DİQQƏT! Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi

DİQQƏT! Məhkəmə Fədayə Laçınla bağlı qərar verdiBu gün Bakı Apellyasiya Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Xanim.az bildirir ki, bu barədə report-a onun vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xəbərlər     Baxılıb: 1760   Tarix: 19 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Bu xəstəliyi olanlar banan yeməlidir

a istinadən bananın faydalarını təqdim edir:. - Banan qan şəkərini balanslaşdırmağa kömək edir. - Ürək sağlamlığını qoruyur. - İnsulin müqavimətini artırmaqda təsirlidir. - Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanm

.

İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz. -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinolo

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Hansı kosmetik prosedurlar təhlükəlidir? - AÇIQLAMA

Endokrinoloq Yuliya Krivovyaz məşhur kosmetik prosedurların ciddi təhlükələrini açıqlayıb.   -a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qadınların çox sevdiyi bir sıra prosedurlar sağlamlıq üçün ciddi risklər yarad

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?

Dərdlərə dərman aspirin bu ağacdan hazırlanır. Söyüd yarpağının bel ağrılarının müalicəsində ən güclü üsullardan biri olduğunu bilirdiniz?. -a istinadən söyüd yarpağının bu inanılmaz faydası barədə yazını təqdim edir. . Söyü

turlar.az

sonxeber.az kosmetika mehsullari sade makiyaj sekilleri qadin sayti olum haqqinda maraqli faktlar sizanaqlara qarsi resept goyemin faydasi ədəbiyyat testləri kosmetika haxista novruz bayramı vusale elizade banan maya maskasi