Dabanda ağrıların səbəbi - daban şporları

Dabanda ağrıların səbəbi - daban şporlarıPəncə, demək olar, bütün gün ərzində çox güclü yükləmələrə məruz qalır. Pəncə daim 50, 70, hətta 100 kq çəki "daşıyır".
Məhz bu səbəbdən pəncənin alt hissəsində olan bağlarda bəzi mənfi fakrorların təsirindən çox asanlıqla kiçik yırtıqlar əmələ gələ bilər. Adətən belə mikroyırtıqlar özü özündən bitişir. Lakin bəzən bu baş vermir və bu yerdə və ətraf toxumalarda iltihab yaranır. Daban sümüyü bu iltihaba cavab olaraq böyüməyə başlayır, sümükdə iti çıxıntı əmələ gəlir. Bu çıxıntıya "daban şporu" deyilir. Daban şporu həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.
Bu kifayət qədər yayılmış pozulmadır. Adətən daban şporu 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.
Tibbdə bu pozulmanın səbəbləri məlum deyil. Lakin mütəxəssislər bu pozulmanın bəzi risk faktorlarını ayırd edirlər:
- yastıpəncəlik,
- artıq çəki,
- podaqra,
- ayaq oynaqların xəstəlikləri və iltihabları (artroz, osteoartroz, artrit və s.)
- travmalar (xüsusilə daban sümüyü travmaları),
- maddələr mübadiləsi pozulmaları,
- ayaqlarda qan dövranı pozulmaları ilə müşayiət olunan xəstəliklər (şəkərli diabet və s.),
- həddən artıq yükləmələr (adətən idmançılarda),
- bəzi onurğa xəstəlikləri.
Daban şporların əsas simptomu hərəkər və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılar. Belə ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara "start ağrılar" deyilir).
Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.
Daban şporuna şübhə yarandıqda ortoped (və ya ortoped-cərrah) həkiminə müraciət etmək lazımdır. Bunu simptomlar əmələ gəldikdən dərhal sonra etmək lazımdır. İlkin  mərhələlərdə xəstəlik daha asan müalicə olunur.
Daban şporu diaqnozun qoyulması üçün həkim xəstə pəncəni müayinə edir və xəstəni rentgen müayinəsinə göndərir. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı görünür. Məhz bu çıxıntı xəstədə ağrılara səbəb olur.
Daban şporu kompleks şəklində müalicə olunur - dərmanlar (ağrısızlaşdıran, iltihabəleyhinə preparatlar, bəzən hormonlar), xüsusi ortopedik vasitələr (ortopedik ayaqqabı içlikləri-supinatorları, daban altına qoyulan xüsusi yumşaq içliklər), fizioterapiya (lazer, ultrasəs, müalicəvi palçıqla müalicə və s.), müalicəvi bədən tərbiyəsi.
Çox nadir hallarda daban şporu zamanı cərrahi müalicə tətbiq oluna bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1113   Tarix: 02 dekabr 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Həftədə neçə dəfə cinsi əlaqədə olmaq olar? - Həkim açıqladı

"Prostat vəzi sağlamlığı üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Sadəcə sağlam yaşamalıyıq". -a istinadən xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu, həkim Mirhikmət Qiyasov Səhiyy

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Dəmlənmiş çayı həyətə basdırın – Faydalarına təəccüblənəcəksiniz

Aqronom və landşaft dizayneri Anastasiya Kovriznux həyət evi və bağı olanlar üçün faydalı bir məsləhət verib. . -a istinadən xəbər verir ki, o, insanları çay yarpaqlarının həyətə və ya bağa basdırmağı tövsiyə edib. . 8 stəka

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

turlar.az

sonxeber.az gelinlikler geyim və ayaqqabılar qadin sayti roya ayxan saç kəsimləri 2024 əl işlərinin hazırlanması pizza reseptləri kosmetika balıq hesaplama terezi novruz hakışdaları gülməli hakıştalar