Bunları onunla paylaşsanız daha xoşbəxt olacaqsınız

Bunları onunla paylaşsanız daha xoşbəxt olacaqsınızXoşbəxt münasibətlərin sirri hər gün edə biləcəyiniz kiçik hərəkətlərdə gizlidir. Cütlüklər daha xoşbəxt olmaq üçün bunları etməlidir:

1.Münasibətinizi gücləndirmək
Münasibətinizi gücləndirmək xəyalınızdakı xoşbəxtliyə sahib olmaq üçün ən əlverili üsuldur. Öğüşmək, qucaqlaşmaq, ya da ona lazım olan sevginizi ifadə etmək. Hər gün bunları etsəniz mükəmməl münasibətiniz ola bilər.

2.Öpüşmək
Partnyorunuzla öpüşmək əla münasibətin ən gözəl yollarından biridir. Öpüşmək həyatın ən ləzzətli anlarından biridir. Öpüşərkən ürək döyüntüləriniz daha sürətlə atır, damarlarınızın fəaliyyəti normallaşır. Bundan əlavə öpüşərkən üz əzələləriniz inkişaf edir, sanki üzünüzə botoks edilir. Araşdırmalar nəticəsində müəyyən olub, işə gedərkən sevgilisi ilə öpüşən kişilər öpüşməyənlərə nisbətən daha çox pul qazanır. Bundan əlavə öpüşən kişilərin daha az qəza törətdiyi də müəyyən olub.

3.20 saniyədən daha uzun müddət qucaqlaşmaq
Kiçik bir qucaqlaşma belə qarşınızdakına güvən hissi verir, stresi azaldır. Qollarınızla partnyorunuzu qucaqladığınız zaman ona qoruma hissi aşılayırsınız.

4.Bir-birini dinləmək
Adətən partnyorunuz danışarkən onu doğurdan da dinləmək əvəzinə sıranın sizə gəlməsini gözləyirsiniz. Amma yaxşı münasibət üçün cütlüklərin bir-birini anlaması şərtdir. Düzdür, dinləmək sadəcə partnyorunuzun söylədiklərini eşitmək anlamına gəlmir. Dinlədiyiniz zaman onu anlamağınız lazımdır.

5.Fiziki yaxınlıq
Həm kişi, həm də qadınlarda xoşbəxtlik hormonu qucaqlaşma hormonu hesab edilir (cuddle hormone)Bu hormon cütlük arasındakı bağı gücləndirib münasibəti gücləndirir. Burada bəhs etdiyimiz fiziki yaxınlıq təkcə qollar və bədənlərin bəlli bir surətdə bir-birinə bağlanması demək deyildir. Alınların bir-birinə dəyməsi, bir-birinizə söykənməyiniz, yan-yana oturmağınız, ya da kişilərin həzz aldığı hərəkətlərdən də biri olan çiyninə uzanmağınız xoşbəxt olmaq üçün lazımi fiziki hərəkətlərdir.

6.Bağışlamaq
Həyat yoldaşınızı cəzalandırmaq üçün onu bağışlamamağınız kədərli olmağınıza səbəb ola bilər. Bağışlamaq aranızdakı gərginliyi azaldır, yenidən başlamanıza şərait yaradır. Bəlkə də aranızdakı inamı qazanmaq üçün müəyyən zamana ehtiyacınız ola bilər, amma sirr deyil ki hamı səhv edə bilər. Bu normaldır.

7.Gülmək
Bir-birinizi güldürmək üçün komediya şousuna ehtiyacınız yoxdur. Onsuz da nələrə gülə biləcəyini bilirsiniz və buna həyatınızda çox yer ayırmalısınız. Gülmək gərginliyi azaldır və cütlüklər arasında romantik bir bağ qurur. Günlük yaşadığınız gülməli anları onunla paylaşın.

8."Səni sevirəm" demək
Sevdiyinizi dilə gətirməyiniz ona dəyər verdiyinizin sübutudur. Həmçinin hərəkətləriniz də sevginizi ifadə etməlidir. Onun üçün yemək hazırlamağınız, kiçik hədiyyələr almağınız gün ərzində romantik bir mesaj atmağınız onu xoşbəxt edə bilər.

Ailə və Uşaq     Baxılıb: 2656   Tarix: 22 yanvar 2016
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir. İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanı

turlar.az

sonxeber.az toy makiyaji sekilleri kosmetik vasiteler sac duzumleri doğuş sonrası seks anaya aid atalar sozu ariqlamaq ucun kofe qlazok yumurta kosmetika hekaye janri qiz evi haxista azerb clpaq qadinlari qogal xlor lekesi