Baləlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir' - Vüqar

Baləlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir' - VüqarBir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər" verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb" sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib.
Lökbatanlının bu ifadələri ilə bağlı azxeber.com-a açıqlama verən Vüqar Əbdülov həmkarına haqq qazandırıb.
"Bu fikirnən mən də razıyam. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azaddır. Vaxtılə Orxanın meyxana dediyi, sağında solunda olan insanlarla deyişmələri yaxşı alınıb. İki, üç nəfərin deyişməsi bir-birinə uyğun gəlməlidir. İndi Orxan tək qalıb. Pərviz meyxanadan aralanıb, Vüqar rəhmətə gedib, Rəşad Dağlı da bilirsiniz həbsdədir. Ola bilər ki, bu gün Orxan ona görə özünü tək hiss edir, qəribsəyib. O hisslər artıq məndə də var, mən Orxanı başa düşürəm. Rəhmətlik məştağalı Elçin də deyirdi "Bu sənətdə özümdən biri də olsa idi, mən nələr edərdim" ". 
Vüqar meyxanaçı Balaəli ilə bağlı daha öncə səsləndirdiyi fikirlərə də açıqlama gətirib:
"Mən həmişə deyirəm ki, meyxanaçıların imkanları çox böyükdür. Bəzən bəziləri onlardan istifadə etmək əvəzinə, meyxanadan uzaq olan, ucuz şeylərə qaçırlar. Mən tək Balaəlini yox, çox adamı demişdim. Bu baxımdan dedim ki, yəni Balaəlinin hal-hazırda oxuduğu mahnılar meyxana deyil. Pul xatirinə olan şeylərdir. Amma belə o uşaqların hamısı istedadlıdır".
Meyxanaçı, bədahətən söz demək əvəzinə mahnı yazdırıb, toylara gedən meyxanaçıların bu addımını isə maddi gəlirlə əlaqələndirib:
"Meyxana adətən toyun axırında olur. Amma mahnı oxuyanda eyni gündə 2, 3 yerə gedərək az zaman ərzində daha çox gəlir əldə edirlər. Meyxanada isə gündə bir məclisdə ola bilərsən. Biz 2 saat meyxana deyib pul alırıqsa, onlar gün ərzində bir neçə yarımsaatlıq toya gedərək, o pulun qat-qat artığını qazana bilirlər. Düşünürəm ki, buna görədir. Və məntiqlə baxanda, bu daha məhsuldardır".
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 703   Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Buse Aras Bulutla sevgili olduğunu etiraf etdi

Bir müddətdir həmkarı Aras Bulut İynemli ilə sevgili olan aktrisa Buse Meral müsahibə zamanı bir-birinin ardınca verilən sualları cavablandırıb. xəbər verir ki, şəxsi həyatı ilə bağlı danışmaq istəməyən aktrisa xoşbəxt olduğunu

.

Castin Biber ata olacaq - FOTOLAR

Dünyaca məşhur cütülk Heyli və Castin Biber valideyn olmağ ahazırlaşır. xəbər verir ki, cütlük bu barədə "instaqram" hesablarında məlumat veriblər. Cütlük bu anı yaddaşlara həkk etmək üçün kamera qarşısına keçib

.

Baliyə köçərkən burada itirdiklərimə peşman deyiləm' - Çingiz Mustafayev

Uzun zamandır səhnədən uzaqlaşıb Baliyə köçən müğənni Çingiz Mustafayev maraqlı etiraf edib. xəbər verir ki, bir müddətdir Balidə yaşayan və fərqli musiqilərə olan marağı ilə bilinən Çingiz pop musiqi ifa eməkdən zövq almadığın

.

Sizdə bu vitaminlər çatmırsa....- RİSKLİ XƏSTƏLİK

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. Londondak

.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". -a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğun

.

Dilarə Kazımova "Summer Beach Festivalı'nda

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək "Summer Beach Festivalı"nda çıxış edəcək. . xəbər verir ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. . Xəzərin sahilində Kazımova hit olan mahnıları və supe

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

.

Bəzi müğənnilər özləri-özlərinə gül göndərib paylaşır' - Nura onları ələ saldı

Hər zaman açıqsözlü olması ilə bilinən Nura Suri bu dəfə canlı efirlərdə hədiyyələr qəbul edən müğənniləri hədəf alıb. xəbər verir ki, sənətçi bu günə qədər ona belə bir hədiyyənin gəlmədiyini etiraf edib. "Bəzi müğənnilə

.

Ruhumuzun səsi' adlı konsert proqramı təqdim olundu - FOTO

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində "Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu. . Musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı il

turlar.az

sonxeber.az geyim seçimi həkim məsləhəti toy gecesi qadın testləri qargidali yaginin faydalari qripdən necə qorunmalı alimlər kosmetika tərəzi həsən bəy zərdabi statuslar rus dilin nece orenek burclər