Bu hədisi yanınızda saxlayıb, arabir oxuyun. ÇÜNKİ...

Bu hədisi yanınızda saxlayıb, arabir oxuyun. ÇÜNKİ...Yaşı doxsan beşi ötmüş mərhum Envan Bəsri deyir: Neçə illər Malik ibn Ənəsin yanına gedib ondan hədis öyrənirdim. İmam Sadiq (ə) Mədinəyə gələndə onun görüşünə gedib nəsə eşitmək istədim. İmam buyurdu ki, onun vaxtı məhduddur və əvvəlki kimi Malikin yanına getdim!. Çox pərişan oldum. Allaha dua etdim ki, İmamın qəlbində mənə qarşı məhəbbət yaratsın. Qəlbim İmama bağlandığından Malikin də görüşünə gedə bilmirdim. Nəhayət, dözməyib yenidən İmamın evinə üz tutdum. İmam ibadətə məşğul idi. Bir qədər gözləyəndən sonra xidmətçi məni evə dəvət etdi. İmam məndən istəyimi soruşdu. Qısa söhbətdən sonra soruşdum ki, həqiqi bəndəlik nədir? İmam buyurdu: "Həqiqi bəndəlik üç şeydədir: Əvvəla, bəndə Allahın ona verdiklərini öz malı saymamalıdır. Çünki bəndə mülk sahibi deyil. O hər şeyi Allahın mülkü bilir, Allahın istədiyi yerə xərcləyir. İkincisi, bəndə özünü tədbirli saymamalı, qarşıda olacaqlardan danışmamalıdır. Üçüncüsü, bütün şəxsi işlərində Allahın əmr və qadağalarına riayət etməlidir.
Qadinsayti.az maide.az-a istinadən bildirir ki, bəndə Allahın verdiklərini öz malı bilməsə, Allahın əmr etdiyi ünvana rahat xərcləyər. Bəndə öz işlərini həqiqi tədbirçi Allahın ixtiyarına versə, dünya çətinlikləri asan olar. Bəndə Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinsə, boş mübahisə və lovğalığa vaxt qalmaz. Allah bəndəyə bu üç xüsusiyyəti əta etsə, dünyadan, şeytandan, insanlardan qorxusu olmaz. Belə bir bəndə dünyanı lovğalıq üçün istəməz, xalqın olanını başqalarından üstünlük üçün arzulamaz, günlərini mənasız keçirməz. Bu, təqvanın birinci pilləsidir..." Mən İmamdan nəsihət istədim. İmam buyurdu: "Sənə doqquz şey tövsiyə edirəm... Onlardan üçü nəfsin riyazəti, üçü helm, üçü elmlə bağlıdır... Nəfsin riyazəti ilə bağlı üç şey budur: iştahan çəkməyən şeydən yemə - bu, insanın axmaqlığına, nadanlığına səbəb olar; yalnız acanda ye; Allahın adı ilə başlayıb halaldan ye... Helmlə bağlı üç şey: biri sənə desə ki, bir desən, on cavab verərəm, sən de ki, on desən bir cavab vermərəm; biri səni haqsız ittiham etsə, de ki, dediklərin düzsə Allah məni bağışlasın, yalansa səni bağışlasın; biri sənə xəyanət etsə, ona xeyirxah ol, vədini yerinə yetir. Elmlə bağlı üç şey: bilmədiyini alimlərdən soruş, amma məqsədin imtahana çəkmək, incitmək olmasın; şəxsi rəyinə əməl etməkdən çəkin, ehtiyat yolu varsa ona əməl et; şirdən qaçdığın kimi fitva verməkdən qaç - öz boynunu başqalarına körpü etmə...("Biharul-ənvar", 1/244)

Ailə və Uşaq     Baxılıb: 2497   Tarix: 02 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

sonxeber.az geymler 2024 sade makiyaj sekilleri aksessuarlar saç maskaları ayaq dirnaqlarina qulluq bizim mətbəx hind paltarlari kosmetika bayati xeyanet burcler haqqinda vətənə aid atalar sözləri veten haqqinda atalar sozu