Cehiz

CehizƏrə verilən qıza ata-anası tərəfindən hazırlanıb gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan şeylər toplusu. Qız evi bu avadanlığı oğlangildən aldığı başlığın hesabına əldə edir. Adət-ənənəyə görə, qızın atası oğlan tərəfdən başlıq alıbsa, o hökmən qızına avadanlıq qoşmalıdır.

Vaxtilə kasıb ailələrində bu avadanlıq anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyalara çatmayanları yenidən alıb əlavə edərək, ayrıca bir sandıqçaya yığırdı. El-oba qaydasına görə, şeylərin çoxunu nişanlı qız özü, öz əllərilə hazırlayır, xalı, corab toxuyub, saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə isə cehizi büsbütün yenidən və təzəsini toplayırdılar.

Əslinə qalarsa, tədarük işləri böyük nişantaxdı toyundan sonra, çox vaxt isə lap beşikdən, qızın uşaqlıq yaşlarından başlayıb, toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyirlər. Yaxın qohumların verdiyi və qonaqların özlərilə qız toyuna gətirdikləri hədiyyələr (bunlar qazan, tas, ləyən, sürahi, və s. olur) də bu avadanlığa qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı toyunda onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.

Keçən əsrin əvvəllərində qeydə alınmış və bu avadanlığa daxil olan ənənəvi əşyalar bunlardır: ilk öncə, vaxtilə hər ev, hər ailə üçün vacib sayılan Quran nüsxəsi, sonra üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir danəli təsbeh. Daha sonra ikiadamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki tük mütəkkə, bir böyük nazbahnc, qayınata-qayınana üçün iki kiçik döşək. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy oğlan üçün hazırlanmış tikmə əl işləri güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki və pul kisəsi, 20-30 cüt çarıqbağı, at üçün zinpuş, qələmdanqabı və s. Yenə məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, tabaq, oxlov, çanaq, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar.

El-oba adətinə görə, buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmaz, onlar hökmən su ilə doldurulmalıdır. Bundan əlavə, gəlin özüylə ər evinə müxtəlif rəngli parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi bir kq), yeddi cür taxıl növü buğda, arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu deyilən bir səhəng təmiz içməli su və bir qab neft aparırdı.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə, gəlinin bəxti ağ olsun deyə, avadanlıqla, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılır.

Bir sözlə, şeylər siyahıya alındıqdan sonra bədnəzərdən qorumaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirirlər.
Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına malqara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi "şeylər" qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayırdılar.

Xalqımızm adətincə, qıza verilən bütün şeylər onun şəxsi malı hesab edilir, o icazə vermədikdə əri onlardan istifadə edə bilməz.

Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəddualar hələ də yaşamaqdadır.

Ayrı-ayrı dövrlərdə, müxtəlif bölgələrdə qız ərə verdikdə ona qoşulan bu ev avadanlığı "ağırlıq", "barxana / qız barxanası", "verdik / verdük", "dədəverdi / dədəmalı", "mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz", "tuti", "xərcxəcələt" (Salyan), "cehiz qoşma / cehizləmə / cehizçilik", "cer-cehiz", "şeylan" və bu kimi adlar daşıyır. Onun "cehaz / ceyiz / cihaz" (Ordubad) deyiliş şəkilləri də var.

Ailə və Uşaq     Baxılıb: 4777   Tarix: 26 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

turlar.az

sonxeber.az toy makiyaji sekilleri qadin dunyasi makiyaj instagram süni qidalar sağlamlıq huseyn cavid seirleri elm haqqinda atalar sozleri kosmetika oyunlar muellim seiri vətənə aid qadin.az pizza