BDU-da ödəniş haqqı ŞOK HƏDDƏ çatdı - QİYMƏT...

BDU-da ödəniş haqqı ŞOK HƏDDƏ çatdı - QİYMƏT...Bakı Dövlət Universitetində təhsil haqları yeni tədris ilindən etibarən bütün fakültələr üzrə 100-500 manat arası artırılıb.

Xanim.az xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov "Abituriyent" jurnalının yeni sayına istinadən məlumat yayıb.

O, bildirib ki, keçən il ödənişi 3800 manat olan BDU-nun Hüquq fakültəsinin təhsil haqqı 4300 manata qədər qalxıb.

Xəzər Universitetində təhsil haqları 4500-5000 manat, Azərbaycan Universitetində 3000 manat müəyyən olunub ki, bu da keçən illə müqayisədə ciddi artım hesab olunur. Amma Qərb, Kooperasiya, Odlar Yurdu universitetində təhsil haqları aşağı düşüb. Bu da onunla əlaqədardır ki, keçən il bu universitetlər plan yerlərini çox aşağı səviyyədə doldura bilmişdilər.

Ekspert "Qafqazinfo"ya açıqlamasında bildirib ki, təhsil haqlarının artırılması abituriyentləri ödənişləri aşağı olan universitetlərə meyl etməyə məcbur edəcək:

"Bununla yenidən həmin təhsil haqları yüksək olan universitetlərə qəbulla bağlı problemlər yarana bilər. Çünki keçid balı toplayan abituriyentlərin sayı qəbul plan yerlərindən azdır.

Bundan əlavə, unutmaq olmaz ki, yüksək qiymətlə aşağı səviyyədə təhsil almaqdansa, ucuz qiymətə qardaş Türkiyədə daha keyfiyyətli təhsilə meyl edə bilərlər. Bu da ölkədən kənara həm maliyyə axını, həm də ki, beyin axını ilə müşahidə oluna bilər".
Kamran Əsədov qeyd edir ki, təhsil haqlarının artırılmasına əsasən ölkədə baş vermiş 2 devalvasiya və enerji daşıyıcılarının qiymətlərinin artırılması təsir göstərir:

"Düzdür, dövlət universitetləri dövlət büdcəsinin vəsaiti hesabına böyük məbləğdə pul dotasiyaları alırlar. Dünya təcrübəsində universitetin dövlət büdcəsinin vəsaiti hesabına saxlanılması təcrübəsi yoxdur. Bu, büdcəni daima əlavə xərc yükündə saxlayır.
Ona görə də, ölkə başçısı bu ildən etibarən bir sıra büdcədən maliyyələşən universitetlərə publik hüquqi şəxs statusu verdi ki, özləri göstərdikləri xidmətə görə maliyyələşdirilməsini həyata keçirsinlər.

Əslində isə, bu da universitetin publik hüquqi şəxs elan etməyin Azərbaycan variantı. İnkişaf etmiş ölkələrdə universitetin qazancının böyük qismini universitetin elmi fəaliyyətinin nəticəsində əldə edilmiş pullar təşkil edir. Necə ki, bizdə təhsil elmə çevrilməyib qazanc yeri yenə də millətin belindən, zəhmətkeş fəhlənin, kəndlinin əlinin qabarından çıxacaq. Öyrəşmişik ki, əziyyətsiz qazanc əldə edək.

Universitetlər xaricdən tələbə qəbuluna üstünlük vermək, xaricdən vəsait cəlb etmək yerinə, daxili bazarın hesabına öz maliyyə problemlərini həll edirlər".

Xəbərlər     Baxılıb: 3823   Tarix: 22 iyul 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qanda şəkəri salan meyvə

Bu meyvədə olan rezisdent nişasta və pektin qanda qlükozanı tənzimləyir və uzun müddət toxluq verir. -a istinadən xəbər verir ki, avstraliyalı diyetoloq Syuzi Barrell yetişməmiş yaşıl bananın faydasını açıqlayıb. "Yetişmi

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Qida əlavələri və vitaminlərin ziyanları haqda bilmədiklərimiz

Təbii qida əlavələrindən sui-istifadə və onlara qarşı qərəzli münasibət böyrək daşlarının əmələ gəlməsinə, həzm problemlərinin yaranmasına və dərmanların yanlış hərəkətinə səbəb ola bilər. Bu barədə Corc Vaşinqton Universitetini

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Bu xəstəliyi olanlar banan yeməlidir

a istinadən bananın faydalarını təqdim edir:. - Banan qan şəkərini balanslaşdırmağa kömək edir. - Ürək sağlamlığını qoruyur. - İnsulin müqavimətini artırmaqda təsirlidir. - Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanm

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?

Dərdlərə dərman aspirin bu ağacdan hazırlanır. Söyüd yarpağının bel ağrılarının müalicəsində ən güclü üsullardan biri olduğunu bilirdiniz?. -a istinadən söyüd yarpağının bu inanılmaz faydası barədə yazını təqdim edir. . Söyü

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

turlar.az

sonxeber.az yay kolleksiyasi geyim necə seçməli maskalar genc aile seksual qadin sizanaqlara qarsi vasite qış tədarükü salatlar kosmetika hakisda haxisda hakisdalar veten novruz bayramına aid bakışta