Bir çox qadınların özünə dərd etdiyi qara nöqtələr

Bir çox qadınların özünə dərd etdiyi qara nöqtələrBir çox qadınların ortaq problemlərindən biri də qara nöqtələrdir. Xüsusən də yağlı və məsamələri iri olan dərilərdə əmələ gələn qara nöqtələrin əsas səsəbi qidalanma, gün ərzində yığılan çirk, hətta makiyajdır. Sızanaq isə qara nöqtənin inkişaf etmiş formasıdır. Qara nöqtələr sızanağa çevrilmədən qarşısını almaq lazımdır.

Qüsursuz dəri istəyirsinizsə, əvvəlcə qara nöqtələrdən xilas olmalısınız.

Bu tövsiyələrimiz sizə onlardan xilas olmağa yardım edəcək.
• Qara nöqtələri təmizləmək üçün sıxmaq yaxşı üsul deyil. Bunun yerinə iynəsini çıxardığınız şiprislə qara nöqtənin üzərinə basaraq çıxarmağa çalışın.
• Şiprislə çıxara bilmədiyimiz qara nöqtələrlə əlləşməyin. Çünki üzünüzdə ləkə qala bilər. Qalan qara nöqtləri təmizləməyin yaxşı yolu pilinqdir.
Evdə hazırlaya biləcəyiniz pilinq qayadaları:
• Bir çay qaşığı türk qəhvəsini, bir çay qaşığı şəkəri və bir az balı qarışdıraraq əldə etdiyiniz qarışığı ovaraq üzünüzə çəkin. Yumşaq hərəkətlərlə üzünüzü masaj edin. Sərt bassanız, dəri qıcıqlanıb qızara bilər. Türk qəhvəsinin canlandırıcı, balın nəmləndirici xüsusiyyəti dəriyə yaxşı təsir göstərir. Şəkər tozu isə dərini ölü hüceyrələrdən təmizləyir. Pilinqi həftədə 2 dəfədən artıq etmək olmaz.
Pilinqdən sonra bu masklar da dərini sağlam və hamar edir.
• İsti bal maskası: 2 yemək qaşığı balı azca isidin və içinə 2 yemək qaşığı buğda toxumu əlavə edərək yaxşıca qarışdırın. Üzünüzə çəkin və lazım olan hissələri gün ərzində 3-4 dəqiqə ovalayın. Ovduqdan sonra 15-20 dəqiqə gözləyin və ilıq su ilə yaxalayın.
• Yulaf maskası: 1 yemək qaşığı yulaf ununu suda bişirin. Tünd rəng aldıqdan sonra içinə 1 çay qaşığı badam unu qatın və üzünüzü onunla ovun. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
• Limonlu maska: Bir qaba yumurta ağı və yarım limon suyu əlavə edərək qarışdırın. Sonra azca isidin. Qatılaşdıqdan sonra soyudun və üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Bundan sonra məsamələri açıq saxlamaq üçün tonik çəkmək lazımdır. Bunun üçün evinizdə təbii toniklər də var: yaşıl çay, qazlı su, alma sirkəsi və ya gül suyu çəkə bilərsiniz.
• Qara nöqtələri təmizləmək üçün ilk olaraq məsamələri açmalısınız. Bunun üçün ən yaxşı yol buxar vannasıdır. Geniş bir qaba su töküb qaynadın sonra dəsmalla başınızı örtüb üzünüzü həmin qaba tutun. 10-15 dəqiqədən sonra qara nöqtələr daha yaxşı təmizlənəcək.
Təmizlənən qara nöqtələrin təkrar çıxmaması üçün mütləq təmizləmə geli ilə səhər-axşam üzünüzü yuyun. Bunları həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.
• Məsamləri sıxlaşdıran maska: 1 yemək qaşığı bal, 1 yumurta, 1 çay qaşığı qurudulmuş çobanyastığı və 1 çay qaşığı nazik doğranmış nanə ilə qarışdıraraq üzünüzə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.
• İri məsamələri sıxlaşdıran maska - Pürə halına gətirilmiş ya da dilimlənmiş pomidoru üzünzə çəkin. Quruduqdan sonra soyuq su ilə yuyun.
• Məsamələr üçün güclü vasitə: 1 litr qaynadılmış suya yarım limonun suyu və qabıqlarını, sonra 1 ovuc (Evinizdə hansı varsa: quşdili, kəklikotu, nanə, qərənfil, cəfəri, çobanyastığı, lavanda) əlavə edin. Sonra qabı masanın üstünə qoyun və saçınızı dəsmalla bağlayın. 25 sm-lik məsafədə 15 dəqiqə üzünüzü qaynamış suya tərəf tutun. Sonra soyuq su ilə üzünü yuyun.

Gözəllik və Moda     Baxılıb: 16308   Tarix: 26 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

turlar.az

sonxeber.az sade makiyaj sekilleri gözəllik məhsulları makiyaj instagram parfümeriya anaya aid atalar sozu gilasın faydası 2024 un geyimleri kosmetika qiz evi ariqla yumurta intim munasibetler sekis