Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?

Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Bürclərinə əsasən qadınlara yaraşan saç düzümlərini təqdim edirik:

Qoç bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Azadlığına düşkün biri varsa, o sizsiniz. Sizin üçün ən qorxuducu şey biri tərəfindən məhdudlaşdırılmaqdır. Buna görə sizin üçün uyğun olan, rahat istifadə edə biləcəyiniz, sizə maneə törətməyəcək bir saç düzümüdür. Deməyimizə ehtiyac belə yoxdur; saçlarınız uzundursa, at quyruğu yığa bilərsiniz. Doğuşdan aparıcı xarakterə malik olduğunuz və diqqət cəlb etməyi çox sevdiyiniz üçün də qırmızı rəng saçlar sizə çox yaraşır.

Buğa bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Kimsə sizin havada, ayaqları yerə basmayan biri olduğunuzu söyləyə bilməz. Dostlarınızdan soruşsanız, nə qədər etibarlı, müqavimətli, səbrli və düzgün biri olduğunuzu söyləyəcəklər. Buna görə də seçiminiz daima təbii saçlardır. Şişirdilmiş, dəbdəbəli, diqqət cəlb edən modellər sizə görə deyil. Eyni zamanda dəyişiklikləri və yenilikləri sevdiyiniz üçün də qırmızının açıq tonları və sarı rəng sizin üçün ideal seçimdir.

Əkizlər bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Monotonluq sizdən çox uzaqdır. Buna görə də dostlarınız sizin bir ay qızılı sarı saçlarınıza alışmağa çalışarkən, bir sonrakı ay başınızdakı dəniz mavisi rəngi ilə qarşılaşdıqları zaman təəccüblənmirlər. Deyə bilərik ki, sizə saç modeli bəyəndirmək çox çətindir. Təsəvvür edirik ki, şən, hərəkətli, həssas və rahatlığı sevən xarakterinizlə rahat istifadə edə biləcəyiniz, xüsusi bir baxım tələb etməyən, evdən çıxmadan əvvəl yüngül daramaqla kifayətlənəcəyiniz saç modellərini seçirsiniz. Əkiz xarakterli qadınlar üçün düz ütülənmiş və kölgəli saçlar uyğundur.

Xərçəng bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Bu bürc altında doğulan qadınlar romantik və şəfqətlidir. Sevdiklərinə və evinə son dərəcə bağlıdırlar. Amma azadlığıa də düşkündürlər. Saçlarınız uzun olsa sizə daha çox yaraşar. Hissləri qüvvətli və duyğulu olan xərçəng qadınına açıq qumral saç rəngi çox yaraşar.

Şir bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Adı üstündə; meşələrin kraliçası sizsiniz! Bütün gözlər üzərinizdə toplanmalı, sizi görən hər kəs qısqanclıqdan titrəməlidir! Buna görə də diqqət çəkən, dəbdəbəli və cəsarət istəyən saç modelləri tam sizə görədir. Özünə güvənən, ehtiraslı və qızğın aslan qadınlarının rəngi açıq qumral və qoz-fındıq qabığı rəngidir.

Qız bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Mükəmməllik ikinci adınızdır! Dağınıqlığa, pintiliyə heç dözümünüz yoxdur. Sizə qarşı edilən səhvləri bağışlamadığınız üçün də səbəblər çox əhəmiyyətlidir. Buna görə də saçlarınızın da hər zaman baxımlı və diqqətli olması şərtdir. Məsuliyyət sahibi və həssas bir xarakterə sahib olan qız bürcü qadınının rəngi platin tonlarıdır.

Tərəzi bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Estetik əməliyyata, rahatlığa və lüks həyata qarşı başqalarından daha həvəslisiniz. Amma yenə də göstərişi və şişirtməni sevmirsiniz. Bu səbəblə tövsiyəmiz, sadə, amma qəşəng saç modellərini seçməyinizdir. Cazibəli, həyat sevinciylə dolu və uyğun tərəzi qadını üçün ən uyğun saç rəngi qumral tonlarıdır.

Əqrəb bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Ətrafınızda y aratdığınız soyuq təəssürata baxmayaraq, sirr və ehtiras, həyatınızın olmazsa olmazları arasında iştirak edir. Küt seqmentli saçlar, Əqrəb qadınlarının gizli gözəlliklərini ortaya çıxarmaları baxımından biçilmiş xalatdır. Əzmli və cazibəli əqrəb qadını üçün ən uyğun saç rəngi kuzguni qaradır.

Oxatan bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Quşlar qədər müstəqil olmaq sizin xüsusiyyətinizdir. Hansı mövzuda olursa olsun hakimiyyət mütləq sizin əlinizdə olmalıdır. Oyunun qaydalarını qoyan da, tapdalayan də hər daim siz olmalısınız. Jele, sprey kimi məhsullardan xoşunuz gəlmədiyi üçün, yumşaq saç modeli istifadə etməyi seçirsiniz. Xaricdə yaşamağı sevən, macəraçı, eyni zamanda zərif oxatan qadınının saç rəngi tünd qumraldır.

Oğlaq bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Sizin xarakterinizi təsvir edəcək ən uyğun söz sağlamlığı sevən biri olmağınızdır. Sizi tanıyanlardan soruşsanız sizin məsuliyyət sahibi, etibarlı, ehtiraslı və çalışqan olduğunuzu bildirəcək. Həyatınızın hər istiqamətində olduğu kimi, saç mövzusunda da sağlamlığa önəm verirsiniz. Saçınızın dağılmasını önləyən sprey və jele kimi məhsullar istifadə etməyinizi tövsiyə edirik. Şən, çalışqan, ehtiraslı quruluşuyla diqqət çəkən oğlaq qadınına ən çox yaraşan saç rəngi torpağın tonlarıdır.

Dolça bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Ən çox istifadə etdiyiniz sözlər, prinsip və mübarizə olmalıdır. Hər şeyi bilib görürmüş kimisiniz. Zövqləriniz və inanclarınız üçün mübarizə edirsiniz. Belə olduqda isə kompleksli, hər daim qayğı istəyən saç modelləri sizə görə deyil əlbəttə. Sadə, amma qəşəng bir modeli seçməlisiniz. Azadlığına düşkün, və qərarlı dolça qadınının saç rəngi qırmızı və bənövşəyidir.

Balıqlar bürcü:
Bürcünüzə görə hansı saç rəngi və modelini seçməlisiniz?Bürclərin ən romantik olanı sizsiniz. Həssas xarakteriniz saçlarınıza da təsir göstərdiyindən boya və kimi kimyəvi tətbiqlərdən uzaq durmalısınız. Saçlarınızı mütləq boyayacaqsanız, amma bitki mənşəli boyalardan istifadə etməyə çalışın. Zəngin bir daxili dünyası olan balıq qadınına torpaq rəngi tonları çox yaraşar.

Gözəllik və Moda     Baxılıb: 38377   Tarix: 29 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

turlar.az

sonxeber.az qaşların formalari geyim şəkilləri qadin dunyasi bir yaşına qədər körpələrə qulluq vannalar uzdeki qara noqteler tozsoranlar kosmetika haxışda tərəzi gozellik hüzeyir hacibəyov kahfe falı