Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz – BİLMƏDİYİNİZ FAYDALARI

Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz – BİLMƏDİYİNİZ FAYDALARIDondurma yay fəslinin əvəzedilməz təamıdır. Meyvəli, şokoladlı, vanilli, rəngarəng dondurmalar böyükdən kiçiyə hər kəsin sevimlisidir.
Bütün dondurma növləri həm uşaq, həm də böyüklər üçün çox cazibədar bir şirniyyatdır. Bununla yanaşı mütəxəssislər dondurmanın faydalı olduğunu da deyirlər.
Xüsusilə də Ramazan ayında şərbətli və ağır şirniyyatlar yerinə dondurmaya üstünlük vermək həm sağlam, həm də ləzzətli bir seçim olar. Dondurmanın faydaları haqqında bir neçə faktı təqdim edirik.

3 top dondurmanın kalsiumu 1 stəkan südlə ekvivalentdir. Kalsium həm sümük, həm də diş sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Bədən gündəlik olaraq kafi miqdarda kalsium qəbul etmədikdə sümüklərdən çəkilən kalsium nəticəsində sümük əriməsi, diş çürümə kimi vəziyyətlər qaçılmaz fəsadlar meydana gətirir. Bununla yanaşı, kifayət qədər kalsium qəbul etmədikdə yağ hüceyrələrində daha çox yağ depolanır.
Yarım stəkan südlə 120 mg kalsium almaq mümkündür. Eyni miqdar dondurma isə 150 mg kalsium ehtiva edir. Bu səbəbdən də 3 top dondurmanı 1 stəkanı süd, 1 incə dilim çörək və 1 boşqab meyvəyə ekvivalent olaraq düşünmək lazımdır.
Əzələlərin düzgün işləməsini təmin edir
Süddən əldə edilən dondurmanın zülal keyfiyyəti olduqca yüksəkdir. Bundan başqa, A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium ehtiva edir. Bu səbəbdən də dondurma əzələlərin nizamlı şəkildə işinə dəstək verir və beləcə, toxuma itkisinə mane olur.
Dondurmanı digər şirniyyatlarla müqayisə etsək:
- Paxlava 425 kcal
- Dondurma 120-200 kcal
- Lokum 362 kcal
Hamiləlik dövründəki ürək bulanmalarına çarə
Hamiləliyin ilk həftələrində özünü göstərən mədə bulantıları bəzi dövrlərdə nizamsız qidalanmaya təkan verir. Bu dövrdə ən sadə və dadı mümkün qədər neytral qidalar seçmək lazımdır. Dondurma bu cür problemi olan hamilələr üçün yaxşı zülal qaynağıdır. Eyni zamanda qusma nəticəsində maye və mineral itkisinin yaşandığı bu dövrdə mineralların bərpasına köməkçi olur.
Dondurmanın verdiyi xoşbəxtlik elmi olaraq da sübut edilib
2002-ci ildə aparılan elmi araşdırmada təcrübəçilərin beyinləri zərərsiz bir üsulla izlənilir və dondurma yedikdə beyinlərində hansı nöqtələrin aktiv olması ortaya çıxarılır. Nəticə olaraq dondurmanın beyindəki həzz bölgələrinə toxunduğu, insanların dondurmanı həzz almaq üçün yedikləri isbat edilir.
Ancaq dondurmanın sağlamlığa faydalarını maksimum səviyyədə, zərərlərini isə minimum səviyyədə saxlamaq üçün şokoladlı əvəzinə, sadə və ya meyvəli növlərinə üstünlük verilməlidir. Çünki əks halda dondurma kalori qaynağı halına gələ bilər.
Dondurma badamcıq infeksiyasına səbəb olmur
Anaların illərdir uşaqlarına öyrətdiyi və onlar üçün də qorxulu bir yuxu halına gələn dondurmanın badamcıqlarda infeksiyaya səbəb olması bir mifdir. Mütəxəssislər bunun heç bir elmi əsası olmadığını deyirlər. Çox soyuq olan bir qida damarlarda ani daralma yaradaraq müqavimət mexanizmində pozulmağa gətirib çıxararır. Bu vəziyyət infeksiyaya səbəb olsa da, heç bir elmi dayağı yoxdur. Dondurma yedikdən sonra otaq istiliyində olan 1 stəkan su və ya nanə çayı mədənizi rahatlaşdıracaq.
Dondurma alarkən diqqət edin
Gigiyenik şərtlərdə hazırlanmış və əriyib təkrar dondurulmayan dondurmanı könül rahatlığı uşağınıza verə bilərsiniz. Lakin dondurma paketlərinin üzərində olan buz kristallarına diqqət edin. Qablaşdırma üzərindəki buz parçacıqları dondurmanın əriyib təkrar donduğunu və bakterial törəməyə açıq olduğunu göstərir.
Aile.lent.az

Sağlamlıq     Baxılıb: 3259   Tarix: 02 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi akt niyə pozulur? - Təsbitlənmiş 5 tibbi faktor

Cinsi hərəkət qeyri-razı və ya məcburi davranış, məlumatlı razılığın olmaması və ya iradəsinin əksinə olaraq kiməsə məcbur edildiyi zaman pozula bilər. Cinsi pozuntular cinsi təcavüz, zorlama, cinsi qısnama və arzuolunma

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Günəş yanıqlarında istifadə olunan effektiv üsullar

Xüsusilə yay aylarında tətildə günəş vannası qəbul edərkən günəş yanığı baş verə bilər. Günəş kremi istifadəetmədən günəş vannası qəbul edərkən günəş yanığı əmələ gəlir və bu, insanı çox narahat edir. Bir çox insan günə

turlar.az

sonxeber.az hamiləlik makiyaj instagram kosmetik vasiteler xərçəng bürcü infarkt elametleri usaq sampunlari böyürtkənin faydaları kosmetika xerceng muellim seiri tanisliq şirin qoğal hesaplama