Bizim təşkilat bu sahədə kifayət qədər təcrübəyə malikdir. Amma mənə uşaqla danışmaq üçün icazə vermədilər".

Kəmalə Ağazadə bildirib ki, atalığından hamilə qalan 12 yaşlı uşaqla görüşmək üçün ondan Səhiyyə Nazirliyinin rəsmi icazəsini istəyiblər:

"Əslində bu qərarın özü səhvdir. Uşağın qəyyumu anasıdır. Anası icazə verirsə Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac qalmır. Uşağa diqqət və qayğı göstərilir. 22 həftəyə qədər hamiləliyin dayandırılması tənzimlənir. Amma 22 həftədən sonra hamiləliyin dayandırılmasında problemlər yaranır. Yetkinlik yaşına çatmayanlarla bağlı qanunlar var".

Kəmalə Ağazadə ana ilə görüşdə özünə qarşı bir qıcıq hiss etdiyini vurğulayıb: "Sanki qorxurlar ki, mən uşaqla söhbətdə nəsə öyrənməyə çalışaram. Uşağın psixoloji durumunu qiymətləndirmək istəyirəm. Bu uşağı əməliyyata qədər hazırlamaq istəyirəm. Biz zaman itiririk".

Xəbərlər     Baxılıb: 2154   Tarix: 13 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Bəzən kartof qızardarkən dilimlərin bir hissəsi yanır, digər hissəsi isə çiy qalır .Ən çətin şey, xoş bir rəngin iştahaaçan görünüşə nail olmaqdır. Bəs, biz dadlı və xoş görünüşlü kartofları necə hazırlaya bilərik? .   -

.

Ürək üçün qüvvətləndirici çaylar hansılardır?

Ürəyə içkilər faydalıdırmı, təsir edirmi? Bəli, qida kimi bəzi içkilər də vacibdir. -a istinadən xəbər verir ki, məşhur həkim Yelena Malışeva ürək üçün 3 faydalı içkini açıqlayıb. "Mənim sevimli smuzim: qaragilə, ispanaq

.

Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI

Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi

.

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

Ətrafdakı əşyaların və divarların gözləri önündə hərəkət etməsi hissi baş ağrısı yaşayanlara tanışdır. Ancaq bunu yorğunluqla əlaqələndirməyin. Əslində başgicəllənmə bəzən dörd ciddi sağlamlıq probleminin əlaməti ola bilər

.

Qulaq cingildəməsinin elmi izahı

Qulaqlardakı davamlı səslər təhlükəli bir siqnal ola bilər. Bu əlamətin səbəbinin B12 vitamini çatışmazlığı olduğu bilinir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu əlaməti "tinnitus" adlandırırlar. Bu əlaqəni

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəz

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. . Milli. -a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamö

turlar.az

sonxeber.az kosmetika mehsullari makiyaj etmek qaydalari qaşların formalari dirnaq pilkalamaq kısa saç hörükləri hicab baglamaq usullari hakista xina yaxdi kosmetika salatlar novruz hakistasi sevda zəhmət aslan