Bu yeməkləri əsla sifariş verməyin - Məşhur professordan CİDDİ XƏBƏRDARLIQ

Bu yeməkləri əsla sifariş verməyin - Məşhur professordan CİDDİ XƏBƏRDARLIQTürkiyənin Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri, professor Məmməd Ceyhan "Hürriyət"in suallarını cavablandırıb.
Milli.Az xəbər verir ki, həkim gündəlik həyatda insanların özlərini viruslardan qorumaq üçün zəruri izolyasiya tədbirləri barədə vacib məqamlara aydınlıq gətirib.
- Pul virus baxımından nə qədər risklidir?
- Pul pambıq və kətandan hazırlanır. Tərkibi və quruluşuna görə virusların, bakteriyaların sığınması və yayılması üçün idealdır. Əl təması çox sayda insan tərəfindən reallaşdırıldığı üçün risk böyükdür. Virusun ötürülmə potensialı yüksəkdir. Nağd pul və kart arasında seçim etməli olsanız, kartı seçin. Şəxsi istifadədə olduğundan ən etibarlı təmassız ödəniş modelidir.
- Ayaqqabı ilə bağlı hansı tədbiri görməliyik?
- Ayaqqabı evə virus gətirə bilər. Ancaq bu virus evdə öz-özünə ötürülmür. Ailədə uşaq varsa, ayaqqabılarınızı onların əllərinin çata bilməyəcəyi yerə qoymalısınız. Ayağınızdan çıxardıqdan sonra isə əllərinizi mütləq şəkildə yumalısınız. Ayaqqabı ilə təmasda olmadığınız təqdirdə, üzərində virus varsa belə havada dövriyyəyə girmir, nə də yayılmır.
- Karqo məhsullarını necə təslim almalıyıq?
- Pəncərəsi açıq olan eyvanda azı 6-8 saat saxladıqdan sonra açmanızı tövsiyə edirəm.
- Duzlu su ilə qarqaranın virusdan qorunmağa faydası varmı?
- Heç bir faydası yoxdur. Təkcə duzlu su yox, həmçinin, qaynar su qəbul etmək, ya da saç qurutma cihazını boğaza tutmaq və bu kimi bir çox tətbiq metodları faydasızdır. Xüsusilə duzlu su ürək və böyrək çatışmazlığı olanlar üçün risklidir.
- Yeməkdən virus keçə bilərmi?
- Mədə turşuları virusu öldürür. Buna görə virus mədədə yaşaya bilməz. Yəni mədəyə yemək yolu ilə keçsə də, orada uzun müddət qala bilməyəcək. Virusun təsirini artırması üçün ağciyərlərə nüfuz etməsi lazımdır.
- Tez-tez su qəbul etməklə, ağzımıza və ya boğazımıza yoluxmuş virusu mədəyə göndərə bilərikmi?
- Virus ağızda və ya boğazda sizin nə vaxt su içəcəyinizi gözləmir. Saniyələr içərisində ağciyərlərə keçir. İmmunitet sisteminizin müqavimət gücünə görə təsiri də ortaya çıxır.
- Virusun havada qalma ehtimalı nə qədərdir?
- Virus havada yayılmır, nə də asılı qalmır. Öskürəndə damcı formasında ətrafa səpilir. Həmin damcılar anında yerə düşür və ya ən yaxın səthə qonur. Təmas və ya inhalyasiya yolu ilə ötürülür.
- Sifariş zamanı hansı yeməklərə üstünlük verməliyik?
- Salat, soyuq sendviç kimi qidaları sifariş verməyin. Qida paketlərində virus olma ehtimalı yüksəkdir. Əvvəlcə paketi, sonra isə yeməyin qabını atın. Həm paketi, həm də yeməyin qabını diqqətlə çıxarmaqla riski minimuma endirə bilərsiniz. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1248   Tarix: 25 mart 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik?

"Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur". -a istinadən bildirir ki, bu barədə Rusiyanı

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

turlar.az

sonxeber.az aksessuarlar makiyaj instagram qadin sayti hamiləlik təqvimi portagalin faydasi ordan burdan qaslar kosmetika qaynanaya aid maskalar penis novruza aid hakışda hekaye janri