Bu məhsul kişilərdə SONSUZLUĞA səbəb olur

Bu məhsul kişilərdə SONSUZLUĞA səbəb olurAmerika alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, paxlalı bitkilərə aid olan soya kişilər üçün faydalı məhsul deyil və potensiyanın azalması, sonsuzluq kimi mənfi halların riskini artırır.
ZİV.ru saytı xəbər verir ki, soyanın tərkibində olan bəzi maddələr orqanizmə olan təsirə görə qadın cinsi hormonlarını - "estrogenləri" xatırladır. Bu maddələri "fitoestrogen"lər adlandırırlar. Qadın sağlamlığı və dölyaratma sisteminə bu maddələr müsbət təsir etsə də, kşilərin sağlamlığına əksinə mənfi təsir edir.
Zülallarla zəngin olan ucuz soya dünyada çox yayılmış məhsuldur və bir çox hazır qidaların (kolbasa, sosis və s.), yarımfabrikatların (dükanlarda satılan müxtəlif blinçiklər, suplar, pizzalar və s.), sousların, mayonezlərin və digər qidaların tərkibinə daxil edilir. Soya zülallarının əsasında "süni" ət hazırlanır. Alimlər kişilərə qidalanmada soyanın istehlakını minimuma azaltmağı tövsiyə edirlər.

Saglamolun.Az

Sağlamlıq   Baxılıb: 132   Tarix: 12 oktyabr 2017  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti