Bədən və orqanizminin əslində neçə yaşı var? - Sağlamlığını özün yoxla

Bədən və orqanizminin əslində neçə yaşı var? - Sağlamlığını özün yoxlaPasportdakı yaşınızı və doğum tarixinizi unudun. Bu test sizə orqanizmin, bədənin əsl yaşını göstərəcək.
Bu test həm də nə qədər sağlam olduğunuzu və uzun ömür sürməyə nə qədər şansınız olduğunu göstərə bilər.
Milli.Az evdə edəcəyiniz testləri təqdim edir. Öncədən kağız, qələm hazırlayın ki, balları yazasınız.
TEST 1 - nəbzin sayı
Sakit halda biləkdə ürək ritmini tutub dəqiqədə sayını hesablayırsız. Əgər təzyiq ölçən cihaz varsa, bu cihaz da ürək ritmi sayını göstərir.
60 saniyə ərzində ürək döyüntüsü 90-100ə yaxın ola bilər. Amma idealda 75-80 olmalıdır. Əgər sizin nəbziniz dəqiqədə 100-dən çoxdursa, kağızda bu testin qarşısına 1 bal yazin
TEST 2 - Bədənin elastikliyi, hərəkətliliyi
İnsan yaşlandıqca, bədəni bir qədər bərkiyir. Cavanlıqda şpaqat açan, sonra onu edə bilmir.
Bədəni yoxlamaq üçün döşəmədə əyləşib, ayaqlarınızı düz uzadırsız və əyilib ayağın baş barmaqlarını tutmağa çalışın. Bu zaman dizləriniz qatlanmamalıdır. Əgər siz barmaqların ucuna güclə toxunana qədər çatdınızsa 1 bal yazın. Əgər əliniz ayaq barmağından da irəli 5-10 sm irəli çatdısa, heç bir bal yazmayın
TEST 3 - Sənin gücün
35 yaşdan sonra əzələ kütləsi azalır, güc tükənir. Onları saxlamaq üçün mütləq zülal qəbulu və fiziki hərəkət, idman lazımdır.
Bunu yoxlamaq üçün dizlərin üstə oturub, çöməlmə hərəkətləri etməlisən. Beli, kürəyi düz saxlayın, çanaq hissə yırğalanmır, əllər yana açılır və dizləriniz üstə oturub qalxırsız.
Nə qədər bacarırsız edin. Əgər 10 dəfə etdinizsə, kağızda 1 bal yazın. Əgər 10-20 dəfə edə bildinizsə heç nə yazmayın
TEST 4 - Bədənin proporsiyası
Bədəndə artıq piy, yağ beldə toplanır. Aşağı 2 qabırğanın altında sıxmaqla santimetrlə dairəvi ölçün və kağıza qeyd edin.
Sonra beldə ən enli hissəni ölçüb rəqəmi qeyd edin.
İndi birinci rəqəmi ikinci alınan rəqəmə bölün. Əgər alınan rəqəm 0, 85-dən yuxarı alındısa, kağıza 1 bal yazın. Ondan aşağı alındısa, heç nə yazmayın.
TEST 5 - Yuxu
İnsan yuxuda bərpa olur. Nə qədər az yatırsızsa, bir o qədər tez qocalırsız.
Əgər gecədən səhərə kimi 6-9- saat yatırsızsa, kağıza 1 bal yazın. Yox əgər 4-5 saat yuxunuz varsa, 2 bal yazın. Əgər həmişə eyni saat yəni 7 saat yatırsızsa, kağızda balın yanından minus 0,5 bal yazın
TEST 6 - Qidalanma
Bu suallara cavab verin:
- Sutkalıq zülal normasını alırsızmı?
- Yağ normasını aşmıram
- Kalori alma və xərcləmə normasına əməl edirəm?
- Rasionumda meyvə -tərəvəz çoxdur
- Çəkim uzun müddətdir eyni qalıb, kökəlmirəm
Əgər bütün bu tövsiyələrə əməl edirsiz və çəkiniz artmırsa, vərəqə bal yazmayın. Əgər əməl etmirsizsə, 1 bal yazın
Nəticə - yaşını hesabla
Yazdığınız balları toplayın. Nə qədər az bal olsa, o qədər yaxşıdır. Alınan rəqəmə öz yaşınızı əlavə edin. Alınan rəqəm sizin bədəninizin real yaşıdır. Çoxdursa, deməli, yuxarıdakı şərtləri qaydaya salmalısız. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 786   Tarix: 02 noyabr 2023
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?

Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?.   -a istinadən xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsini

.

Yaponiya 2 milyardlıq COVID-19 peyvəndini atır

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.   -a istinadən xəbər verir ki, Shionogi" şirkətinin istehsal

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

.

Energetik içkilər yuxunu qaçırmır - Sürücülərə təhlükə

Gecə yolda yatmamaq üçün sükan arxasında energetik içki içmək təhlükəlidir.   -a istinadən xəbər verir ki, həkim Tatyana Romanenko yuxulamağa qarşı qəhvə və ya çayla mübarizə aparmağı tövsiyə edir. Onlar da kofein tərkiblidir

.

Dünyanın ən təmizkar xalqı açıqlandı

World Population Review apardığı analiz nəticəsində ən təmizkar xalq elan edilib.   -a istinadən xəbər verir ki, statistika əhalinin yuyunma sayına görə təyin edilib. Ən təmizkar insanlar Braziliyalılar hesab edilib. 99

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

turlar.az

sonxeber.az yaz geyimleri 2024 qadin dunyasi aksessuarlar saç tökülməsi 2024 yaz yay kolleksiyasi qadın və texnologiya əqrəb bürcü kosmetika ikizler birlik penis oyunlar uşaq şeirləri