Bu amillər uşaq cinsiyyətinin təyin edilməsinə kömək edir

Bu amillər uşaq cinsiyyətinin təyin edilməsinə kömək edirBu amillər uşaq cinsiyyətinin təyin edilməsinə kömək edir

Psixoloq Günel Hüseynli uşağın cinsiyyətinə təsir edən amillərdən yazır:
Yəqin ki, yaşlı nənələrdən qızlarımız tez-tez bu sözləri eşidiblər ‘’ayağınıza corab geyinin, belinizi isti edin, soyuq suda çox olmayın və s." Sonralar uşağın cinsiyyətinin tamamilə atadan asılı olduğunu biləndən sonra bu sözlərə təəccüb edirdim. Amma hər zaman inanmışam ki, bizim nənələrin sözlərində, məsləhətlərində bir həqiqət mütləq vardir. Bunu düşünərək bir müddət bu mövzuda araşdırma apardım və ortaya çox maraqlı nüanslar çıxdı. Sen demə, bizim nənələr burda da haqli imiş.

Bunu həm din, həm də elm təsdiq edib. Lakin uşağın cinsiyyətində ananin hansısa rolu varmı fikri mənə maraqli idi.

Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.

Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.

Halbuki "Quran"da insanlara genlərin kəşfindən hələ XIV əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.

X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır. Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur. Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur. Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır.

Günümüzdə gələcək körpənin cinsiyyətinin əvvəlcədən planlaşdırılması üçün bir neçə metod vardır. Bəziləri yumurtlama dövrü ilə, döllənmə dövrünü hesablamaqla, bəziləri xüsusi pəhriz saxlamaqla, bəziləri bədən hərarətini ölçməklə və.s metodlardan istifadə edərək istədikləri cinsdə körpəyə sahib olmağa çalışırlar. Ancaq yenə də bilməlisiniz ki, körpənin cinsinin əvvəlcədən müəyyən edilməsinin dəqiq zəmanəti yoxdur.

Yumurtlama dövrünə görə hesablama

Orta hesabla qadınlarda yumurtlama dövrü sonuncu menstruasiya (aybaşı) günündən sonra 12-16-cı günlərdə olur. Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur. Əgər mayalanma baş verməsə toxum hüceyrəsi məhv olur və növbəti mensturasiyada uşaqlıq ifrazatı ilə xaric olur.

Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200-400 mln spermazoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermazoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatazoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilirlər.

Qadınlarda yumurtlama dövrünü müəyyən edən müxtəlif yollar vardır: Bədən temperaturunu təqib etməklə, ultrasəs müayinəsi vasitəsilə, yumurtalıqlara baxılması yolu ilə, Luteinize Edici Hormon (LH) yüksəlməsini müəyyən edən testlər yolu ilə.

Aybaşılar arasındakı müddət orta hesabla 28 gündür. Yumurtlama dövrünün ilk 14 günündə bədən temperaturu 36-37 dərəcədir. Yumurtlama zamanından sonrakı günlərdə isə bədən temperaturu 37 dərəcədən artıq olar.

Hesab olunur ki, oğlan uşağı istəyən cütlər yumurtlama gününə yaxın və yumurtlama günlərində cinsi əlaqəyə girməlidirlər. Qız uşağı istəyənlər isə yumurtlama günündən 3-4 gün əvvəl cinsi əlaqədə olmalıdırlar.

Oğlan uşağı istəyənlər kaliumla və natriumla zəngin qidalar - banan, quru lobya, noxud, mərcimək, ərik, ananas, qırmızı və ağ ət qız uşağı istəyənlər isə kalsium və maqneziumla zəngin qidalar - süd və süd məhsulları, yumurta, kartof, xəmir məmulatları, südlü şirniyyatlar yeməlidirlər.

Ailə və Uşaq     Baxılıb: 11405   Tarix: 29 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

turlar.az

sonxeber.az geyim necə seçməli toy makiyajlari kosmetik vasiteler hamiləlik hesablama firni hazirlanmasi yuxa tortu yaz geyimleri kosmetika novruza aid hakisda novruza aid hakisdalar haqisda novruz hakıştası xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır