Bunu indi oxuyun ki, sonradan peşman olmayasınız

Bunu indi oxuyun ki, sonradan peşman olmayasınız"Quora" saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:

1. Siqaret çəkməyin. "Siz indi məni görəydiniz kaş... imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!" - siqaret istifadəçilərdən biri belə deyir.
Bəlkə, tərgidəsiniz?

2. Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

3. İsti fəsillərdə günəş kremindən istifadə edin. Quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.

5. İdmanla məşğul olun. Bu, çox vacibdir. İndi aktiv həyat tərzi keçirin ki, 50 yaşınızda da sağlam olasınız. Çəkinizi normada saxlayın.

6. Çox çətin olsa da, pulunuza qənaət edin. Düzdür, bu yorucu məsləhətdir. Ancaq çox vacibdir. 30 yaşında insanın az da olsa, qənaət edəcək pulu həmişə olur. İndidən qənaət edin ki, bir müddət sonra nəticəsini görə biləsiniz.

7. Əlinizdə olanlardan həzz almağı bacarın. Şikayət etməkdənsə, olanlara şükür etməyi öyrənin. İnanın, bu sizi çox xoşbəxt edəcək.

8. Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın. Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. "Bu məsələyə sonra bir də qayıdaram" deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.

9. Doyunca yatın. Çalışın eyni saaatda yatıb, eyni saatda oyanmağı adət halına salasınız.

10. Dişlərinizə qulluq edin. Yaş artdıqca dişlərdəki problemlər də artır. Müalicə sizin vaxtınızı və pulunuzu aparacaq. Ona görə müalicəni gecikdirməyin.

11. Xatirələrinizi qoruyun, əşyaları yox. 50 yaşda əşyalardan başqa heç nə əldə etmədiyinizin fərqinə varanda təəssüfləncəksiniz.

12. Yaxşılıq edin. Yaxşılıq etməyi öyrənin. Başqalarını xoşbəxt edəcək şeylər edin. Amma bunu ürəkdən edin. Əvəz gözləməyin.

13. Sizi qorxudan şeyləri edin. Evdən çıxın və bir dəlilik edin. Yaxın bir adamınızı da götürüb, çoxlu şəkillər çəkin. Qocalanda belə günləri yada salıb, gözlərinizdə ancaq xoş xatirələri canlandıracaqsınız.

14. Ziyanlı qidalardan uzaq durun. Yaşadığınız illər boyu istədiyiniz əşyanı ala bilərsiniz. Ancaq sağlamlığı pulla almaq mümkün deyil. Alkoqol və "fastfood"lardan uzaq durun.

15. İldə heç olmasa, 10 kitab oxuyun. Beynimizin daima inkişafa ehtiyacı var. Ona görə də televizora az baxın, kompüter oyunlarından uzaq olun, bir az da kitab oxuyun.

16. Səyahət edin. Nə qədər bacarırsınız səyahət edin. Səyahətlər bizi dəyişir. Onlar çox suala cavabdır. Səyahət bizə həqiqətən insan kimi yaşadığımızı hiss etdirən əyləncədir.

17. Meditasiya edin. Bu sizin bir neçə dəqiqənizi alsa da, əvəzində sizə müsbət dəyişikliklər yaşadacaq. Araşdırmalar bunu sübut edir.

18. Özünüz olun. Özününüzü kimləsə müqayisə etməkdən uzaq tutun. İnanın, 50 yaşa çatanda başqalarının sizin haqda nə düşündüyü vecinizə də olmayacaq. Özünüz olun.

19. Gündəlik tutun. Siz həyatınızda baş verən çox önəmli hadisələri unuda bilərsiniz. Bu, normaldır. Ona görə gündəlik tutun və fotolarınızı saxlayın.

20. Dostlarınızı qoruyun. Sizə müsbət aura yaşadan insanları qoruyun. Onlarla birgə gülün, dəliliklər edin. Həyatdan həzz alın.(ailem.az)

Maraqlı     Baxılıb: 2493   Tarix: 13 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

turlar.az

sonxeber.az yaz geyimleri 2024 qis geyimləri 2024 hamilelikde qidalanma sac duzumleri bayatılar vətən haqqında qadın döşü 2024 qis modasi kosmetika qz eviyçun hakışta veten haqqinda bayatilar novruz bayrami sağlamlığın sirleri rus dilini öyrənək