Bu eynəklər gözləri zəiflədir

Bu eynəklər gözləri zəiflədirEynək dəbin əsas elementlərindən biridir.

Oftalmoloq Leyla Məmmədovanın sözlərinə görə, optik olmayan eynəklər göz üçün ziyanlıdır. Bu, həm də sadə şüşədən olan eynəklərə aiddir. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər:

"Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimin məsləhətinə qulaq asmaq lazımdır. Əks təqdirdə seçdiyiniz eynək gözlərinizə əks-təsir göstərə bilər, daha doğrusu, gözün görmə qabiliyyətinə mənfi təsir göstərən, müxtəlif problemlər meydana çıxa bilər. Xüsusən dəb üçün alınan və istifadə olunan şəffaf şüşəli eynəklər gözlər üçün ziyanlıdır. Sağlam gözün əlavə heç bir dəstəyə ehtiyacı yoxdur. Bu cür əlavə eynəklər, linzalar isə dəstək deyil, əksinə gözə zərbədir. Eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər".

Həkimin bildirdiyinə görə, kompüter, telefon, televizor şüalarından qorunmaq adı ilə satılan eynəklər mövcuddur ki, belə eynəklərin də qoruma faizi demək olar, yoxdur. Bu cür eynəklər xüsusən kompüter və telefon mağazalarında satıldığından şüşələrinin keyfiyyətli olması da sual altındadır. Gözləri qorumaq məqsədi ilə alınan belə eynəklərin 1 ay müddətində istifadə olunması göz itiliyini kəskin aşağı endirir:

"Dəb üçün eynək alınacaqsa, mütləq həkim müayinəsindən keçilməlidir. Elə optik şüşələr olmalıdır ki, bu şüşələr göz sağlam olsa belə, gözə mənfi təsir göstərməsin. Eynəklərin mənşəyini yoxlamaq asandır. Etiketdə qeyd olunan ticarət markasının adı ilə eynəyin çərçivəsinin iç tərəfində yazılanları müqayisə edin. Həm də diqqət yetirin ki, ektiketdə istehsalçı ölkənin, müəssisənin adı, onun ünvanı qeyd olunsun. Əgər eynəklər sizə təkcə bəzək üçün deyil, sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan və ya həkim təyini ilə apteklərdən alın".

Eynək çərçivəsi və şüşələrin seçilməsi, ən az gözlüyün göz həkimi tərəfindən verilən reseptə uyğunluğu qədər əhəmiyyətlidir. Ağız, üz genişliyinə görə seçilməyib, keyfiyyətsiz və ya istifadə məqsədinə uyğun olmayan şüşələr problemlərə yol aça bilir.

Şüşə seçkisində polis, əsgər, idmançı kimi impuls işlərdə çalışanlar mütləq qırılmaz orqanik şüşələr istifadə etməlidir. Əgər günəş altında çalışılırsa, kolormatik şüşələr ya da nömrələnmiş polariz, UV A / B / C filtrli eynəklər seçilməlidir.//anspress.com

Sağlamlıq     Baxılıb: 4395   Tarix: 28 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Genital bölgənin qaralmasına səbəb nədir? - Qadınlar MÜTLƏQ OXUSUN

Hər keçən gün həyata baxışınız kimi dərinizdə dəyişikliklərə səbəb olur. Genital bölgənin qaralması, erkən və ya yetkin yaşından asılı olmayaraq, demək olar ki, hər bir qadının qarşılaşa biləcəyi bu dəyişikliklər arasındadır. So

turlar.az

sonxeber.az geymler 2024 toy makiyaji sekilleri hamilelikde qidalanma xamali piroq sepkilere qarsi qohum evlilik dirnaqlar ucun maska kosmetika video atalar sözləri məsəllər seksler faydalı bilgilər