Demək, etmək, göstərmək

Demək, etmək, göstərməkƏminəm ki, bir çox valideynləri belə bir sual düşündürür : "Mən necə edim ki, uşaq mənim sözümə qulaq assın?" ( Məs: uşağa "evə gəl " deyəndə o saat gəlsin və s) və ya " Filan işi ona necə gördürüm ( Məs: Oyuncaqlarını oynadıqdan sonra yığışdırsın və s) . Bəzi valideynlər uşaq onların dediyini etmirsə, kötəkləmək variantına əl atırlar. Bir növ məcbur etmək istəyirlər ki, uşaq onların sözündən çıxmasın. Çox vaxt bu öz səmərəsini vermir. Bəs necə etmək olar ki, uşaq valideynin sözündən çıxmasın? Əslində sadəcə uşağa sizə qulaq asması üçün yardım etmək lazımdır, məcbur etmək yox.ana sevgisi (valideyn məhəbbəti) uşaq üçün ən böyük xoşbəxtlikdir.Valideyn uşağına nümunə olmalıdır. Yəni əgər o , uşağının yanında yalan danışıb, sonra "yalan danışmaq olmaz" deyəcəksə təbii ki, uşaq nəyinki onun dediyini etməyəcək , hətta anasının ya atasının yalançı olduğunu düşünəcəkdir. Illərlə bu onun üçün adiləşəcək və o , "valideynim də yalan danışırdı, nə olsun?" fikirləşərək, yalan danışan insanlardan olacaqdır. Başqa bir misal , ata siqaret çəkir və 3 yaşlı oğlu :" Ata siqaret çəkmək olmaz, ana düz deyirəm?" (bunu anasından eşitmişdi)- deyir. Ana da, ata da ikisi birdən :"Düzdü , bala, sən ağıllısan, olmaz" - deyirlər. bir azdan uşaq atasının hələ də siqaret çəkdiyini görür, anasına yaxınlaşır: " Bəs , ata niyə siqaret çəkir?" , ana bu sualın qarşısında aciz qalır. "Əsas nə deməyin deyil, nə etməyindir" - ifadəsi necə də düz deyilmişdir.
Valideyn tərbiyə edəcəyi xüsusiyyətləri özü də etməlidir. Ana və uşaq yol gedirlər. Qarşıda bir dolubədənli, yaxşı geyinmiş bir qadın gedir. Özünün xəbəri olmadan pul kisəsi çantasından yerə düşür. Bunu ana-bala görürlər. Uşaq : " Bax , ana , pul kisəsi, nə qədər pul var , mənə çipsi alarsan?". Ana etiraz edərək :" Nə danışırsan , ay bala, bu bizim pul deyil, yiyəsinə vermək lazımdır. " və tələsik pul kisəsini sahibinə verir. Bu hadisə uşağın yadında qalır, o anlayır ki, heç vaxt başqasının əşyasına , puluna, malına sahib çıxmaq olmaz. Yuxarıdakı misalla müqayisəsə , burada ana təkcə dillə tərbiyə etmədi , bunu əməli ilə də göstərdi. Necə deyərlər tərbiyə evdən gəlir.
Bir valideyn danışırdı: " Mən oğluma deyirəm, bunu mənə ver, ya get topu stolun altından çıxart, gətir" , o daha mənim dediyimi etmir. "Yəqin böyüyüb, xoşlamır ki, onu buyurasan" - dedim.Dedi: " Yox, sadəcə bir - iki dəfə məndən su istədi , dedim ki. yorulmuşam sonra verərəm, bundan sonra onu buyuranda " yorulmuşam, edə bilmirəm" deməyə başladı".
Yaxşı ki, valideyn öz səhvini anlamışdı və uşağının hərəkətinin haradan qaynaqlandığını bilmişdi. Bunu müşahidəçi valideyn daha tez hiss edir. Bu çox yaxşıdı. Əksinə diqqətsiz valideyn uşağının onun sözündən çıxdığını zənn edir və problem elə bundan sonra başlayır. İnadla öz dediyini etdirir. Yadımda idi , bir ana uşağı sözünə baxmayanda otağa salar və qapını bağlayardı. Uşaq bərkdən qışqırar , " ana eləmə" - deyə fəryad edərdi. Ana isə " Ağıllan, sənə bir sözü neçə dəfə deyərlər, axı?" . onu öz iradənizə tabe etdirməyin, " mənlik" hissini qırmayın. Seçim etməkdə kömək edin. İstəyirsinizsə o sizə qulaq assın, siz də ona qulaq asın. " Mənliyi" ona çox lazım olacaq. Həyatda nəyəsə nail olmaqda , siqareti atmaq istəyəndə, pis vərdişlərini tərk etmək istəyəndə iradəsi, "mənliyi" ona hələ çox lazım olacaq. Uşağı cəzalandırmazdan əvvəl, etdiyi səhv hərəkəti aydınlaşdırın. Onu otağa salıb , stressə salmaqdansa, söhbət etmək, səhvini ona göstərmək , problemi bir yerdə həll etmək daha yaxşı nəticələrə gətirib çıxarar.

Uşaq heyvan fiqurlarından ibarət peçenyeləri yerə tökmüş və onlarla oynayırdı. Qəfil ana gəlib çıxdı və gördüyü mənzərədən dəhşətə gəldi . " Mən bu uşaqla nə edim " - deyə deyindi. Ana :

- Ay bala, niyə belə etmisən? Adam da peçenyeni yerə tökər?

- Ana, çox maraqlıdı, bax, pişik peçenyeni bir sıraya, at peçenyeni, it peçenyeni, dovşan peçenyeni də bir sıraya düzmüşəm. Gəl sən də düz.

Ana başladı gülməyə:

-Balam, mən sənlə oynayardım, amma peçenye oyuncaq deyil, gəl mən sənə kömək edim , birlikdə sıra ilə, sən deyən kimi əvvəl pişik , sonra at, it və dovşan peçenyeləri boşqaba düzək . Bir də belə etmə , çünki onları yemək lazımdı, oynamaq yox.

Göründüyü kimi uşağın məqsədi pis deyildi, o oynayırdı və həmin anda onun məntiqi inkişaf edirdi. Onu cəzalandırmaqdansa, ona düzgün yol seçməkdə yardım edin.

Ailə və Uşaq     Baxılıb: 2621   Tarix: 04 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

turlar.az

sonxeber.az kosmetik vasiteler yay geyimləri 2024 geyim seçimi qoç bürcü qadin saytlari küftələr xalq təbabəti kosmetika gozellik oyunlar tanisliq birlik haqqinda usaq seirleri