Barmaqlarınızı sıxmaqla bədəninizi rahatladacağınızı bilirsinizmi?

Barmaqlarınızı sıxmaqla bədəninizi rahatladacağınızı bilirsinizmi?Barmaqlarınızı sıxın... Həm bədəniniz, həm də ruhunuz rahatlansın...
Qədim dövrlərdən bu yana əksər insanlar bədəndəki bütün ağrıların bədən daxilindəki qeyri-ahəngdarlıqdan qaynaqlandığına inanıblar. Siz düzgün qidalanmırsınız, siqaret çəkirsiniz, alkoqollu içkilər qəbul edirsiniz və neqativ düşünürsünüz... Cim Şin Citsu – qədim yapon müalicə praktikası bu ahəngdarlığın bərpası üçün müəyyən nöqtələrdən istifadə edir. Bu nöqtələrə təzyiq etməklə orqanizmdə yenidən ahəngdarlıq yaranır və ağrılar yox olur.
Verilmiş şəkilə diqqətlə baxın. Ağrı yarandıqda hansı nöqtələrə təzyiq etmək lazım olduğunu yadınızda saxlayın və bu zaman həmin ağrı tez keçəcək və sizi daha az narahat edəcək. Bunun üçün hər iki əlin barmaqları münasibdir.
Baş barmağa təzyiq edilərsə...
Bununla siz mədə və dalağınıza ahəngdarlıq gətirmiş olarsınız. Bundan əlavə, baş barmağa təzyiq əsəbilik, narahatlıq və depressiyanın digər bu kimi əlamətlərini aradan qaldırır. Dərinizdə ağrı hiss edirsiniz? Başınız ağrıyır? Qarnınızda ağrı var? Xroniki yorğunluq?.. Tez-tez baş barmağa təzyiq edin.
Şəhadət barmağa təzyiq edilərsə...
Bu barmağa təzyiq etməklə böyrəkləriniz və sidik kisənizə ahəngdarlıq qatmış olarsınız. Bu, qorxu hissini və əzələ spazmlarını, bel və diş ağrılarını, həmçinin həzm traktı sahəsində ağrıları aradan qaldırır.
Orta barmağa təzyiq edilərsə...
Bu, qaraciyər və əsəb sisteminin fəaliyyətində ahəngdarlıq yaradır. Orta barmağa təzyiq sizə qəzəb və özünə inanmama hissləri ilə mübarizədə yardımçı olacaq. Bunu müntəzəm olaraq təkrar etsəniz, bu yolla ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, menstrual ağrıları azalda, görmə qabiliyyətini yaxşılaşdıra bilər və başağrılarından qismən qurtula bilərsiniz.
Adsız barmağa təzyiq edilərsə...
Bu yolla siz ağciyərləriniz və həzm orqanlarınıza ahəngdarlıq bəxş etmiş olarsınız. Bu barmağa təzyiq sizi panika tutmalarından (panik atak), qulaqlardakı cingiltidən və tənəffüs problemlərindən xilas edər.
Sərçə barmağa təzyiq edilərsə...
Bununla siz ürəyinizin ahəngdarlığını bərpa etmiş olarsınız. Tez-tez bu barmağa təzyiq etsəniz, həyəcan, yalnızlıq və gərginlik hissləri yox olmağa başlayacaq. Qəlbinizdə rahatlıq və azadlıq hissləri yaranacaq. Bundan əlavə bu yolla boğazda ağrını azaltmaq və sümükləri möhkəmləndirmək də mümkündür.
Bu üsula inanılması çətin olsa da, sınaqdan keçirmək heç də çətin deyil. Sınayın...
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1923   Tarix: 29 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Bəkməz və limonu qarışdırsanız nə olar? Faydalarına inanmayacaqsınız

Min illərdir istifadə edilən bəkməz uzun illərdir xəstəliklərə dərman kimi istifadə edilir. Bəkməzin saysız-hesabsız faydaları bir çox xəstəliklərə şəfa verir. Antibiotiklər qədər təsirli olan bəkməz limon sıxıldıqda faydasın

.

Aybaşı zamanı dənizdə və ya hovuzda çimmək olarmı?

Yayın gəlişi ilə dənizdə çimmək ən ideal istirahət növlərindən hesab edilir. Amma qadınlar bu istirahət günlərinin menstruasiya günlərilə üst-üstə düşməməsi üçün planlar qururlar. Qadınların əksəriyyətini düşündürən önəml

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

40 gündən bir menstruasiya - TƏHLÜKƏLİDİR?

Menstruasiya nizamsızlığı qadınların tez-tez qarşılaşdıqları və onları narahat edən problemdir. Hormonal problemlər sonsuzluqdan xərçəngə qədər bir çox mühüm xəstəliklərin xəbərçisi ola bilər. Xüsusi İstanbul Şafak Xəstəxanas

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

turlar.az

sonxeber.az geyim seçimi qadin dunyasi reseptler daginiq skleroz mualicesi kişi sağlamlığı zeytun mürəbbəsi küftə reseptləri kosmetika ziyafet geyimleri bayatilar kəlamlar buga burcu statuslar