Dəriyə qulluq zamanı ən yayılmış 7 SƏHV

Dəriyə qulluq zamanı ən yayılmış 7 SƏHVQadının gözəlliyi ilk növbədə onun dərisinin və saçlarının vəziyyətindən asılıdır. Sağlam və gözəl dəri hər bir qadının arzusudur.
Lakin bəzən tez-tez etdiyimiz adi səhvlər dərinin vəziyyətinə çox mənfi təsir edir.
Sağlamolun.az dəriyə qulluq zamanı ən yayılmış 7 səhvi təqdim edir:
1. Sabunla üz yumaq.
İstənilən, hətta ən yumşaq sabun üz dərisinə qulluq etmək üçün uyğun gəlmir. Bunun üçün xüsusi vasitələr mövcuddur.
2. Yağlı dərini çox aktiv şəkildə "yağsızlaşdırmaq".
Bunun üçün qadınlar tərkibində spirt, müxtəlif turşular (salisil və s.) olan vasitələrdən istifadə edir. Lakin bu vasitələrdən tez-tez istifadə etməklə yağlı dərini daha da yağlı etmək mümkündür. Dərini tez-tez  yağsızlaşdırdıqda piy vəzilərinin fəaliyyəti artır və onlar daha çox piy ifraz etməyə başlayır.
3. Dekorativ kosmetikadan tez-tez və çoxlu miqdarda istifadə etmək.
Bu dərinin nəfəsalamasını, qan dövranını və dəridə gedən bərpa proseslərini pozur ki, nəticədə dərinin vəziyyəti də pisləşir.
4. Makiyajı təmizləmədən yatmaq.
Bu dəri üçün xüsusilə ziyanlıdır ki, dərinin iltihablaşmasına, civzələrin və sızanaqların əmələ gəlməsinə , dərinin daha tez qocalmasına səbəb olur.
5. Üz dərisinə qulluq zamanı boyun və dekolte zonalarına fikir verməmək.
Boyun və dekolte zonalarının dərisi də xüsusi qulluq tələb edir və bu qulluq olmadıqda tez qocalır.
6. Makiyaj üçün istifadə olunan sponj və fırçaları vaxtında təmizləməmək.
Sponj və fırçaların üzərində çoxlu çirk və mikroblar yığılır ki, bu da dərinin iltihablaşmasına səbəb olur.
Bu vasitələr həftədə ən azı 1 dəfə sabunlu suda yaxşı yuyulmalı və təbii şəraitdə qurudulmalıdır.
7. Gündən qoruyan kremlərdən istifadə etməmək.
İsti gün şüaları dərinin qurumasına və nəticədə daha tez qocalmasına gətirib çıxardır. Bu səbəbdən isti aylarda mütləq gündən qoruyan kremlərdən istifadə etmək və gün eynəklərini taxmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 941   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Həftədə neçə dəfə makaron yemək olar?

Makaronlar sağlam pəhrizin tərkibində ola bilər. Bir şərtlə ki, makaron bərk buğda növündən olsun. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Uitni Linzenmeyer faydalı pasta və makarondan qaçmamağı tövsiy

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Hansı çaylar arıqlamağa kömək edir?

Çay sakitləşdirici xüsusiyyətə malikdir. Çayın bəzi növləri maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətdə potensial rolu ilə tanınır. .   -a istinadən bildirir ki, zəncəfil çayı, gingerol kimi bioaktiv birləşmələrl

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən xəbər verir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

Xoruldamağın qarşısını necə almaq olar?

Xoruldama, yuxu zamanı tənəffüs yollarından normal hava axınının maneə törədilməsi nəticəsində yaranan ümumi bir hadisədir. Bu, xoşagəlməz səslər şəklində özünü göstərən boğazda, ağızda və ya burunda yumşaq toxumaların titrəməsin

turlar.az

sonxeber.az aksessuarlar həkim məsləhəti hamiləlik kisi ve qadin intim munasibetleri enli koftalar süd vəziləri cinsi yaxinliq kosmetika nizami gencevi aydin sani maya maskasi azerbaycanli is adami amerikada gullelendi gozellik