Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLU

Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLUÇatlar dəri səthində naməlum rənglərdə müşahidə edilən cizgilərdir. Bədəndə əsasən qarın ətrafında, ayağın bud hissəsində, qolların üstündə, omba və sinə bölgəsində yaranır.
Çatlar bəzən də bədəndə daha geniş bir yer tutur. Çatların səbəbi çox zaman hamiləlik olsa da, ani kökəlmək və arıqlamaq, genetik faktorlar, stress də çatlara səbəb ola bilər. Başlanğıcda çəhrayı və ya qırmızı görünsə də, getdikcə daha nazik, gümüşü rəng alır və qalıcı hala gəlir.
Lent.az bədəndəki çatlardan xilas olmağın bir neçə təbii yolunu təqdim edir.
1. Hind yağı
Qırışlar, yaşlılıq, dəri ləkələri, sızanaq kimi bir çox dəri probleminin müalicəsində istifadə edilən hind yağını çatlardan xilas olmaq üçün də istifadə etmək mümkündür. Problemli bölgələrə bir az hind yağı sürtün və 5-10 dəqiqə ərzində dairəvi hərəkətlərlə masaj edin. Yağ sürtdüyünüz bölgəni nazik pambıq parçaya sarıyın. Üzərinə isti su torbası və ya isti su doldurduğunuz şüşə qabı ən az yarım saat ərzində saxlayın. Müsbət nəticələr almaq üçün bu prosesi bir ay ərzində hər gün təkrarlayın.
2. Aloe vera
Aloe vera sakitləşdirici təsirə malikdir. Bu xüsusiyyəti sayəsində bir çox dəri probleminin müalicəsində istifadə olunur. Çatlar olan bölgəyə aloe veranı birbaşa sürtün, 15 dəqiqə ərzində saxlayın və daha sonra bölgəni ilıq su ilə yaxalayın.
Bir başqa üsul: Aloe vera, E vitamini və A vitamini kapsullarını qarışdıraraq istifadə edə bilərsiniz. Qarışığı ovalayaraq dərinizə yaxşıca yedirin və bunu gündəlik olaraq təkrarlayın.
3. Yumurta ağı
Yumurta zəngin zülal qaynağıdır. Lakin çatlar üçün yumurtanın amin turşusu və zülal baxımından zəngin hissəsi olan ağını istifadə edə bilərsiniz. Əvvəl problemli bölgəni su ilə təmizləyin və yaxşıca çırpdığınız yumurta ağını bir fırçanın köməyi qalın bir təbəqə halında sürtün. Yumurta ağının qurumasını gözləyin və daha sonra bölgəni soyuq su ilə yaxalayın. Son olaraq dərini nəmləndirmək üçün bir az zeytun yağı sürtün. Nəticə ala bilmək üçün bu əməliyyatı ən az iki həftə ərzində hər gün təkrarlayın.
4. Limon suyu
Çatların görünməsini azaltmağın digər bir sadə yolu isə limon suyudur. Limon suyunu dairəvi hərəkətlər formasında problemli bölgəyə tətbiq edin. İlıq su ilə durulamazdan əvvəl 10 dəqiqə ərzində dərinizin limonu yaxşıca əmməsinə imkan verin.
Bir digər variant: Bərabər miqdarlarda limon suyunu və xiyar suyunu qarışdıraraq çatların üzərinə çəkin.
5. Şəkər tozu
Şəkəri tozunu peeling kimi də istifadə edə bilərsiniz. Bir çay qaşığı şəkər tozu və badam yağını bir neçə damcı limon suyu ilə yaxşıca qarışdırın və probleminiz olan bölgələrə sürtün. Hər gün duş almazdan əvvəl qarışımı dərinizə çəkin. Bunu bir ay ərzində etsəniz, çatların rənginin açıldığının fərqinə varacaqsınız.
6. Kartof suyu
Orta boy kartofu dilimləyin. Bir parça götürüb çat olan bölgələrə bir neçə dəqiqə ərzində sürtün. Kartofun nişastasının bölgəyə yaxşıca yayıldığına əmin olun. Dərinin kartofun suyunu əmməsinə imkan verin və bölgəni ilıq su ilə yuyun.
7. Kakao yağı
Təbii bir nəmləndirici olan kakao çatların görünüşünü azalda bilər. Kakao yağını bir neçə ay ərzində gündə ən az iki dəfə tətbiq etməlisiniz. Ya da yarım fincan kakao yağını 1 çay qaşığı buğda toxumu yağı, 2 çay qaşığı qədər rəndələnmiş bal şanı, bir çay qaşığı günəbaxan yağı və E vitamini ilə qarışdıraraq da tətbiq edə bilərsiniz. Bu qarışımı bal şanı yaxşıca əriyənədək isidin. Eyni zamanda, qarışımı hava almayan bir qabda soyuducuda saxlaya bilərsiniz. Gündə iki-üç dəfə istifadə edin.

Gözəllik və Moda     Baxılıb: 2978   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

turlar.az

sonxeber.az geyim və ayaqqabılar geyim necə seçməli həkim məsləhəti hakistalar kofe maskasi fitnes klubu buxaq kosmetika sanamalar novruz bayrami hakisda novruz bayramına aid hakışta zencefil sevda