Boğaz ağrısını yumşaldan 6 tövsiyə

Boğaz ağrısını yumşaldan 6 tövsiyəQəfil soyuyan havalar xəstəlikləri də özü ilə gətirir. Xüsusən də, boğaz ağrısı və öskürək adamın lap zəhləsini tökür. Öskürək başladımı, dayanmaq bilmir. Yolda, küçədə, ictimai nəqliyyatda, işdə istəsək də, istəməsək də, öskürək və asqıraqlarımızla insanların diqqətini çəkirik. "Sağlam ol" duası isə nə öskürəyi kəsir, nə də ki, sağalmağa kömək edir... Bəs özümüzü xəstəliklərdən necə qoruya bilərik?
Qadınsaytı.az publika.az-a istinadən boğaz ağrısını azaldan bitkilərin siyahısını təqdim edir.

Bitki çayları: Adaçayı, zəncəfil, nanə kimi bitki çayları boğaz ağrısını yüngülləşdirir və quruyan boğazı yumşaldır. Bu çaylara bal əlavə etməklə, çayın təsirini gücləndirə bilərsiniz.
Siqaret: Boğazınız ağrıyarkən qətiyyən siqaret çəkməyin və siqaret çəkilən mühitdə olmayın. Oturduğunuz otağın havasını tez-tez dəyişin.

Cökə

Şübhəsiz ki, cökə "qrip" dedikdə ağlımıza ilk gələn bitkilərdən biridir. Aparılan araşdırmalar cökə ağacının tərkibindəki komponentlərdən bəzilərinin (flavonoid) iltihablara qarşı müdafiə etdiyini və ağrı kəsici təsir göstərdiyini sübut dib. Bəzi komponentlərin (müsilaj) isə boğazı yumşaldaraq soyuqdəymə şikayətlərini azaltdığı bildirilir.

Adaçayı

Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər, əsasən, ağız və boğaz iltihablarıdır. Adaçayı yarpaqlarının tərkibindəki uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını (faringit, gingivit kimi) aradan qaldırmaq olar. Bişirilmədən, çay şəklində hazırlanan adaçayı qarqara edilir. Bu boğaz xəstəliklərindən qorunmağı asanlaşdırır.

Mixək

Hər bir mətbəxin baş tacı olan mixək ağız və boğaz infeksiyalarına qarşı möcüzəli təsiri ilə tanınır. Tərkibində olan uçucu xassəli öjenol sayəsində boğaz yanmasının qarşısını alan mixək bakteriya və virusların səbəb olduğu üçün ağız, boğaz infeksiyalarında antiseptik və ağrı yumşaldıcı kimi istifadə edilir. Aparılan araşdırmalar mixək yağının istifadə edildiyi antibiotiklərin təsirinin daha güclü olduğunu göstərib. Alimlər belə qənaətə gəliblər ki, mixək yağının uçucu xüsusiyyəti antibiotiklərin təsirini artırır. Mixəyin, xüsusilə, öjenol daşıyan Seylon darçını çubuğu ilə birlikdə çay kimi içilməsi, ya da çayının qarqara edilməsi təklif edilir.

İstiot

Dənəcik və toz növlərindən hazırlanan istiot çayını qarqara etdikdə boğaz infeksiyasının qarşısını almağa və yüngülləşdirməyə yardım edir. Aparılan araşdırmalar istiotun immunitet sistemini tənzimlədiyi, yanğı və spazmalara islahedici təsir göstərdiyini təsdiq edir.

Zəncəfil

Saysız-hesabsız faydaları olan zəncəfildən bir çox ölkədə müxtəlif məqsədlərlə istifadə edilir. Soyuqdəymə və öskürəyə qarşı təsirli olduğu sübut edilən bu bitki, həzm sistemi xəstəlikləri üçün də olduqca faydalıdır.

Ekinezya (koni çiçəyi)

Yuxarı tənəffüs yolu xəstəliklərinə qarşı təsirli olan digər bitki isə ekineziyadır. Aparılan klinik araşdırmalar bu bitkinin immunitet sistemini möhkəmləndirdiyini və bədəni soyuqdəyməyə qarşı qoruduğunu sübut edib. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlara görə, tərkibində ekinezya olan məhsulların soyuqdəymə nəticəsində güclənən viruslara öldürücü təsiri var. Ekinezya eyni zamanda virusların güclənməsi nəticəsində baş verən iltihabın (sitokinler) sonrakı fəsadlarına da nəzarət edir. Belə ki, boğaz və ağ ciyərlərdə yarana biləcək ağırlaşmaya mane olur.

Xəbərlər     Baxılıb: 1637   Tarix: 11 yanvar 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Makaronla bağlı dəhşətli fakt - belə yedikdə

Makaron bişirildikdən dərhal sonra yeyilməlidir.   -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu, sağlamlıq problemlərinə səbəb olmaya bilər. Yenidən qızdırıldıqda makaronda olan nişasta dəyişdirilmiş nişastaya çevrilir

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

.

Hansı kosmetik prosedurlar təhlükəlidir? - AÇIQLAMA

Endokrinoloq Yuliya Krivovyaz məşhur kosmetik prosedurların ciddi təhlükələrini açıqlayıb.   -a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qadınların çox sevdiyi bir sıra prosedurlar sağlamlıq üçün ciddi risklər yarad

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Bağırsaq üçün ƏN FAYDALI QİDA

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib. Bu xəstəliyi olanlar banan yeməlidir. Mixəyi

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

.

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Bir çox mütəxəssis yaz aylarında eynəkdən istifadə etməyi məsləhət görürlər.   -a istinadən xəbər verir ki, yazda günəş işığı gözlərə daha çox zərər verir. Günəş eynəkləri gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qorumaqd

turlar.az

sonxeber.az qaşların formalari yay geyimləri 2024 qadın geyimi dirnaq uzatmaq yollari gündəlik bürclər xatire islamin sekilleri meyvələrin faydası kosmetika vetene aid bayati qurd xəstəliklərinə qarşı mualicə paxlava dolca ikizler