Başınız ağrıyanda alnınıza sürtün və... - 18 İSTİFADƏ QAYDASI

Başınız ağrıyanda alnınıza sürtün və... - 18 İSTİFADƏ QAYDASINanə tibbi məqsədlər üçün istifadə edilən ən qədim Avropa bitkilərindən biri olmaqla yanaşı, tarixi olaraq Çin və Yaponiya tibbində də çox istifadə edilir. Nanənin özündən əldə edilən yağ, bədənə fərəhləndirici bir hiss verir. Məhz buna görə əzələ ağrılarını azaltmaq üçün istifadə edilir. Eyni zamanda antimikrob faydası olan nanə yağı tərkibindəki mentol sayəsində ağızdan gələn pis qoxu və həzm problemlərinin azalmasına yardımçı olur.

Tibbi olaraq tövsiyə edilən nanə yağı əzələ spazmlarını minimuma endirdiyi üçün mədə bulantısının qarşısını almaq məsələsində də faydalıdır.

Tərkibində olan mentol sayəsində prostat xərçənginin yayılması və irəliləməsinin qarşısını alır. Radiasiyaya məruz qalma nəticəsində meydana gələn zərərlərin getməsini təmin edir.

Nanə yağının ən çox bilinən faydaları bunlardır:

- Mədə ağrılarını azaldır

- Nəfəsi yeniləyir

- Diqqəti yönəltməyə kömək edir

- Tənəffüs sistemini təmizləyir

- Enerji verir

- Əzələ ağrılarını gəvşədir.
Qadinsayti.az aile.lent.az-a istinadən nanə yağının 18 istifadə qaydasını təqdim edir.

Əzələ ağrısını azaltmaq

Nanə yağı əzələ ağrılarını gəvşədən ən təsirli təbii ağrıkəsicilərdən biridir. Əsasən bel ağrılarının azalmasında, ağrılı əzələ və təzyiqdən qaynaqlanan baş ağrılarında çox faydalıdır. Nanə yağını ağrıkəsici kimi istifadə edərkən ağrıyan hissəni onunla masaj edin.

Sinusit

Nəfəs almadan dərhal əvvəl nanə yağını burnunuza yaxınlaşdırmaq və ya nanə yağının qoxusunu içinizə çəkmək tıxanmış vəziyyətdə olan sinusların və boğazınızın dərhal açılmasına yardım edəcək. Nanə yağı bəlğəmi gətirir və soyuqdəymə, bronxit, sinusit, astma kimi xəstəliklərdə sağalmağa yardım edir.

Oynaq müalicəsi

Oynaqlarınız ağrıdığında nanə yağını lavanda yağ ilə qarışdıraraq ağrıyan bölgənizə sürtün. Bu yolla nanə yağı əzələlərə soyuq təsir edərək soyumalarını təmin edir.

Şiddətli aclığı yatışdırır

Nanə yağının qoxusunu içinizə çəkmək aclıq hissini öldürür.

Təbii enerji verir

Təhlükəli enerji içkiləri yerinə nanə qoxusundan bir az içinizə çəkməyi heç sınadınızmı? Uzun səyahətlərdə sizi canlandıracaq ən təsirli yollardan biridir.
Həm də xroniki yorğunluq sindromu olan insanlarda nanə yağı diqqəti gücləndirir.

Şampunun təsirini gücləndirir

Gündəlik olaraq istifadə etdiyiniz şampununuzun içinə bir neçə damcı nanə yağı əlavə etməklə yarana biləcək keçəllik probleminin qarşısına keçir, səhərlər daha enerjili oyanmanıza yardım edir.

Allergiyanın qarşısını alır

Nanə yağı tənəffüs yollarını rahatladır, mövsümi allergik reaksiyaların getməsində faydalıdır. Qərənfil və okaliptus yağı ilə qarışdırılaraq istifadə edildiyində təsiri çox qüvvətli olur.

Qızdırma salır

Nanənin sərinlədici təsiri sayəsində özəlliklə uşaqlarda görülən yüksək qızdırmanı endirmək üçün ən gözəl təbii vasitələrdən biri nanə yağıdır. Aspirin və ya başqa dərmanlar içirtmək yerinə nanə yağını hindqozu yağı ilə qarışdırın. Qarışımı uşağın boynuna və ayaqlarının altına sürtün.

Təbii böcək qovucu

Nanə yağından nifrət edən sadəcə gənələr deyil. Qarışqalar, hörümçəklər, ağcaqanadlara qarşı nanə yağı istifadə edə bilərsiniz.

Dəri baxımı

Nanə yağı gündəlik dəri baxımı üçün möhtəşəm nəticələr verir. Dodaq nəmləndiricisi və bədən losyonun içinə bir neçə damcı nanə yağı damcıladın.

Sızanaq müalicəsi

Aparılan tibbi araşdırmalar göstərir ki, nanənin içində olan antimikrob özəlliklər sayəsində nanə yağı sızanaqların getməsində yardımçı vasitələrdən biridir.

Baş ağrılarını azaltma

Nanə yağı ilə alın bölgəsinə masaj etmək baş ağrıları və miqren ağrılarını azaldır.

Saç uzanması

Nanə yağı korlanmış saçları yeniləməkdə və nəmləndirməkdə yardım edir. Evinizdəki şampuna bir neçə damcı əlavə etmək işinizə yarayacaq.

Günəş yanıqlarını sağaldır

Nanə yağını günəş yanıqlarının üzərinə çəkmək yaranı susuzlaşdırır və ağrı azalır. Hindqozu yağı ilə qarışdırıb birbaşa yanıq bölgəsinə vurun. Dərini yeniləyəcək.

Menstruasiya ağrıları

Nanə çayı içə, ya da yeməklərinizdən əvvəl boşqaba 1-2 damcı nanə yağ damcılada bilərsiniz.

Nəfəs fərəhliyi

Diş çürüklərinin yaranmasının qarşısını alır, nəfəsi fərəhlədir. Bunun üçün dilinizin altına 1-2 damcı nanə yağı damcıladıb, 1 stəkan su ilə ardından ağzını yaxalayın.

Ürəkbulanmanı yox edir

Nanə çayının içinə bir neçə damcı limon damcıladaraq için. Bir neçə damcı nanə yağını qulaqlarınızın arxasına sürtün.

Diş çıxarma

Uşaqlar diş çıxararkən istifadə edilən ən təsirli ağrıkəsicidir. Nanə yağını hindqozu yağı ilə qarışdırıb diş ətinə sürtün.

Gözəllik və Moda     Baxılıb: 5766   Tarix: 20 sentyabr 2016
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ev şəraitində DUZ SKRABI – Hamar, təmiz, cavan dəri

Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir. -a istinadla oxucularına çox effektli duz skrabının reseptini təqdim edir. İnqrediyentlər:

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

turlar.az

sonxeber.az toy gecesi yay geyimləri 2024 makiyaj instagram sizanaga qarsi maskalar yeni dogulmus korpeye lazim olan esyalar qadın orqanizmi qadın sonsuzluğu kosmetika layla eqreb itburnu novruz bayramına aid hakışta kahfe kali