Bitkilərə göbələk, limona xərçəng, banana hamiləlik dərmanı vurulur... Qida ilə bağlı ŞOK FAKTLAR

Bitkilərə göbələk, limona xərçəng, banana hamiləlik dərmanı vurulur... Qida ilə bağlı ŞOK FAKTLARHər bir insanın yaşaması və inkişaf etməsi üçün qidaya ehtiyacı var. Yemək isə sadəcə qidanı boğazdan mədəyə ötürmək demək deyil.

Onun da öz qaydaları var. Amma bu qaydalara riayət etməmək insanın sağlamlığı bahasına başa gəlir.

Bəzən deyirlər ki, azərbaycanlılar düzgün qidalanma qaydalarını bilmirlər, bilənlər də ona əməl etmirlər. Bəs əslində necədir?

Məsələ ilə bağlı Modern.az-a Milli Kulinariya Mərkəzinin rəhbəriTahir Əmiraslanov azərbaycanlıların qidalanmasında olan səhvləri açıqlayıb.

O deyib ki, başqa ölkələrdən idxal olunan qidalara meyilli olmağımız və başqa millətlərin yeməyinə daha çox önəm verməyimiz düzgün qidalanmada əsas səhvimizdir.

"Başqa heç bir səhvimiz yoxdur. Əgər kimsə milli qidalanma sistemində dədəsinin, babasının əkib biçdiyi məhsullardan istifadə edirsə, normal qidalanır.

Amma çox yemək də düzgün qidalanmaq demək deyil. Biz daha çox kənardan gələn məhsullar, içkilər, qeyri-normal istehsal olunan energetik içiklərlə qidalanırıq. Azərbaycanlıların səhvi yalnız bundadır.

Bu qidalardan istifadə etməmək,uşaqları bu qidalardan uzaq saxlamaq lazımdır. Milli ərzaqlarla qidalan adamların heç biri səhv etmir".

Tanınmış kulinar deyir ki, xarici qidalara olan meyl özünü göstərmək istəyi ilə bağlıdır.

"Qarğa qaz yerişi yerimək istədi, öz yerişini də itirdi. Biz çalışırıq ki, qazın yerişini yeriyək".

Bəs xaricdən istehsal olunan məhsulların hansı zərərləri var?

Türkiyəli həkim Yavuz Dizdar yediyimiz qidalarla xəstəliklər arasındaki əlaqəni açıqlayıb. Son zamanlarda dünyada artan sonsuzluğun təbii olmayan qidalarla birbaşa bağlı olduğunu vurğulayan həkim özəlliklə istehsalçıların istifadə etdiyi göbələk dərmanlarına diqqəti yönəldib.

Bir göbələk dərmanı göbələk xəstəliyinin müalicəsində istifadə olunur. Ancaq xarici təcrübədə göbələk dərmanını bitkiyə kökdən verənlər var. Dərman bitkinin toxumlarına qədər səpilir. Bu da bitkinin kiflənməsinə səbəb olur. Eyni dərman insanda streoid horman sintezini pozur. Bu da sonsuzluğa səbəb olur.

Həkim deyir ki, xəstəxanalara gəlib kimyaterapiya dərmanı istəyirlər. Səbəbini soruşanda isə: "bunları limona səpirik və yetişmə dövrünü dayandırırıq" deyirlər.

Məsələn, böyük bir əkin sahəsidir və ya adamın böyük bir bağçası var. İstehsalçı budaqdakı bitkilərin hamsının eyni anda böyüməsini istəmir. Xərçəng dərmanı ilə də həmin məhsulun böyüməsini dayandırır.

Bu dərmanları qeyri-qanuni yollarla əldə edirlər. Dərmanlar budaqdakı portağalın, naringinin, limonun inkişafını necə dayandırırsa, insan orqanizmində də eyni nəticəni göstərir.

Dərmanlardan istifadənin səbəbi isə çox bəsitdir. Məsələn, dərmanlar vasitəsilə pomidor dayanmadan uzadıla bilər. Çox gözəl görünən tərəvəz halına salına bilər. Bu da alıcıları özünə cəlb etməkdə əla vasitədir.

Kim çürümüş meyvə və ya əzik-üzük məhsul alır ki?! Xaricdən gətirilən əksər məhsullar bu səbəbdən göz oxşasa da nə dadı olur, nə də insana faydası. Zərərləri isə saymaqla bitməz.

Üstəlik istehsalçılar bütün qiymətlərə qədər hesablayırlar. Bu cür istehsal daha ucuz başa gəlir. Belə düşünün, biri var toyuğu alıb onu 6 aya yetişdirib satasınız, biri də var 45 günə. Bu da daha az xərcə səbəb olan bir şeydir.

Bu hallar təkcə meyvə tərəvəz üçün keçərli deyil. Məsələn, meyvə suları... Meyvələri sıxdıqdan sonra aromasını ayırırlar. Daha sonra 130-140 dərəcədə qaynadırlar. Bu mərhələdə içindəki bəsləyici ünsürlərin demək olar ki, hamısı aradan qalxır. Sonra aromanı geri əlavə etdiklərində "qatqısız" adı ilə bazara çıxardırlar. Qatqısız olmağına bəli, qatqısızdır. Amma tərkib dəyişib və içərisində bəsləyici ünsür qalmayıb.

Toyuğun budu əldə dağılır. İstehsalçılar deyirlər ki, 1 həftə-10 gün öncədən antibiotikləri kəsirik. Amma bu heyvanların vücudu dağılmış vəziyyətdə olur. 20 dəqiqə qaynadırsınız və götürdüyünüzdə bud əlinizdə qalır. Bu qədər dağılmaya meyilli olması toyuğun körpəliyi ilə əlaqələndirilə bilməz. Bu o deməkdir ki, toyuğun proteinləri düzgün yox, əksik verilir. Halbuki sizin öz həyətinizdə sağlıqlı şəkildə bəslədiyiniz toyuqlar qat-qat daha faydalıdır.

Xarici ölkələrdən idxal olunan bananlarda da eyni vəziyyət müşahidə olunur. Bananın istifadə müddətini uzatmaq üçün gövdəsinə qadınların hamiləlikdə istifadə etdiyi dərmanlar səpilir. Dünyanın bir çox yerindən gəmiyə yüklənən bananların necə gözəl göründüyünü düşünə bilirsiniz? Hamsı bir yerə toplanılır. Yolda gələrkən inkişaf müddəti dərman vasitəsilə dayandırılır. Ən sonda rəngini əslinə bənzətmək isə çox asandır.

Toyuq istehsalı sektorunda mənfi istehsal Amerika Birləşmiş Ştatlarından miras qalıb. Bu metod 1950-ci illərdən bəri tətbiq edilir. Elə xəstəliklər də bu tarixdən ortaya çıxmağa başlayıb. Bu istehsal metodu 1990-cı illərdən digər ölkələrə yayılmağa başlayır. Təbii toyuq istehsal edən çox az yerli firmalar qalıb. Əsas məsələ isə 45 gündə toyuğun necə və hansı formada yetişdirilməsindədir...

Enerji içkilərinin ziyanlarına gəldikdə isə kofein tərkibli enerji içkiləri özəlliklə uşaq və gənclərin sağlamlığına zərərlidir. Enerji içkilərinin həddindən artıq içilməsi kofein zəhərlənməsi riskini artırır. Bu içkilər keçici olaraq öyrənmə performansını yaxşılaşdırır. Bu səbəblə də özəlliklə uşaqlar və gənclər tərəfindən çox istifadə olunur. Ən önəmli problem kofeinin miqdarındadır. Qəhvə isti olduğu üçün yavaş-yavaş içilir. Ancaq enerji içkiləri soyuq olduğu üçün qısa müddətdə daxilə qəbul edilir. Bu da kofein zəhərlənməsi riskini artırır. Avropa Qida Təhlükəsizliyi Qurumunun araşdırmasına görə, uşaqların vücudunda olan kofeinin 43%-i enerji içkiləri nəticəsində yaranır. Bu gənclərdə 13%, böyüklərdə isə 8% təşkil edir.

Enerji içkilərinin bir başqa problemi isə spirtlə bir yerdə qəbul edilməsidir.18-29 yaş aralığındakıların 70%-i enerji içkilərini spirtlə qarışdıraraq içir. Səbəb isə enerji içkilərinin spirtin təsirini ört-basdır etməsi nəticəsində sərxoşluğun gec anlaşılmasıdır.

Enerji içkiləri Azərbaycanda və bütün Avropa ölkələrində satılır.

Sağlamlıq     Baxılıb: 1488   Tarix: 22 yanvar 2018
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Günəş yanıqlarında istifadə olunan effektiv üsullar

Xüsusilə yay aylarında tətildə günəş vannası qəbul edərkən günəş yanığı baş verə bilər. Günəş kremi istifadəetmədən günəş vannası qəbul edərkən günəş yanığı əmələ gəlir və bu, insanı çox narahat edir. Bir çox insan günə

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

QURUDULMUŞ TUT - Minbir dərdin çarəsi

Tut qurusu günəşdə və ya süni şəkildə qurudula bilər. qurudulmuş tut toxumları kiçilir və onların dadı daha sıx olur. Bəs qurudulmuş tut nəyə faydalıdır?. Tutun tərkibində təxminən 80 faiz su var. Buna görə də qurutma nəticəsind

.

Cinsi akt niyə pozulur? - Təsbitlənmiş 5 tibbi faktor

Cinsi hərəkət qeyri-razı və ya məcburi davranış, məlumatlı razılığın olmaması və ya iradəsinin əksinə olaraq kiməsə məcbur edildiyi zaman pozula bilər. Cinsi pozuntular cinsi təcavüz, zorlama, cinsi qısnama və arzuolunma

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

sonxeber.az həkim məsləhəti gözəllik məhsulları yaz geyimleri 2024 qadın və cəmiyyət donlar 2024 sarimsaq limon mocuzesi geyim dəbləri kosmetika cantalar sevda novruz bayramina aid hakistalar novruz hakistalari vətən həsrəti