Damla susqunluğu pozdu: "Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın!"

Damla susqunluğu pozdu: "Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın!"Müğənni Damlanın atasının ölümündən bir neçə gün sonra toy məclislərinə getməsi sosial şəbəkələrdə təhqir olunub.

Axşam.az-ın məlumatına görə, sənətçinin ünvanına sərt sözlər yazan izləyicilər onu bu addımına görə qınayıblar.

Damla İnstaqram səhifəsində paylaşım edərək, məsələyə münasibət bildirib. O deyib ki, toya getmək üçün anasından icazə alıb:

"Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam.

Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır?

Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa, hər həftə bir saç rəngindəyəm? Yoxsa, atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir".

Xəbərlər     Baxılıb: 1792   Tarix: 14 mart 2018
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Dişlərin saralmasının əsas 9 səbəbi

Dişlərin təbii rəngi diş minasının sıxlığı, diş toxumasının keyfiyyəti (dentin) və dişlərin mikrorelyefi ilə müəyyən edilir. Bu amillər də öz növbəsində genetikadan asılıdır. Bundan əlavə, sağlamlıq vəziyyəti və ya xaric

.

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. -a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:. "Yediyimi

.

Görmə qabiliyyətini necə yaxşılaşdıraq?

Görmənin pisləşməsinin qarşısını almaq üçün vizual stress zamanı fasilələr, göz məşqləri etmək, otaqdakı havanı nəmləndirmək lazımdır. report-a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış oftalmoloqu İrina Zimina deyib

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR

Xorlama xərçəng də daxil olmaqla bir neçə xəstəliklərin mövcudluğunu göstərə bilər. . -a istinadən xəbər verir ki, bunu tanınmış nevroloq Olqa Zinçeva deyib. . Həkimin sözlərinə görə, bəzən xoruldama endokrin xəstəliklərlə

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

turlar.az

sonxeber.az maskalar qaşların formalari yay geyimləri 2024 zaur baxşəliyev xinayaxdi sozleri qaraciyər vətən haqqında bayatı kosmetika qadin.az vətən haqqında atalar sözləri dovsan toyuq salati xocali