Balqabaq kotleti (9ay+)

Balqabaq kotleti (9ay+)Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium, fosfor və C, A, E, K vitaminlərini, folat və riboflavin kimi minerallarını ehtiva edir. Körpələr üçün hazırlanan balqabaq yeməkləri, daha böyük uşaqlarınıza da asanlıqla verə bilərsinis. Yalnız daha böyük uşaqlar üçün bu cür yeməyi təqdimatlı hazırlasaz, uşağın yeməsini asanlaşdıracaq, çünki onlar artıq ferqli dadlar dadıblar və maraqlı təqdimatlı balqabaq yeməyi onları yeməyə sövq edə bilər.

Balqabağın uşaqlara faydaları:

· Anemiyanın qarşısını alır.

· Balqabaq çox güclü bir antioksidandır.

· Allergik reaksiyaların qarşısını almağa kömək edir.

· Həzmə kömək edir.

· Bağırsağın işini asanlaşdırdığı üçün qəbizliyi aradan qaldırır.

· Sümükləri və dişləri gücləndirir.

· Balqabaq göz sağlamlığını qoruyur.

· Xərçəng xəstəliklərindən qoruyur.

· İltihabı sağaltmağa kömək edir.

Qısacası, balqabağın körpələr üçün faydaları saymaqla bitmir. Əlavə qidalara keçərkən körpənizə verə biləcəyiniz ilk qidalardan biridir. Üstəlik balqabaqdan şorba, püre və desert də edə bilərsiniz.

Baqlqabaq kotleti üçün lazım olan inqrediyentlər;

· 200 qr balqabaq,

· 1 orta ölçülü kartof,

· yarım yerkökü,

· bir qədər şüyüt,

· 2 xörək qaşığı un,

· 1 ədəd kiçik boy soğan,

· 1 yumurta sarısı,

· iki xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· İstəyə görə çox az duz.

Baqlqabaq kotletinin hazırlanması;

Rendelenmiş balqabaq, kortof, yerkökü, çox xırda doğranmış soğan şüyüt, un, duz və yumurta qarışdırılır. Kotlet formasında hazırlanıb, tavada qızmış zeytun yağında evvəl qabağı açıq şəkildə, sonra qapağı bağlı halda az odda qızardılır. Yanında kartof və ya düyü ilə verilə bilər.

Sağlam qida     Baxılıb: 20443   Tarix: 04 mart 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratı

.

Zeytun Yağı Nədir?

— Zeytun Yağı Nədir?. — İlk olaraq onu bildirmək istəyirəm ki, çox şanslı ölkələrdən biriyik ki, zeytun ağacı bizim ölkədə də yetişir. Zeytun yağı, zeytun ağacının yetişmiş məyvələrindən mexanik yolla əldə edilən, otaq temperaturund

.

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

.

Zeytun yağı xərçəngin qarşısını alır.

Aralıq dənizi sahili ölkələrində yaşayan insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinməsi alimlərin diqqətini çəkmişdir. Aparılmış elmi araşdırmalar ilə zeytun yağının ürək-damar xəstəliklərinin qarşısını aldığı sübu

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler toy gecesi kekslər kakao yeni dogulmus korpeye lazim olan esyalar yuxuyozmalar kosmetika burclerin uyumu qaynana xerceng haxisda üzeyir hacıbəyli