Çanaq darlığı nədir və doğuşa necə təsir edir?

Çanaq darlığı nədir və doğuşa necə təsir edir?Vaginal doğumu təmin edən rəhm sıxılmalarıdır. Sıxılmaların təsiriylə rəhm boynu açılır, sonra körpə doğum kanalına girib çıxış istiqamətinə doğru irəliləməyə başlayır. Rəhm ağızının açılma müddəti uzun və dəyişən olur. Körpənin doğum kanalına girməsindən doğuma qədər sürən ikinci dövr ilk doğumlarda ortalama 50 dəqiqə, daha əvvəl vaginal doğum edənlərdə isə 20 dəqiqəyə qədər davam edir. Burada körpə passiv mövqedə olur. İtələyici qüvvənin təsiri ilə önündəki yolun şəklinə uyğun çevrillir və doğulur.

Vajinal doğuma təsir edən 3 əhəmiyyətli komponent, rəhm sıxılmalarının və ana gücənməsinin kafiliyi, doğum kanalının genişliyi və quruluşu, körpənin ölçüsü və duruşudur. Bunlardan birinin anormallığı vaginal doğumu çətinləşdirir və hətta bəzən maneə törədə bilir.
Gerçək doğum ağrıları hər 3 dəqiqədən bir gəlib 1,5 dəqiqəyə qədər sürür. Rəhm ağızının tam olaraq açılma müddəti doğum kanalının genişliyi və körpənin böyüklüyündən asılıdır. Rəhm ağızı tamamilə açıldıqdan sonra körpə rəhmi tərk edib doğum kanalına girir. Bu dövrdə körpənin yolculuğunu rəhm sıxılmaları ilə birlikdə ananın güc verməsi təmin edir.
Doğuş kanalı darlığı doğuma necə təsir edir?
Doğum kanalı deyilən yol, taz sümüyünün girişi ilə çıxışı arasındadır. Sümük quruluşunun şəklinə görə genişləyən və daralan hissələri vardır. Uzunluğu və ən dar yeri 10 sm qədərdir. Kanalda əsas müqaviməti təmin edən taz sümüyü adlanan pelvis sümüyüdür. Hormonal təsirlərlə bağ toxuması boşalıb, pelvisi bir qədər genişlətsə də çox dar bir sümük quruluşuna malik qadınlarda körpənin buradan keçməsi çətin ola bilir, hətta bəzən normal doğum mümkün olmaya bilir.
Adətən qadın pelvisi kişilərlə müqayisədə daha genişdir. Ancaq bəzi qadınlarda pelvis quruluşu kişi tipində, yəni dar ola bilir. Bunlar "android pelvis" adlanır. Belə olduqda vaginal doğum çətin olur. Belə bir pelvis quruluşu doğumdan əvvəl müayinə ilə təyin edilir. Hətta keçmişdə bu məqsədlə "pelvimetri" adı verilən xüsusi alətlərdən istifadə edilmişdir. Hazırda isə ultrasəs, kompüter tomoqrafiya, maqnetik rezonans kimi üsullarla bu təyin edilir.
Doğuş kanalının vəziyyətindən asılı olmayaraq hal hazırda uşağın çəkisi 4,5-5 kq-dan çox olduqda vaginal doğumun reallaşdırılması məsləhət görülmür.
Doğumun uzanmasının səbəbi nə olursa olsun doğuşda əsas olan 2 əsas meyar vardır. Bunlardan biri körpənin ürək döyünməsinin nizamlı olması, digəri isə doğumun irəliləməyə davam etməsidir.

Ailə və Uşaq     Baxılıb: 1386   Tarix: 30 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

turlar.az

sonxeber.az toy makiyajlari geyim şəkilləri reseptler qis salatlarinin hazirlanmasi geyim necə seçməli hamilə qadın nə yeməli aloy gulunun faydasi kosmetika masturbasiya nedir sağlamlığa aid atalar sözləri insan qız bürcü toy gecesı