Dəniz suyunun bilmədiyiniz inanılmaz faydaları...

Dəniz suyunun bilmədiyiniz inanılmaz faydaları...Türkiyəli estetik plastik və rekonstruktiv cərrah Bülənd Cihantimur dəniz suyunun dərini gözəlləşdirdiyini deyib.
Cərrah dəniz səsinin sinirlər, suyunun isə dəri üçün faydalı olduğunu vurğulayıb: "Dəniz kənarındakı yodlu hava beyni fəallaşdırır, yaddaşı möhkəmləndirir və bədəni cavanlaşdırır. Dəniz suyu həyat tonusunu artırır və orqanizmin müdafiə qüvvələrini gücləndirir. Su səsi ürək ritmi üzərində sakitləşdirici təsir yaradır, bədən bu zaman daha çox oksigen tələb edir və dərindən nəfəs almaq ehtiyacı hiss edir. Ona görə də kardioloqlar üək xəstələrinə yay mövsümündə dənizdə çimməyi tövsiyə edir. Oksigen qəbulunu sürətləndirən mənfi ionlu dəniz havası serotonin (xoşbəxtlik hormonları) ifrazını sürətləndirir. Ona görə də nevropatoloqlar bəzi xəstələrinə dənizə getməyi məsləhət görür. Bu isə dənizin antistress təsiri yaratması və bədəni enerji ilə təmin etməsi ilə bağlıdır".
Bülənd Cihantimur dəniz suyu ilə günəş şüalarının xroniki dəri xəstəlikləri üzərində də yaxşılaşdırıcı təsirə malik olduğunu ifadə edib: "Dəniz havası ilə günəş dəriyə son müalicəvi təsir göstərir. Araşdırmalar da göstərir ki, dəniz suyunun tərkibində 90-a yaxın faydalı, hətta şəfalı maddələr var. Onlar arasında ən əhəmiyyətlisi kalium xloriddir. Kalium xlorid dərinin elastiklik dərəcəsini artırır, onun səthini hamarlaşdırır və təravət bəxş edir. Dalğalar dəriyə yüngül masaj effekti verir, oksigenlə zənginləşdirir, qan dövranının işini yaxşılaşdırır, təzyiqi aşağı salır. Bundan əlavə günəş vannası qəbul etdikdə SPF tərkibli kremlərdən istifadə etmək son dərəcə vacibdir".
Cərrah son olaraq yay mövsümü ərzində mümkün qədər dəniz suyundan və günəşdən istifadə etməyin həm fiziki, həm də psixoloji olaraq orqanizmə müsbət təsir etdiyini bildirib.
Publika.az

Sağlamlıq     Baxılıb: 2475   Tarix: 01 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Şarmlı qadınlarda kişiləri başdan çıxaran şeylər - BU YALNIZ QADIN SİRRİDİR - FOTOLAR

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bir çox üsullardan istifadə edirlər. Bu üsullar nəticə vermədikdə özünü bədbəxt hiss edir, amma əslində vəziyyət o qədər də mürəkkəb deyil. Kişilərin qadınlara baxdığı bəzi məqamla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

sonxeber.az sade makiyaj sekilleri geyim seçimi geymler 2024 geyim dəbləri ailə məktəbi portagalin faydasi türk şirniyyatları kosmetika hakista sozler novruza aid hakışda orqazm novruz bayramı sağlamlıq