DİQQƏT! Azərbaycanda işsizlərə ŞAD XƏBƏR

DİQQƏT! Azərbaycanda işsizlərə ŞAD XƏBƏRİşçilərə rütbə, ildə bir dəfə maaş qədər pul, avtobuslardan pulsuz istifadə imkanı da veriləcək

Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyası vakant olan orta rəis və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edir. DİN-dən İstiPress-ə verilən məlumata görə, vakant yerlər aşağıdakı yerlər üzrədir:

– Dövlət və hüquq nəzəriyyəsi, cinayət hüququ, mülki hüquq, kriminalistika, cinayət prosesi, daxili işlər orqanlarının inzibati fəaliyyəti, daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti kafedralarının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş olmalıdır);

– Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə bitirmiş olmalıdır);

– Hərbi kafedranın müəllimi (bu vəzifəyə namizəd hərbi təhsil müəssisələrini və ya dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirmiş olmalıdır);

– Daxili işlər orqanlarında xüsusi texnika kafedrasının müəllimi (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrinin texniki istiqamətlər üzrə magistr pilləsini bitirməli, kompüterdə mükəmməl işləmək bacarığına malik olmalıdır);

– Fiziki hazırlıq kafedrasının baş müəllimi (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrinin magistr pilləsini idman ixtisasları üzrə bitirməli, əlbəyaxa döyüş növləri üzrə idman dərəcəsinə və məşqçilik təcrübəsinə malik olmalıdır);

– Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının müəllimi (bu vəzifəyə namizəd riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə dövlət ali təhsil müəssələrinin magistr pilləsini bitirmiş olmalıdır);

– Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında mühəndis-proqramçı (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphy proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri haqqında biliyə malik olmalıdır);

– Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında mühəndis-elektronçu (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphy proqramlaşdırma dillərində işləmək təcrübəsi, MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri, həmçinin kompüterlərin cari təmiri və servis xidmətləri haqqında bilik və təcrübəyə malik olmalıdır);

– Elmi-tədqiqat və redaksiya nəşriyyat şöbəsinin elmi katibi və elmi əməkdaşı (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrini bitirmiş və hüquq sahəsi üzrə elmi dərəcəyə malik olmalıdır);

– Kitabxanaçı (bu vəzifəyə namizəd dövlət ali təhsil müəssisələrinin kitabxanaşünaslıq və filologiya ixtisası üzrə bakalavr və ya magistr pilləsini bitirmiş olmalıdır).

Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin şərtlərinə cavab verən namizədlərin sənədləri, bilik və bacarıqları Müsabiqə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra toplanılacaq. Müsabiqə zamanı elmi dərəcəyə malik olan şəxslərə üstünlük veriləcək.

Müsabiqədən uğurla keçmiş namizədlərın sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin fevral ayının 21-dən mart ayının 18-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan 18.00-dək Daxili İşlər Nazirliyinin Polis Akademiyasına (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 3) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;

ali təhsil haqqında sənədin əsli;

hərbi bilet;

əmək kitabçası (olanlar üçün).

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti, kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə üçün əməkdaşa və onun hər bir ailə üzvünə kompensasiya, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, DİN-in "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir.

Müsabiqə əsasında vəzifəyə təyin olunmuş şəxslərin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.

Əlavə məlumatı www.mia.gov.az və www.pa.edu.az saytlarından, eləcə də (012) 454-12-78 nömrəli əlaqə telefonu vasitəsi ilə ala bilərsiniz.

Xəbərlər     Baxılıb: 3548   Tarix: 22 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ət alanda bunlara DİQQƏT EDİN

Mütəxəssislər bazardan ət alarkən nələrə diqqət etməli olduğunu açıqlayıblar. -a istinadən bildirir ki, bazardan ət alarkən satıcıların malların təzəliyi ilə bağlı verdiyi zəmanətlərə etibar etməməlisiniz. Satıcıların ə

.

Sarımsaq qoxusundan necə qurtulmaq olar?

Sarımsaq mətbəximizin əsas məhsuludur. Demək olar ki, hər gün qabığını soyub doğrayıb bişiririk. .   -a istinadən bildirir ki, əllərdən sarımsaq qoxusunu aradan qaldırmaq üçün ən çox tövsiyə edilən məhsullardan biri də paslanmaya

.

Ağcaqanadlar bu qan qrupundan olan insanları "sevir"

Malyariya qansoran həşəratların daşıdığı yeganə xəstəlik deyil. Digər təhlükələrə sarılıq və qanaxmaya səbəb olan sarı qızdırma və Zika qızdırması daxildir. Xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, çünki bu, hamiləliyi

.

Həddindən artıq duz olan QİDALAR

Ümumdünya Səhiyyə Təşkilatına görə, gündə orta hesabla duz qəbulu 5 qramdır. Bu miqdarın müntəzəm olaraq aşılması sağlamlıq problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, orta dərəcədə duz istehlakı isə əksinə

.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. -a istinadən xəbər verir ki, geniş araşdırma zamanı mütəxəssislə

.

Gecələr kivi yesək, orqanizmdə nə baş verər?

Kivinin faydaları haqqında hər kəs eşidib, lakin az adam bunun yatmazdan əvvəl qəlyanaltı üçün əla seçim olduğunu bilir.   -a istinadən bildirir ki, yatmamışdan əvvəl kivi yemək yuxusuzluğu aradan qaldırmağa kömək edir. Səhərlə

.

Yaponların uzunömürlü olmasının SİRRİ - Hər gün bunu edirlər

Moskvada gözlənilən ömür uzunluğu orta hesabla rekord həddə - 78 yaşa çatıb. -a istinadən xəbər verir ki, bu barədə Moskvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin rəis müavini, Moskvanın uzunömürlülük proqramını

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

.

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət

turlar.az

sonxeber.az maskalar kosmetik vasiteler adlarin menasi cavanlasdirici maskalar gavalının faydaları nişanlılıq xinayaxdi ucun bayatilar kosmetika salatlar birlik haqqinda kahfe falı sirniyatlar atalar sözləri