COVID keçirmiş ananın südü körpəni virusdan qoruyur

COVID keçirmiş ananın südü körpəni virusdan qoruyurAna südü körpələr üçün ən mükəmməl və əvəzolunmaz qidadır. Ana südü bronxial astma, artıq çəki, kəskin tənəffüs yolu infeksiyaları, mədə-bağırsaq infeksiyaları və bir çox digər xəstəliklərə qarşı qoruyuculuğa malikdir. Bu səbəbdən ilk 6 ay körpələrə yalnız ana südü verilməsi və əlavə qidalanmaya keçdikdən sonra da 2 yaşına qədər uşaqlara ana südü verilməsinin davam etdirilməsi məsləhət görülür.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Ülkər Məhərrəmova deyib.         
"COVİD-19 xəstəliyi olan analar körpəsini ana südü ilə qidalandıra bilərmi" sualına cavab olaraq həkim bildirib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına və aparılmış tədqiqatların nəticələrinə əsasən, pandemiya dövründə COVİD-19 xəstəliyi olan analardan ana südü vasitəsilə uşaqların virusa yoluxması halları müşahidə edilməyib: "Lakin ana südü ilə körpə virusa yoluxmasa belə, COVİD-19 virusuna yoluxmuş ana körpəsini hava-damcı və təmas yolu ilə yoluxdura bilər. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər aparılmalıdır.
Öncə ana qoruyucu maskalardan istifadə etməlidir. Uşaqla hər təmasdan öncə ana əllərini 20 saniyə müddətində yumalı, uşağın qaldığı otaq gün ərzində bir neçə dəfə havalandırılmalı, ana və uşağın geyimləri 60-90° dərəcədə yuyulmalı, ananın təmas etdiyi əşyalar antiseptiklərlə dezinfeksiya edilməlidir. Əgər ana körpəsi ilə bir otaqda qalırsa, çarpayılar arasında məsafə 2 metrdən az olmamalıdır".
Onun sözlərinə görə, ana körpəsini əmizdirə bilmədiyi halda, bütün gigiyenik qaydalara əməl edilərək sağılmış ana südü steril qabda uşağa verilə bilər: "Əgər anaya ana südü ilə qidalandırma zamanı əks-göstəriş olan dərman preparatları təyin olunubsa, müalicə dövründə ana gün ərzində qidalandırma sayı qədər südünü sağmalı və müalicə bitdikdən sonra uşağını ana südü ilə qidalandırmağa davam etməlidir. COVİD-19 xəstəliyi keçirmiş və müvəqqəti immunitet yaranmış qadınlarda virusa qarşı anticisimlər ana südü vasitəsilə ötürüldüyündən, körpəni koronavirus infeksiyasindan qorumuş olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1377   Tarix: 24 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

Bu qida ən aqressiv forma xərçəng yaradır – TOP 3

Avropalı mütəxəssislər adi yox, aqressiv forma xərçəng yaradan qidaları açıqlayıb.   -a istinadən xəbər verir ki,elmi araşdırmanın nəticələri Britaniya Tibbi dərgisində çap olunub. Söhbət çox şirin, yağlı və güclü termik

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

turlar.az

sonxeber.az kosmetika mehsullari toy gecesi geyim və ayaqqabılar alimlər boşanmalar baş gicəllənməsi balqabaq yagi kosmetika usaq geyimleri xərçəng bürcü seksler sevgi gözellik