Dəvə ətinin faydaları - İNANMAYACAQSINIZ

Dəvə ətinin faydaları - İNANMAYACAQSINIZMilli mətbəximizdə özünəməxsus yer tutan dəvə qutabının hazırlanmasında geniş istifadə olunan dəvə ətinin biokimyəvi tərkibi heyvanın yaşı, növü, cinsi, çəkisi və bəslənməsindən asılıdır. Dəvə ətinin tərkibi 66-79 % su, 20-23 % protein, 3.5-4.0 % yağ, azotsuz ekstraktiv maddələr və digər bioloji aktiv maddələrdən təşkil olunub.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, dəvə əti qidalılıq dəyərinə görə mal ətinə yaxın olsa da, tərkibində yağların, xüsusilə xolesterolun miqdarının nisbətən az olması ilə fərqlənir ki, bu da dəvə ətinin müsbət bioloji xüsusiyyəti kimi qiymətləndirilə bilər. Dəvə orqanizminin anatomik-fizioloji quruluşuna uyğun olaraq yağın çox hissəsi (30 % və daha çox) hürgücdə toplandığından, dərialtı yağ təbəqəsində yağın miqdarı azlıq təşkil edir. Dəvə ətinin tərkibində olan əzələdaxili yağlar isə əzələ liflərinin arasında incə təbəqə şəklində yerləşməklə, onun diyetik xüsusiyyətə malik olmasını təmin edir.
Dəvə ətinin enerji dəyəri 160-230 kkal/100 q arasında dəyişir. Ətin konsistensiyası möhkəm və şirəli, rəngi tünd qırmızı və ya qəhvəyi-qırmızı çalarlı olub, pH dəyəri 5.7-6.0 arasında dəyişir. Dəvə ətinin spesifik xüsusiyyətindən biri də şirintəhər dada malik olmasıdır. Bu da onun tərkibində qlikogenin (əzələ şəkəri) digər ət növlərinə nisbətən çox olması ilə əlaqədardır. Dəvə ətinin tərkibindəki zülallar demək olar ki, bütün əvəzolunmaz aminturşu dəstini özündə ehtiva edir. Xüsusilə argininin miqdarı dəvə ətində çoxluq təşkil edir. Histidin, triptofan, valin, leysin və izoleysin kimi əvəzolunmaz aminturşularının miqdarı baxımından dəvə əti ilə quzu əti arasında oxşarlıq vardır. Mal əti ilə müqayisədə dəvə ətinin əzələ liflərində fibrilyar quruluşa malik proteinlər üstünlük təşkil etdiyindən, heyvanın yaşının artması bu ət növünün sərt xüsusiyyət almasına səbəb olur. Odur ki, ət istehlakı məqsədilə dəvənin 1-3 yaş arasında kəsilməsi məqsədəuyğun hesab olunur.
Dəvə ətinin yağ-turşu tərkibində  doymuş turşularla yanaşı, həmçinin mono- və polidoymamış  yağ turşularına rast gəlinir ki, onlar arasında laurin (C12:0), miristin (C14:0),  palmitin (C16:0), stearin (C18:0), palmitolein (C16:1), olein (C18:1), linol (C18:2), linolen (C18:3), araxidon (C20:4)  turşuları çoxluq təşkil edir.  Ətin yağ-turşu tərkibi bilavasitə heyvanın yaşından asılı olmaqla, bir yaşdan kiçik heyvanların ətində doymamış yağ turşularının miqdarı çox, doymuş yağ turşularının miqdarı isə azlıq təşkil edir. Eyni zamanda dəvə ətinin tərkibində essensial linol turşusu metabolitlərinin linolen turşusu metabolitlərinə nisbəti dana, quzu və oğlaq əti ilə müqayisədə daha yüksəkdir ki, bu da onun keyfiyyətli ət növü olmasına dəlalət edir.
Dəvə ətinin tərkibi digər qırmızı ət növlərində olduğu kimi makroelementlər (Fe, Ca, P, Mg, K, Na və s.) və mikroelementlərlə (Se, Zn, Mo, Co, Cd, Cr, Ni və s.), həmçinin B1, B2, B9, PP, C, A və E vitaminləri ilə zəngindir. Bir çox hallarda mal əti ilə müqayisədə dəvə ətində kalsiumun miqdarı çox, E vitamininin miqdarı isə azlıq təşkil edir.
Dəvə ətinin tərkibində koenzim  Q10, L-karnitin, karnozin, anserin, qlutation, essensial yağ turşuları və digər unikal bioloji aktiv maddələrə də rast gəlinir. Metabolik inert olan karnozin və onun analoqu anserin insan orqanizmində güclü antioksidant və pH bufer funksiyası yerinə yetirməklə, beyin hüceyrələrinin sərbəst radikallar tərəfindən zədələnməsinin qarşısını alır. Dəvə əti L-karnitinin miqdarı baxımından keçi ətindən sonra ən zəngin ət növü hesab olunur. Məlum olduğu kimi, iri molekullu yağ turşularının hüceyrə mitoxondrilərinə nəqlolunması prosesini yerinə yetirən  L-karnitin insan orqanizmində lipoliz prosesinin sürətlənməsinə və nəticə etibarilə artıq çəkinin azalmasına tənzimləyici təsir göstərir.
Dəvə əti aztapılan qida maddələri kompleksini özündə cəmləşdirməklə yanaşı, immun sistemin möhkəmlənməsində, vitamin çatışmazlığının və müxtəlif etiologiyalı anemiyaların aradan qaldırılmasında, həmçinin ürək-damar xəstəliklərinin və iltihabi proseslərin qarşısının alınmasında faydalı hesab olunur. Odur ki, dəvə ətindən maksimum faydalanmaq üçün onun baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblər çərçivəsində tədarük və istehlak olunması tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1082   Tarix: 15 may 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkər istehlakı xərçəngə yol açır?

Həddindən artıq şəkər istehlakı, xüsusən də çəki almağa səbəb olarsa, xərçəng riskini artıra bilər. Aktiv həyat tərzi zərərləri azalda bilər. -a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq-ginekoloq Yekaterina Timofeyev

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. -a istinadən xəbə

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

turlar.az

sonxeber.az geyim seçimi qaşların formalari adlarin menasi permanent makiyaj milli yemek salatların bəzədilməsi ciyər qovurması kosmetika qz eviyçun hakışta tapmaca gunay bir arzum var oglan evi