Dəm qazından zəhərlənəndə ilk tibbi yardım necə olmalıdır? - Toksikologiya şöbəsinin müdiri

Dəm qazından zəhərlənəndə ilk tibbi yardım necə olmalıdır? - Toksikologiya şöbəsinin müdiriHavalar soyuduqca məişətdə daha çox təbii qazla işləyən qızdırıcılardan istifadə olunur. Bu isə qazdan zəhərlənmə hallarının da artmasına səbəb olur.
Bəs dəm qazından zəhərlənmə baş verən zaman ilkin tibbi yardım necə olunmalıdır?
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dəm qazı zəhərlənməsi zamanı şəxs özündə zəhərlənmənin hər hansı bir əlamətini hiss edirsə və huşu özündədirsə, dərhal həmin mühitdən uzaqlaşdırılmalı, təmiz hava alması üçün şərait yaradılmalı, maye qəbul etməlidir:
"Daha sonra isə təcili tibbi yardım briqadası çağırılmalı, onun dəm qazından zəhərlənməsi halı təsdiqlənməlidir. Çünki şəkər xəstəliyi və qan təzyiqinin yüksəlməsi halı ilə dəm qazından zəhərlənmə oxşar kliniki formalara malikdir. Huşu üzərində olmadıqda isə eyni qayda da həmin mühitdən uzaqlaşdırılıb, təcili yardım çağırılmalıdır", - deyə o qeyd edib.
Qeyd edək ki, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. Müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin (qadın) həyatını xilas etmək mümkün olmayıb.
İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.
Ümumilikdə isə ötən il dəm qazından 250 nəfər, ilan çalması nəticəsində 110, dərman preparatlarından isə 98 nəfər zəhərlənib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 876   Tarix: 12 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümü

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Moruq bu xəstəlikləri sağaldırmış

a istinadən moruğun faydalarını təqdim edir:. Arıqlamaq üçün bu məhsullara diqqət yetirin. Bu bitki xərçəngin qarşısını alır . Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız . - Qanı təmizləyir v

.

Gündəlik neçə saat yatmaq lazımdır?

Yuxunun sağlamlıq üçün necə əhəmiyyətli olduğu hər kəsə məlumdur. Tədqiqatçıların fikrincə, böyüklər üçün gecə 7-9 saat yatmaq vacibdir. Ən son araşdırmalar sağlam beyin üçün nə qədər yuxuya ehtiyacımız olduğunu müəyyən edib

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Həkim qəbulunda etdiyimiz SƏHVLƏR

Pasiyentlər tez-tez həkim qəbulu zamanı səhvlər edirlər. .   -a istinadən xəbər verir ki, mütəxəssislər pasiyentlərin növbədə olarkən başqalarının söhbətlərini dinləməməyi tövsiyə edir. Həmçinin, başqa bir xəstənin gəlişini

.

Bu bitki xərçəngin qarşısını alır

a istinadən yemişanın faydalarını təqdim edir:. - Xərçəngin yaranmasının qarşısını alır. - İnfeksiyanın qarşısını alır. - Bədəni diabet və astma kimi xroniki iltihablardan qoruyur. - Böyrək daşlarının əmələ gəlməsinin qarşısın

.

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ

AstraZeneca şirkəti ilk dəfə məhkəmədə COVID peyvəndinin nadir yan təsirləri ola biləcəyini etiraf edib. .   -a istinadən xəbər verir ki, məsələn, dərman trombositopeniya sindromu ilə tromboz (TTS) sindromunun inkişafın

turlar.az

sonxeber.az yay kolleksiyasi geyim dəbləri gözəllik məhsulları ayaq dirnaqlara qulluq suni usaq yemekleri kosmetologiya qadın məsləhətxanaları kosmetika hamilelik vicdan baldiz mekteb bayraq