Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın...

Cinsi həyatla bağlı səhv inanclar: seks arzulayan qadın...Kişi istənilən qadına necə həzz yaşadacağını bilməlidir.

Bu, kişilərin lehinəymiş kimi görünən yanlış inancdır. İlk başda kişinin sevişmə üslubunun sorğulanmasına gərək qalmadığı mesajını versə də, problem yarandığında kişinin öz kişiliyini sorğulamağına və vəziyyətin ağırlaşmağına aparıb çıxardır. Yoldaşının (və ya partnyorunun) lazımınca zövq almadığını və ya orqazm olmadığını öyrənən bir çox kişi bu vəziyyəti həll edilə bilən bir problem olaraq deyil, öz kişiliyinin yetərsizliyinin bir sübutu olaraq dəyərləndirməkdədir.

İlk cinsi əlaqədə qan gəlməsə, deməli, qadın bakirə deyil.

Bu inanc ucbatından, ölkəmizdə yaşanan tragik hadisələrin sayı-hesabı yoxdur. Bakirəlik qanın gəlib-gəlməməsi ilə bilinən bir şey deyildir. Hymen (bakirəlik zəri) vaginanın girişindən bir neçə sm içəridə yerləşən, ortasında fərqli böyüklükdə bir dəlik olan, soğan zəri incəliyində, hamar, elastik zərdir. Üstündə zərif kapilyar damarlar vardır. Vaginaya qızlıq zəri dəliyindən daha böyük bir şey (penis?) girdiyində, zər kənara çəkilir və üstündəki kapilyar damarlar çartlayır. Bu zaman 1-2 damcı qan ya gələr, ya da gəlməz.

Cinsi əlaqə arzusunu ifadə edən qadın yüngül bir qadındır.

Bu inanc qadınların cinsi həyatını əngəllədiyi kimi, ərlərinin də onlara qarşı mühakiməedici yanaşmağına səbəb olur. Kişi beynindəki təmiz, saf, düzgün qadın dizaynına uyğun gəlməyən ehtiraslı, arzulu qadınla qarşılaşdığında, ya yaxın olmayacaq, sadəcə sevişiləcək qadın kateqoriyasına soxaraq rahatlayır, ya da nə edəcəyini bilməyən vəziyyətə düşür. Bu səbəbdəndir ki, bir çox evli kişi yoldaşının cinsi arzu və marağını açıqca ifadə etməyindən narahat olur. Xüsusilə də, özünəinamsız və aldadılmaq qorxusu olan kişilər xanımlarının cinsi arzularının fərqinə varmaqlarından narahat olurlar. Bu yanlış inanc sayəsində qadın sadəcə ərinin istədiyi zaman onu məmnun etmək üçün cinsi əlaqəni qəbul etməyə özünü şərtləndirir.

Kişilər hisslərini (ağlamaq; sevmək) büruzə verməməlidir.

Bu yanlış inanc kişilərin həm ikili münasibətlərində, həm də cinsi həyatlarında olduqca əngəlləyici rol oynayır. "Kişilər ağlamaz" mifi duyğularını açmaq, istəklərini demək, xüsusilə də istəmədiklərini demək mövzusunda kişiləri əngəlləyir və münasibət cəhətdən məhdudlaşdırıcı olur. İkili münasibətlərdə demokratiyanın olmağı və səmimiyyət cütlüyün rahat əlaqədə olmağının əsas faktorlarından biridir.

Kişilərdə cinsi istəksizlik ola bilərmi?

Bəli! İnsanlar hər nə qədər kişilərin hər an seksə hazır olduqlarını və cinsi istəklərinin azalmayacağını düşünsələr də, bu sualın cavabı "bəli"dir. Cinsi istəksizlik nadir bir hal olmamağı ilə yanaşı, kişilər və qadınlar arasında kişilərin həmişə istəkli olduğu mifi yayğındır. Üstəlik, ərində cinsi istəksizlik olan bir qadın belə, uzun zaman bu şəkildə düşünməyə davam edə bilir. Çünki ərlərində cinsi istəksizlik olan qadınlar ilk olaraq başqa bir qadının olma ehtimalını düşünürlər. Kişilərdə cinsi istəksizlik olmayacağına görə, onunla sevişməyən kişi mütləq ki, başqa biriylə sevişir. Yəni kişilərin də cinsi istəklərinin azalmış olacağına çox da ehtimal verməzlər.

İlk cümlədə yazdığım yanlış inanclar ucbatından kişilər istəsə də, istəməsə də cinsi əlaqəyə girməyə çalışırlar. Bəlkə də bundan daha vacib olan qadın-kişi münasibətlərini və dostluqlarını pozmaqdadırlar. Bu inancla qadınlar özlərinə yaxınlaşan hər kişinin hər zaman cinsi əlaqə tələbi ilə yanaşdığını zənn edir, kişi də yaxınlaşdığı və ya ona yaxınlıq göstərən hər qadına cinsi istək duymalı olduğunu zənn etməkdədir.

Xəbərlər     Baxılıb: 2587   Tarix: 16 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

.

"90% insanın üz dərisində bu bakteriya var"

90% insanın üzündə gənə var. Onlar elə də ciddi problem yaratmır, amma yerli və dəri immuniteti düşdükdə, qaşınma, qıcıqlanma, demodekoz yarada bilər. "Medicina"-ya istinadən xəbər verir ki, dermatoveneroloq Anastasiy

.

Yaşıl bananın faydaları nələrdir?

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.   -a istinadən yaşıl bananın bilinməyən faydalarını təqdim edir:

.

Ayaq barmaqlarınız şişib göyərirsə ürəkdən şübhələnin

Ayaqları şişənlər, barmaqları qabarıb deformasiya olanlar, ayaq ucları soyuq və göyərmiş olanlar ürək-damar sistemindən şübhələnib müayinəyə getməlidir. medicinaya istinadla xəbər verir ki, britaniyalı terapist Con Kammin

.

Yuxusuzluğa səbəb olan QİDALAR

Araşdırmalara görə, yuxusuzluğun səbəbi pəhrizinizin nəzərə almadığınız digər aspektləri ola bilər. . -a istinadən bildirir ki, yatmazdan əvvəl bəzi qidalardan uzaq durmaq lazımdır. Ədviyyatlı ərzaq. Yatmamışdan qabaq ədviyyatl

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. -a istinadən xəbər verir ki, yazda ortaya çıxa

.

Çay içərkən bu səhvə yol verməyin

Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. . -a istinadən xəbə

.

Yaş saçla çölə çıxmaq olar?

Yaş saçla çölə çıxmanın soyuqdəyməyə səbəb ola biləcəyi barədə mif geniş yayılıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, bunun heç bir elmi əsası yoxdur. . Yaş saçlar soyuqdəymə və ya qrip və ya koronavirus kim

turlar.az

sonxeber.az hamiləlik qis geyimləri 2024 kosmetoloq şirniyyat ve tortlar aysel əlizadənin toyu xatire islamin sekilleri mahuddan tikilen kishi ust geyimi kosmetika vətən narin faydasi irem derici ariqlamaq pehriz