Bu içkilər beldəki yağları yandırır - RESEPT

Bu içkilər beldəki yağları yandırır - RESEPTBelinizin ətrafındakı yağlardan qurtulmaq istəyirsiniz? O zaman Aile.lent.az-ın təqdim etdiyi bu qarışımları yatmadan əvvəl için.

Xiyarlı içki

1 ədəd xiyar
Bir ovuc cəfəri, ya da keşniş
1 ədəd limon
1 yemək qaşığı rəndələnmiş zəncəfil
½ stəkan su

Hazırlanması:

Bütün ərzaqların suyunu sıxın və yatağa getmədən əvvəl için. Bir ay boyunca bu içkini için. Ancaq daha sonra bir həftəlik ara verin. Ehtiyac duysanız, 1 həftədən sonra yenidən başlaya bilərsiniz.

Armud və adaçaylı içki

10 ədəd təzə adaçayı yarpağı
1 ədəd limon
250 ml armud suyu
250 ml bulaq suyu
1 ədəd armud
Buz

Hazırlanması:

Limonu dilimləyin, armudu kub şəklində doğrayın və hamısını bir qabın içinə əlavə edin. Çəngəl vasitəsilə əzdiyiniz adaçayı yarpaqlarını da əlavə edin. Blenderlə buzları əzin. Və əzdiyiniz buzu, armud suyunu və sodanı bir-birinə qarışdırın.

Qreypfrut və darçınlı içki

500 ml qreypfrut
500 ml bulaq suyu
1 stəkan su
2 ədəd çubuq darçın
1 ədəd anason çəyirdəyi
Nanə yarpaqları
Buz
Bir az şəkər

Hazırlanması:

Şəkər, su və darçını bir qabın içərisində şərbət kimi həll edin. 5-10 dəqiqə şəkər əriyənə kimi qaynadın. Soyudun. Qarışımı bir süzgəcin içinə boşaldın. Buz əlavə edin. Süfrəyə verərkən nanə, anason ilə bəzəyə bilərsiniz.

Limonlu içki

5 limon
1 litr bulaq suyu
Nanə
Buz

Hazırlanması:

4 limonun suyunu sıxın. Qalan bir limonu dairəvi şəkildə doğrayın. Bulaq suyu və limon suyunu bir camın içində yaxşıca qarışdırın. İçkini buz və nanə ilə servis edə bilərsiniz.

Alma sirkəli içki

1 litr alma suyu
Nanə
100 ml limon suyu
1 ədəd limon
Buz

Hazırlanması:

Limonları dairəvi şəkildə doğrayın. Alma və limon suyunu qarışdırın. Limon dilimlərini, nanə və buzu üzərinə əlavə edin. İçkinizi alma dilimləri də əlavə edərək servis edə bilərsiniz.

Tərəvəzli içki

1 litr bulaq suyu
İstəsəniz, şəkər də əlavə edə bilərsiniz.
3 xiyar
1 böyük bibər
3 limon
Nanə
Buz

Hazırlanması:

Bibər və 2 xiyarı doğrayın və üzərinə bişirmədən əvvəl bir az şəkər əlavə edin. Qalan bir xiyar və limonu da doğrayın. Limonun suyunu sıxın.
Nanəni qaba əlavə edin. Limonları, limon dilimlərini, xiyarları və bibəri əlavə edin. Üzərinə limon suyu sıxın və sodanı əlavə edin. Daha sonra buzu əlavə edin. İçkinizi limon və xiyar dilimlər ilə bəzəyə bilərsiniz.

Ananaslı içki

1 litr bulaq suyu
1 ədəd limon
1 kasa ananas suyu
Nanə

Hazırlanması:

Suyu bir tavanın içərisində qaynadın. Limonun suyunu sıxın. Suya şəkər əlavə edin və şəkər tam əriyənə kimi qaynadın. Daha sonra limonu əlavə edin və tavanı ocaqdan götürün. Bu hazırlanmış qarışımı süzgəclə süzün. Limon və ananasları əlavə edin.
Otaq istiliyində soyutduqdan sonra soyuducuya qoyun. Süfrəyə vermədən əvvəl ananas dilimləri ilə bəzəyin.

Gözəllik və Moda     Baxılıb: 2053   Tarix: 28 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Makiyajı təmizləyərkən edilən səhvlər

Makiyajı silmək, məsamələri təmiz saxlamaq dərinin nəfəs almasına və sızanaqların yaranmamasına yardımçı olur. Lakin bəzən istifadə edilən üsullar dərini zədələyə bilər. -a istinadka üzü təmizləyərkən buraxılan səhvləri təqdi

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Ev şəraitində DUZ SKRABI – Hamar, təmiz, cavan dəri

Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir. -a istinadla oxucularına çox effektli duz skrabının reseptini təqdim edir. İnqrediyentlər:

turlar.az

sonxeber.az yemek reseptleri kosmetik vasiteler toy gecesi qarağatın faydaları elm haqqinda atalar sozleri islamda qadın nergiz pasayeva kosmetika uşaq nece olur vetene aid bayatilar banan novruz hakistasi 8 mart