Bu virus insanları təkcə öldürmür, həm də aqressivləşdirir

Bu virus insanları təkcə öldürmür, həm də aqressivləşdirirKoronavirus pandemiyasının və virusun özünün insan psixologiyasına təsirləri barədə bir çox aparıcı ölkələrdə elmi araşdırmalar aparılır, mütəxəssislər virusun beyni zədələdiyini, mərkəzi sinir sisteminə mənfi təsir göstərdiyi, bir çox uzunmüddətli fəsadlara səbəb ola biləcəyini qeyd edirlər. Artıq bir çox ölkələr cəmiyyətdə aqressiyanın artması, cinayətlərin çoxalması ilə koronavirus arasında əlaqəni araşdırırlar. Mütəxəssislər qeyd edirlər ki, pandemiya başlayandan insanların davranış normaları dəyişib, əksəriyyət sanki dava etmək üçün hazır vəziyyətdə gözləyir.
Məsələn,  "The Guardian" yazır ki, Böyük Britaniyada pandemiyanın pik vaxtlarında ərzaqla bağlı uzun növbələrdə davalar düşürdüsə, indi əczaçıların dörddə üçü müştərinin zorakı davranışlarının artdığını bildirib. Sosial məsafə gözlənilmir, dərman əldə etmək istəyənlər bəzən əczaçılara hücum edirlər. Aqressivliyi o həddə çatıb ki, bəzi ticarət obyektlərində polis patrulları yerləşdirilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Moskva Dövlət Universitetinin dosenti, Psixi Sağlamlıq Elmi Mərkəzinin kliniki psixologiya kafedrasının müdiri Sergey Enikolopov isə Rusiya mətbuatına açıqlamasında bildirib ki, mütəxəssislərdən ibarət qrup koronavirusun psixopatoloji simptomlara təsiri ilə bağlı araşdırma aparılır.
Bu virus insanları təkcə öldürmür, həm də aqressivləşdirir"Aqressiyanın nə qədər artdığını hələlik söyləmək mükün deyil. Amma müşahidələr göstərir ki, koronavirusdan əvvəl cəmiyyətdə fərdlərin aqressiyası indiki kimi yüksək səviyyədə deyildi. Baxmayaraq ki, pandemiyadan əvvəl də müəyyən dərəcədə münaqişələr vardı. Tədqiqatımızda pandemiyanın reaksiyalarından biri kimi aqressiyanın, münaqişələrin artdığını qeyd edəcəyik", -o bildirib.
Braziliyada koronavrusun qadınlara qarşı zorakılıqların artmasına təsirlərinə dair araşdırmanı əks etdirən infoqrafika
Azərbaycanda da ailədaxili münaqişələr, qadın, uşaq və yaşlılara qarşı zorakılıq halları, eləcə də ağır və xüsusi ağır cinayətlərin sayının narahatlıq doğuracaq ölçülərdə artması müşahidə edilir. Daxili İşlər Nazirliyinin illər üzrə hesabatında göstərilir ki, 2019-cu ildə ümumi cinayətlərin 11 faizi ağır və xüsusi ağır cinayətlərin payına düşübsə, ötən il bu rəqəm 13,3 faizə yüksəlib. 2020-ci ildə 26 min cinayət qeydə alınıb, bu ilin ilk yarısında isə 14 min 928 cinayət törədilib, ümumi cinayətlərin 15,7 faizini  ağır və xüsusi ağır cinayətlər təşkil edib.
Bu virus insanları təkcə öldürmür, həm də aqressivləşdirirSəhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov hələ ötən il pandemiyanın hər kəsi çətin psixoloji vəziyyətə saldığını, psixoloji yardım üçün müraciət edənlərin sayının artdığını demişdi. Onun sözlərinə görə, özünütəcrid rejimi insanların gündəlik həyat tərzlərini dəyişib. F.İsmayılov mərkəzə müraciət edənlərdə müxtəlif psixoloji və psixiatrik pozuntuların müşahidə olunduğunu da qeyd etmişdi.
Psixoterapevt-psixoanalitik Elmir Əkbər də pandemiya səbəbindən cəmiyyətdə aqressiyanın artdığını, əksər ölkələrdə elm adamlarının pandemiyanın fəsadları ilə bağlı araşdırma apardığını, lakin Azrəbaycanda ciddi araşdırmaların olmadığını deyir.
"Pandemiya və pandemiyanın qarşısını almaq üçün görülən tədbirlər insanların psixosferasına  ağır təsir göstərib. Bütün dünyada ən böyük cəza  azadlıqdan məhrum edilməkdir və infeksiyanın yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantinə görə insanların azadlıqları məhdudlaşdı. Qapalı şərait, evdən çıxmamaq insan təbiətinə ziddir, nəticədə sərt karantin dövrü insanların psixoloji durumuna təsir göstərdi", - E.Əkbər deyib.
Müsahibimizin sözlərinə görə, karantin səbəbindən boşanmaların və intiharların da sayı artıb, depressiyalar dərinləşib. Hazırda dünya əhalisi depressiyadadır.
"Müxtəlif digər psixoloji, nevroloji problemlər, təşviş, həyəcan, panik-atak da yüksək həddə çatıb. Koronavirusun sonrakı dalğasında vəfat edənlərin arasında orta yaşlılar və cavanlar da var. Bir tərəfdən, koronavirus, digər tərəfdən, panik atak, təşviş  oksigen problemi yaradır", - o, deyib.
Psixoterapevt qeyd edib ki, koronavirus insanın beyninə də müəyyən zərbələr vurur. Xəstələrlə işləyən nevropsixoloqlar təsdiqləyirlər ki, koronavirus infeksiyasına yoluxmuş insanların beyinlərində müəyyən dəyişikliklər yaranır ki, bu da insanlarda ciddi aqressiya, təşviş pozuntusu və digər pozuntular yaradır: "Ən çox maskalanmış depressiya" yaranıb. Yəni insanlar heç bilmirlər depressiyadadılar, amma dərin depressiyadan əziyyət çəkirlər. Bunun da nəticəsində şəxsi həyatlarında, iş mühütündə ciddi problemlər yaşayırlar.  Yəni "maskalanmış depressiya" hazırda çox geniş yayılıb".
Elmir Əkbər deyib ki, cəmiyyəti bu vəziyyətdən çıxarmaq üçün güclü hazırlanmış həkim psixoterapevt və klinik tibbi psixoloq ordusu olmalıdır. "Bizdə isə bu sahədə mütəxəssis yoxdur, çünki təhsil almaq üçün mütləq xaricə getmək lazımdır. Bu elə sahədir ki, onilliklərlə tarixi olan institutlarda kitab oxumaqla öyrənmək mümkün deyil, ustadlardan dərs almaq lazımdır".
E.Əkbər deyib ki, idman, açıq havada gəzinti, yaxınlarla maksimum vaxt keçirməklə depressiyadan uzaqlaşmağı məsləhət görür.
Bu virus insanları təkcə öldürmür, həm də aqressivləşdirirAzərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov isə deyib ki, koronavirus daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələsə də, həm də bütün orqanizmdə müəyyən dəyişikliklər yaradır: "Müşahidələrimizə əsasən deyə bilərik ki, xəstəliklə bağlı insanlarda qorxu, fobiya yaranıb, davranış qaydaları dəyişib. Yəni pandemiya bir növ dünyanın düzənini dəyişib".
R.Bayramov əlavə edib ki, pandemiyanın iki ilə yaxındır davam etməsinə baxmayaraq koronavirusun orqanizmə təsiri ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır: "Pandemiya insanlarda müəyyən psixoloji gərginliklər yaradır. Məsələn, ağciyərlərdə buzlu şüşə görüntüsü insanlarda psixoloji gərginlik yaradanlardan biridir. Halbuki buzlu şüşə sindromu illərlə var, yalnız koronaviruslu xəstələrdə olmur".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə, pandemiya əhalinin böyük bir hissəsində, xüsusən də həssas qruplara aid olan insanlarda qorxu, narahatlıq və gərginlik yaradır. Pandemiyanın əsas psixoloji təsiri stress və ya təşvişin, aqressiyanın  yüksəlməsidir. Pandemiyanın isə hələlik sonu görünmür...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 876   Tarix: 30 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

turlar.az

sonxeber.az gözəllik məhsulları kosmetik vasiteler donlar 2024 dogusun baslanmasi dogum cantasinda ne olmalidir hamilə geyimləri orucluqda cinsi əlaqə kosmetika uzeyir hacibeyli hakistalar hakışda kəlamlar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz