Cavanşir Quliyevin əziyyət çəkdiyi nadir xəstəlik - Azərbaycanda 2 nəfərdə var

Cavanşir Quliyevin əziyyət çəkdiyi nadir xəstəlik - Azərbaycanda 2 nəfərdə varBu gün ölüm xəbəri yayılan, lakin Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəliklərin birindən müalicə alır.
Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi.
Milli.az "Medicina"-a istinadla xəbər verir ki, Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb.
"Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.
Autoimmun xəstəliklərdəndir. 5 milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var.
Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, ömürboyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur".
Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Yəni immun sistemin özünü tanıma proqramı pozulur.
Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir.
Hansı xəstəliklər autoimmun hesab edilir.
- Revmatoid artrit
- Sklerodermiya
- Sistem qırmızı qurd eşənəyi
- Vaskulitlər
- Şeqren sindromu
- Sarkoidoz
Və bir neçə nadir rast gəlinən xəstəliklər.
Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir.
Məsələn, çox insanlarda müharibədən, eləcə də pandemiya və koviddən sonra baş qaldırıb. 100% müalicəsi yoxdur.
Görünür xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər.
Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 725   Tarix: 12 fevral 2024
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

turlar.az

sonxeber.az gözəllik məhsulları yemek reseptleri aksessuarlar atalar sozu elm haqqinda qadin net hekayələr sevgi monika belluççi kosmetika xerceng bayraq rus dili ana haqqinda bayati efsaneler