Bu oyunlar uşaqları çox güldürür

Bu oyunlar uşaqları çox güldürürÖvladınızla hansı oyunları oynamaq mövzusunda çətinlik çəkirsiniz?

Birlikdə doyunca əylənib, onunla yaxşı vaxt keçirmək, şənləndirmək, güldürmək və özünüzü xoşbəxt etmək üçün çoxlu oyunlar kəşf etməlisiniz. Biz sizə uşağı əyləndirməyin yollarını izah edərik:

2-4 aylıq
2-4 aylıq uşaqla hansı oyunu oynamaq olar ki? Körpələrin altını dəyişdirəndə çox zaman ağlayırlar. Amma siz vəziyyəti öz xeyrinizə dəyişdirib onu güldürə bilərsiniz. İşarə barmağınızla göbək dəliyinin ətrafını dairə şəklində cızın, sonra ona şən bir mahnı oxuyun. Astaca uşağın göbəyinə toxunun və barmağınızı havada fırladıb "yaramazı tutdum" deyin.

5-8 aylıq
Bu oyunu məktəbəqədər uşaqlar çox sevir. Oyunun bəzi qaydalarını dəyişdirib 5-8 aylıq körpə ilə oynaya bilərsiniz. Çox hündür olmayan stola, ya da kresloya oturun. Uşağı dizlərinizin üstünə qoyub kreslonun kənarlarından tutun. Uşaqlara aid olan hər hansı bir mahnı oxuyun, ya da o şəraitə uyğun mahnı sözlərini özünüzdən uydurun. Mahnının nəqarətində ayaqlarınızla körpəni astaca yuxarı qaldırın.

9-12 aylıq
Bu müddət ərzində uşaqların enerjisini xərcləməsini təmin edən oyunlar fikirləşmək lazımdır. Yastıq, nalça, ədyal, yorğan və başqa yumşaq ev əşyalarını istifadə edərək, onun içindən və üstündən keçə biləcəyi təpə, yaxud tunellər düzəldin. Bunları düzəldərkən körpənin sizə kömək etməsinə icazə verin. Əmin olun ki, çox zövq alacaq. Bu oyun zamanı əllərini yorğanın altına qoyun. "Əllərini tap görüm" deyin, sonra yorğanı qaldırıb əllərini göstərin.

13-18 aylıq
Uşağın qollarından tutun və ayaqlarınızın üzərinə yerləşdirərək otağın içində gəzin. Bu zaman uşağınızın üzü tərəf də ola bilər, başqa tərəfə də. Bu yaş qrupunu güldürmək üçün başqa bir variant da var. Uşağı yorğan, ya da ədyalın içinə qoyub otaqları gəzdirə bilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 3020   Tarix: 21 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

turlar.az

sonxeber.az geyim dəbləri geyim şəkilləri toy makiyajlari prostat heyatda oz yerini tapan insan xosbextdir noxud sorbasi kicik biznes qurmagin yollari kosmetika heyati qızlıq pərdəsi paxlava vətən həsrətinə aid bayatılar oglaq