Borcdan qurtarmaq istəyirsinizsə bu duanı oxuyun

Borcdan qurtarmaq istəyirsinizsə bu duanı oxuyunاَللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ

"Allahummə İkfini bi halalikə an haramikə və Əğninə bi fadlikə am-mən sivəkə"

"Allahım! Məni halal buyurduğun şeylərlə haramlardan qoru. Lütfünlə məni Özündən başqasına möhtac etmə!"[1]

Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) məscidə girdi. Orada ənsardan Əbu Umamə (r.a.) ilə qarşılaşdı. Ona: "Ey Əbu Umamə, niyə namaz vaxtı olmaya-olmaya məsciddə oturursan?" – deyə soruşdu. O da: "Yaxamdan əl çəkməyən kədər və borca görə, ey Allahın Rəsulu,"– deyə cavab verdi. Bu zaman Allahın Rəsulu (sallallahu əleyhi və səlləm): "Sənə bəzi sözlər öyrədim? Bunları oxusan, Allah işini düzəldər və borcunu qaytararsan". Əbu Umamə: "Ey Allahın Rəsulu, öyrət!" – dedi. "Elə isə səhər-axşam bu duanı oxu:

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ,
وَالْعَجْزِ وَالْكَسَلِ, وَالْبُخْلِ وَالْجُبْنِ, وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ

"Allahummə inni əuzu bikə minəl-həmmi vəl-həzəni vəl-əczi vəl-kəsəli və-buxli vəl-cubni və daladı-dəyni və ğaləbətir-rical"

"Allahım, üzüntü və kədərdən Sənə sığınıram. Acizlik və­ tənbəllikdən Sənə sığınıram, qorxaqlıqdan və xəsislikdən Sənə sığınıram. Borcu ödəyə bilməməkdən və insanların qəhrindən Sənə sığınıram". Əbu Umamə deyir: "Mən bu duanı oxudum, Allah kədəri məndən uzaqlaşdırdı, borcumu da ödəyə bildim".[2]

Kasıblıq və yoxsulluqdan qurtulmaq üçün oxunan dua­

İslamiyyət kasıblıq və yoxsulluq hallarını xoş qarşılamır. Müsəlman ruzisini halal yolla təmin etmək üçün gecə-gündüz çalışmalıdır. Əlbəttə, bu vəziyyətdən çıxmaq üçün Allaha dua etməyi də unutmamalıdır. Yoxsulluqdan əziyyət çəkən yatsı (işa) namazından sonra aşağıdakı duanı səmimi qəlbdən oxumalı, Allaha yalvarmalıdır.

بِسْمِ اللَّهِ عَلَى نَفْسِى وَمَالِى وَدِينِى ، اَللَّهُمَّ رَضِّنِى بِقَضَائِكَ وَبَارِكْ لِى فِيمَا قُدِّرَ لِي حَتَّى لاَ أُحِبُّ تَعْجِيلَ مَا أَخَّرْتَ ، وَلاَ تَأْخِيرَ مَا عَجَّلْتَ

"Öz adımdan, malım və dinim adından Allahın adını anıram. Allahım! Məni verdiyin hökmə razı et, mənə verdiyin şeyləri bərəkətləndir. Elə bərəkətləndir ki, sonraya saxladığını indi, indi verdiyini də sonra Səndən istəməyim".[3]

Kasıblıq və yoxsulluqdan qurtulmaq üçün oxunan başqa bir dua

Əbu Umamə əl-Bahili yoxsulluq üzündən gününü məscid­də keçirirdi. Bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) yenə məsciddə boynu bükük, kədərli oturan Əbu Umaməyə səhər namazından sonra bu duanı üç dəfə oxumağı tövsiyə edir:

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ , وَالْعَجْزِ وَالْكَسَلِ , وَالْبُخْلِ وَالْجُبْنِ , وَاعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَ قَهْرِ الرِّجَالِ

"Allahım, dərd və kədərdən Sənə sığınıram. Acizlik və tənbəllikdən də Sənə sığınıram. Qorxaqlıq və xəsislikdən də Sənə sığınıram, borcu ödəyə bilməməkdən və düşmənlərin qəhrindən də Sənə sığınıram".[4]

[1]. Tirmizi, Dəavat 111

[2]. Buxari, Dəavat 36; Əbu Davud, Səlat 367

[3]. Nəvəvi, İstanbul 1986, əl-Əzkar, s.116

[4]. Əbu Davud, Səlat, 367

Gözəllik və Moda     Baxılıb: 8347   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

turlar.az

sonxeber.az qaşların formalari toy gecesi geyim şəkilləri badimcan kartof azərbaycan haqda badimcan salati sarimsaq limon mocuzesi kosmetika vicdan cinsi veten haqqinda bayatilar novruz hakisdalari salatlar