Burun dolğusunun "ölümcül" zərərləri: Kosmetoloqdan AÇIQLAMA

Burun dolğusunun Son zamanlar estetik əməliyyatla üzündə, bədənində dəyişiklik edənlərin sayı artıb. Əvvəllər tanınmış şəxslərin istifadə etdiyi üsuldan indi sıradan insanlar da yararlanaraq gözəl görünməyə çalışırlar. Bunların içərisində ən geniş yayılanı isə burun əməliyyatıdır.
Burnun görünüşünə müdaxilə iki üsulla, cərrahi əməliyyat və dolğular vasitəsilə həyata keçirilir. Estetik əməliyyat ömürlük olsa da, gel və dolğulardan istifadə edərək burunda olan nöqsanları aradan qaldırmaq müvəqqətidir.
Əməliyyata maddi gücü çatmayanlar kosmetoloqların köməyi ilə təbii və süni dolğulardan istifadə edərək burunlarının görkəmini dəyişirlər. Bu isə sonradan müəyyən fəsadlara yol açır. Bəziləri dolğuların onların dərisində, gözündə müəyyən problem yaratdıqlarını qeyd edirlər.
Sosial şəbəkədə burun dolğusu və onun yaratdığı fəsadlarla bağlı xeyli sayda şikayət mövcuddur.
Məsələ ilə bağlı Bizim.media-ya danışan dermatoloq Sevinc Kərimova deyib ki, dolğulardan qeyri-peşəkar kosmetoloqlar istifadə etdikdə müəyyən fəsadlar yaranır:
"Müasir kosmetologiya dünyanın hər yerində müvəffəqiyyətlə tətbiq olunur. Burun şəkilləndirməsi də filler adlandırdığımız hialuron turşusu tərkibli dolğular vasitəsilə edilir. Düzgün istifadə olunduqda elə bir zərəri yoxdur. Məsələ burasındadır ki, sosial şəbəkələrdə paylaşılanların hamısı Həkimlər tərəfindənmi edilir?! Bizim ölkəmizdə kosmetologiya sahəsini 80 faiz tibbi savadı olmayan, ümumiyyətlə, ali təhsili olmayanlar zəbt ediblər. Hansı ki, onlar da çox riskli prosedurlar edirlər".
Həkim bildirib ki, dolğuları düzgün istifadə etmədikdə, damar daxilinə düşəndə emboliya verir:
"Yəni embollar damarın kanalını tutur, nəticə etibarı ilə işemiyaya qədər aparıb çıxaran fəsadlar olur. Amma bu normal şəkildə, peşəkar həkim tərəfindən edilərsə, narahatlıq yoxdur. Burnun ölçü və formasına görə kompleks yaşayan insanlar, həmçinin, fizioloji olaraq əməliyyatdan qorxanlar, maddi cəhətdən əməliyyata gücü çatmayanlar bundan niyə də istifadə etməsinlər? Hər halda kosmetologiya insanların gözəlliyinə gözəllik qatır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 644   Tarix: 02 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

turlar.az

sonxeber.az geyim necə seçməli makiyaj instagram gozel gorunmek hicab baglamaq usullari maraqli toy ideyalari xına bəzəkləri qadın sağlamlıq kosmetika hesaplama baldiz novruz bayrami hakisda vetene aid bayatilar qu quşu