Boyunuz qısadırsa geyiminizdə bunlara DİQQƏT EDİN

Boyunuz qısadırsa geyiminizdə bunlara DİQQƏT EDİNBoyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur?. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.

Sizə köməkçi olacaq üsullar:

— Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən "uzun və zəif" qəbul edilmənizi təmin edər.

— Şalvar və ətəklərinizin beli incə olsun.

— Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.

— Yaxşı tikilmiş, düz paltarları seçin.

— Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.

— Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.

— Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.

— Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.

Əgər zəif deyilsinizsə, üfüqi xəttli geyimlər seçməyin. Üfüqi xəttlər, bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xəttli bluzlar yalnız zəif olanlar üçündür, təəssüf ki,...

Bunlardan uzaq durun!

— Üfüqi xəttli paltarlar geyməyin.

— Geniş paltar sizi daha iri göstərər.

— Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.

Məşhurların gizli sirləri:

Natalie Portman - qısa boyunu daha uzun göstərmək üçün ya super mini paltarları incə yüksək dikdabanlarla, ya da çox uzun paltarları platforma dikdabanlarla geyməyi seçir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə də tək rəng paltarlar istifadə edir.

Penelope Kruz - gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun paçalı cinsləri platformalarla geyərək, boyunu uzadır. Ya da çox qısa şortlar geyərək, ayaqlarınıı olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür.

Salma Hayek - balıq ətli amma mütənasib bir bədənə sahib olan bir qadındır, əksər hallarda dizin üstündə bitən paltarlar geyinir.Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu həm də zəif görünür.

Uzun ayaqlar

Ayaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin – çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.
Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.(qadin.az)

Gözəllik və Moda     Baxılıb: 2054   Tarix: 25 oktyabr 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

turlar.az

sonxeber.az geyim və ayaqqabılar kosmetoloq hamilelikde qidalanma cinsi münasibətlər boşanmalar zaur gunay arıqlamaq dietası kosmetika aybawi aydin sani şebnem tovuzlu google usaq geyimleri