Bürclərin uğur cəlb etmək üsulları

Bürclərin uğur cəlb etmək üsullarıGünün ən vacib hissəsi səhərdir, çünki başlanğıc həmişə hər şeydən vacibdir və məhz o günün ritmini müəyyənləşdirir.
Qadinsayti.az Publika.az -a istinadən günün uğurlu keçməsi üçün astroloqların hər bürcə görə hazırladığı məsləhətləri təqdim edir.
Ən universal üsul affirmasiyadır (Yalnız pozitiv fikirlərdən istifadə edilməlidir, neqativ fikirlərdən isə yayınmaq tələb edilir). Bu, isə əlavə vaxt tələb etmir, yalnız konsentrasiyanı toplamaq və diqqətli olmaq lazımdır. Onlar sizin enerjinizi artıracaq, sizə günə gümrah başlamağa və bütün fikirlərinizi lazımi istiqamətə yönəltməyə kömək edəcək.
Qoç (21 mart - 20 aprel)
Tez qalxın və evdən çıxmaq üçün hazırlaşmağa başlayın. Həmişə maksimum ehtiyatlı və tədbirli olmağa çalışın, çünki sizin vacib nəyi isə unutmaq ehtimalınız daha böyükdür.
Buğa (21 aprel - 20 may)
Buğalar çarpayıda yatıb qalmağı sevirlər. Günə qayğısız və rahat başlayın. Bunun üçün səhərə axşamdan hazırlaşın, geyim seçimini əvvəlcədən düşünün. Səhəri ümumi hazırlığın yoxlanılması ilə başlayın.
Əkizlər (21 may - 21 iyun)
Bütün astroloqlar bu fikirdədir ki, Əkizlər yuxudan mümkün qədər tez durmalıdır. Süstlüklə mübarizə aparmaq üçün alma yeyin və qəhvə içməyin. Almadakı maddələr kofeindən daha effektlidir və sizi daha çox ruhlandıracaq.
Xərçəng (22 iyun - 22 iyul)
Xərçənglər gün üçün mütləq plan qurmalıdır. Əgər onlar nə isə unutsalar, problemlər yığılır, bu isə öz növbəsində digər işləri həll etməyə onlara mane olur. Görməli olduğunuz işlərin siyahısını tutun və ya yadınızda saxlayın, ancaq heç nəyi unutmayın.
Şir (23 iyul - 23 avqust)
Şirləri yuxudan oyatmaq üçün bir nəfər də olmalıdır, çünki onlar yuxudan çox çətinliklə oyanır və daim nəyisə unudurlar. Bu unutqanlıq məsələsində tərəf müqabiliniz sizə kömək edə bilər, amma səhərə özünüz axşamdan hazırlasınız, daha yaxşı olacaq.
Qız (24 avqust - 23 sentyabr)
Günə özünüzü yalnız müsbət fikirlərə kökləyərək başlayın. Beləcə siz gün ərzində həm əhval-ruhiyyənizi qoruya biləcək, həm də uğuru özünüzə tabe edə biləcəksiniz. Yadda saxlayın ki, müsbət fikirlər həyatınızına ciddi təsir göstərir. Bu, təkcə Qızlara aid deyil, həm də digər zodiak işarələri üçün keçərlidir.
Tərəzi (24 sentyabr - 23 oktaybr)
Günə ruh yüksəkliyi ilə başlayın və yuxudan durmağa özünüzə kömək edin. Daha tez oyanmaq üçün səmərəli oyanış metodikasını öyrənin. Məsələn, kontrast duş yaxşı üsuldur.
Əqrəb (24 oktyabr - 22 noyabr)
Ayılın və günə ən mühüm işlər ilə başlayın. Səhərin işini axşama saxlamayın, ya da mümkün qədər az saxlayın. Bütün Əqrəblər üçün əsas qayda budur.
Oxatan (23 noyabr - 21 dekabr)
Statistikaya görə, Oxatanlar üçün günə uğurlu başlamağın ən yaxşı üsulu sevdiyi musiqinin sədalarıdır. Qaçış və ya isinmə hərəkətləri də əlavə yardım göstərə bilər.
Oğlaq (22 dekabr - 20 yanvar)
Sizin üçün ən əsası səssizlikdir. Qoy sizə heç kim mane olmasın və öz problemləri ilə sizi yormasın. Səhərlər ailə üzvləri ilə istənilən münaqişələrdən qaçın, eləcə də əbəs yerə risk etməyin.
Dolça (21 yanvar - 20 fevral)
Səhəri sizdən böyük qüvvə tələb etməyən şəxsi problemləri həll etməklə başlayın. Günü məhsuldar etmək üçün yeganə üsul ən çətin işləri sonraya saxlamaqdır. Riskə getməyin, lakin hər ehtimala qarşı həmişə hazırlıqlı olun.
Balıq (21 fevral - 20 mart)
Balıqlara səhərlər çox az şey lazımdır. Onlar üçün ən başlıcası xəlvətə çəkilmək imkanı və özünü yaxınlarının diqqətindən xilas etməkdir. Tənhalıq Balıqlar üçün problemlərdən uzaq olmağın yeganə xilasıdır. Dolayısı ilə Balıq üçün heç olmasa bir-iki dəqiqə təklikdə özü ilə aparmaq mütləqdir.

Maraqlı     Baxılıb: 2952   Tarix: 11 oktyabr 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Dünyanı dəyişən dörd elmi kəşf və Azərbaycan Prezidentinin fərmanı

Məlumdur ki, dünyanın dörd böyük kəşfinə kağızın ixtirası (2-ci əsr), kitab çapı (9-cu əsr), kompas (11-ci əsr) və barıt (12-ci əsr) aiddir. Bütün bu ixtiralar Çində edilmişdir, amma barıt ixtirasında birinciliyə Hindistand

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

turlar.az

sonxeber.az qadın geyimi yay kolleksiyasi makiyaj instagram göyəmin faydası makaronlar vannalar kişi geyimləri 2024 kosmetika vətənə aid atalar sözləri pomidor xanım az sanamalar ekizler