Benzinlə bağlı GÖZLƏNİLMƏZ XƏBƏR - Bundan sonra...

Benzinlə bağlı GÖZLƏNİLMƏZ XƏBƏR - Bundan sonra...Dizel və benzinlə idarə olunan avtomobilləri qadağan etməyə hazırlaşan ölkələrin sayı getdikcə artır.

Dünyanın ən böyük iqtisadi ölkələri olan Çin, Hindistan, Fransa, İngiltərə və Norveç fərqli tarixlərdə benzin və dizelli avtomobilləri qadağan etməyi planlaşdırırlar. Beynəlxalq Enerji Agentliyi bu ölkələrlə yanaşı daha 8 dövlətin eyni hazırlıq mərhələsində olduğunu xəbər verir.

Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin maşın istehsalçılarının fosil yanacaqlı nəqliyyat vasitələrinin satışını dayandıracağını açıqlayıb. Ölkə şirkətlərin elektrikli maşınları inkişaf etdirməyə səy göstərdiklərini bildirib.

Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin benzinli maşınların istehsalı və satışını dayandırmaq üçün dəqiq tarix müəyyənləşdirmək üzərində çalışdığını qeyd edib. Çinin bu qərarı isə avtomobil sənayesi üzərində dərin təsir yaradacaq.

Fosilli nəqliyyat vasitələrini qadağan etməyə hazırlaşan tək ölkə Çin deyil. Belə ki, İngiltərə ölkədə havanın təmizlənməsi üçün 2040-cı ildən etibarən benzin və dizellə çalışan maşınların satışını dayandırmağı planlaşdırır. Baxmayaraq ki, İngiltərə illik 2,7 milyon maşın satışı ilə dünyada bu sahədə 6-cı ən böyük ölkədir.

Bundan əlavə, Fransa da qlobal istiləşməyə qarşı 2040-cı ilə qədər fosil yanacaqlı nəqliyyat vasitələrinin satışına məhdudiyyət qoymağa hazırlaşır. 2040-cı ildən etibarən Fransada yalnız elektrikli, hibrit və digər təmiz yanacaqlı maşınların satışına icazə veriləcək.

Bu sahədə niyyətini bəlli edən bir digər ölkə Almaniyadır. Bu ölkə digərləri kimi dəqiq tarix açıqlamasa da, Almaniya kansleri Angela Merkel təmiz yanacaqlı nəqliyyat vasitələrindən istifadənin daha düzgün olduğunu açıqlayıb. Bunun üçün avtomobil sənayesinin sürətli bir şəkildə infrastruktur yaratmalı olduğunu ifadə edib.

Başqa bir avtomobil nəhəngi Hindistan da benzin və dizel yanacaqlı nəqliyyat vasitələrindən imtina etməyə hazırlaşır. Hindistan hökuməti 2030-cu ilə qədər ölkədə satılan hər avtomobilin elektrikli motora malik olmasının vacibliyini vurğulayıb.

Norveç də elektrikli avtomobillər barədə dəqiq tarix açıqlayan dövlətlərdəndir. Ölkədə 2025-ci ildə satılan hər avtomobil və yüngül ticarət maşını sıfır emisiyalı olacaq. Norveç hazırda təmiz yanacaqlı maşın istifadəsində dünyadakı ən öncül ölkələrdəndir. Keçən il satılan nəqliyyat vasitələrindən 40%-i elektrikli və hibrit maşınlardan ibarət olub.

Bundan əlavə, Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya və Cənubi Koreya da bu mövzuda mövqeyini ortaya qoyub.
Sonxeber.az

Xəbərlər     Baxılıb: 3290   Tarix: 12 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Yaranı necə tez sağaltmaq olar?

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir. Bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. -a istinadən bildirir ki, mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

"Qadının kök və piyli olması faydalıdır" - Professor

Türkiyəli həkim, professor Oytun Erbaş maraqlı açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, doktor dərialtı piylərin sağlamlığa xidmət etdiyini bildirib. "Dərialtı piylər beyninizi, ürəyinizi sağlam saxlayar

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Elektron siqaret çəkənlərə ciddi XƏBƏRDARLIQ

25 yaşlı Cozef Lourens illərlə siqaret çəkməyin sağlamlığa ciddi fəsadları haqqında öz hekayəsini paylaşıb.   -a istinadən xəbər verir ki, bu barədə "Mirror" portalı məlumat yayıb. . Məlum olub ki, uzun müddət elektro

.

"Zelyonka" və yod ləkələrindən qurtulmağın sadə yolları

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə

turlar.az

sonxeber.az geyim dəbləri sade makiyaj sekilleri qis geyimləri 2024 kelem tutmasinin hazirlanmasi arıqlamaq qaydaları erzaqlar qadin dunyasi kosmetika qadin.az kondom novruza aid hakışta xeyanet dostluq