Çiriş kətəsinin dadı

Çiriş kətəsinin dadıYazın əvvəllərində yerdən topa-topa çıxan çirişin yarpaqları yaşıl rəngin ən tünd çalarlarında olur, formasına görə erkən yazda qar altından boy göstərən nərgizi xatırladır. Bitkinin adı yunan dilindən tərcümədə "səhra quyruğu" mənası verir, qiymətli tərəvəz kimi geniş yayılıb. Çiriş köklərindən hazırlanan yapışqandan cildləmədə, papaq və çəkmə istehsalında istifadə edilir. Həmin yapışqana su dəyməyəndə yüz illərlə öz keyfiyyətini saxlayır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1959-cu ildə ukraynalı alim S.Xarkeviç Azərbaycan florasındakı bitkiləri tədqiq edərkən Yevlax rayonundakı Xaldan kəndi ətrafında çirişin yeni növünü müəyyən edərək onu Azərbaycan çirişi adlandırıb.
Çirişin kökü, kökyumrusu, yarpaq və çiçəyindən xalq təbabətində geniş istifadə olunur. İyunda bitkini torpaqdan qazıb çıxarır, köklərini təmizləyib qurudur, həvəngdəstə və ya qəhvəüyüdəndə toz halına salırlar. İki xörək qaşığı üyüdülmüş çiriş unu üzərinə 1 xörək qaşığı arpa unu əlavə edilir, yumurta ağı ilə qarışdırılaraq nə çox duru, nə də çox qatı olmayan məlhəm hazırlanır. Məlhəmin üzərinə bir qədər kərə yağı sürtülərək tənzifin arasına qoyulur, qol, dirsək, ayaq oynaqlarındakı çıxıq və çatların üzərinə bağlanılır. Məlhəmdən əvvəl xəstə nahiyənin üzəri pambığa hopdurulmuş spirtlə silinir, sarğı üç gündən bir dəyişdirilir. Prosedura düzgün əməl edəndə10-15 gündən sonra ağrılar tam keçir.
Çiriş tozu təzə beçə balı ilə qaynadılır və azacıq qatılaşana yaxın götürülür. Hazırlanan məlhəm sınıq və çıxıqlarda, çiban və dolama tipli irinli yaraların müalicəsində istifadə edilir.
Çiriş kökü təmizlənir, qurudulur və üyüdülür, alınan tozdan 100 qram eyni miqdarda balla qarışdırılır və vam ocaqda qaynadılır. Bir az soyuyandan sonra qarışığın üzərinə 30 qram əzvay şirəsi qatılır. Hazırlanan məlhəm dolama və kor çiban kimi yaraların müalicəsində tətbiq olunur.
Bitkinin təzə yarpaqlarındakı selik bağırsaq möhtəviyyatının yumşaldılmasında çox faydalıdır. Onun yarpaqlarından hazırlanan buğlama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsinə kömək edir. Kətə və qutab bişirmək üçün ona soğan, dağkeşnişi və quzuqulağı əlavə edilərək doğranır, qarışığa azacıq duz qatılaraq adi qaydada kətə, yaxud qutab bişirilir. Çiriş kətəsi mədə-bağırsaq, xüsusən kolit xəstəliyi zamanı çox xeyirlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1370   Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Simon Fraser Universiteti və Health Research BC tədqiqatçılarının apardığı araşdırmada qeyd edilir ki, musiqi dinləmək yaşlı yetkinlərin beyin sağlamlığı üçün yaxşıdır, hətta onlar bunu əvvəllər eşitməsə və ya həqiqətən sevməsələ

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. -a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məluma

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

turlar.az

sonxeber.az qadın geyimi aksessuarlar geymler 2024 qaragatin faydasi milli yemekler yay donları sac duzumleri kosmetika kökəlmək üçün hakisda buga burcu xerçeng englishdilində qulaq